13 İyul 2024 08:40
583
İQTİSADİYYAT
A- A+
Ekoloji gərginlik ümumbəşəri qlobal problemdir 

Ekoloji gərginlik ümumbəşəri qlobal problemdir 

 

Onu aradan qaldırmaq üçün hər birimiz səy göstərək

 

Son illər planetdə qlobal iqlim dəyişikliyi ilə ekoloji təhlükənin  baş verməsi geniş miqyaslı tədbirlərin həyata keçirilməsini məqsəd kimi qarşıya qoymuşdur. Bu baxımdan, Azərbaycanda keçiriləcək COP29 bəşəri əhəmiyyət kəsb edir. 
Planetdə qlobal ekoloji təhlükənin qarşısının alınması üçün təbiətə atılan kompleks şəkildə tullantıların miqdarının minimum həddə endirilməsi, hər yanda yaşıllıqların mütəmadi olaraq artırılması əsas amillərdən öncülü sayılır. Dünya alimlərinin bu qərarından hələ xeyli əvvəl Ulu Öndərimiz Heydər Əliyevin "Hərəyə bir ağac əkək", "Kim bir ağac kəssə, elə bil mənim qolumu kəsir, barmaqlarımı sındırır" kimi ibrətamiz kəlamları bu gün dövrün ən aktual  təxirəsalınmaz proqramı sayıla bilər. 
İnsanlıq üçün əhəmiyyətli olan bu ideyanın həyata keçirilməsində hər birimiz səy və bacarığımızı əsirgəməməliyik. Bu, hər bir vətəndaşın sağlam həyatı üçün mütləqdir, vacibdir, alidir. Müdrik  Prezidentimiz İlham Əliyevin "Sağlam ekoloji mühit insanın həyatı üçün ən əhəmiyyətli məsələdir" sözləri hamımız üçün ömürlük bir proqramdır.
Bu gün ekoloji tarazlığın qorunmasında innovasiyayönümlü texnologiyaların, o cümlədən "az tullantılı" və ya "tullantısız" texnoloji proseslərin istehsalata geniş tətbiqi  təxirəsalınmaz məsələdir. Bu sahədə hər birimiz səylərimizi artırmalıyıq, eləcə də yaşıllıqları qorumaq, yeni yaşıl zonalar yaratmaq uğrunda calışmalıyıq. Təbii sərvətlərimizdən səmərəli, məqsədyönlü istifadəyə nail olmaq hər birimizin vətəndaşlıq borcudur. 
Sirr deyil ki, son dövrlərdə müxtəlif təhlükəli, yoluxucu xəstəliklər yayılmaqdadır. Bu qlobal problemin yaranmasının əsas səbəbi ekoloji tarazlığın pozulması, ətraf mühitin çirklənməsi, planetin hər yerində sənaye-məişət tullantılarının səliqəsiz atılmasıdır.  Ətraf mühitə ögey münasibət, biganəlikdir. 
Ekoloji problem ümumbəşəri qlobal məsələdir. Bu problemin həlli üçün yekdil, yığcam proqram-yanaşma hələlik məlum deyil. Atmosferdə  karbon oksidləri qazlarının qatılığının minimum səviyyəyə endirilməsi ilə təbiəti belə bəlalardan mühafizə etmiş olarıq. Qeyd olunan tədbirlərin həyata keçirilməsi ilə, təbiətin flora və faunasını  mühafizə etməklə atmosferin saflığını saxlamaq, toksiki, zərərli kimyəvi birləşmələrin minimum həddə endirilməsi əsas amildir. 
Məlumdur ki, ətraf mühitdə qaz, maye və bərk aqreqat halında tullantılar mövcuddur. Hər bir tullantı üçün konkret olaraq fərdi yanaşma, elmi-tədqiqat işlərinin aparılması tələb olunur. Ətraf mühit üçün qaz, maye aqreqat halında tullantılarla yanaşı, əsası bərk halında olan zərərli tullantılar da problem yaradır. Onlar ciddi ekoloji gərginlik yaradırlar. Məhz bu tullantılar gündən-günə çoxalır. Bunlardan ətraf mühitə atılan ən çox polimer tullantılarıdır. 
Qeyd edək ki, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar plastik kütlə - polimer materiallarına böyük ehtiyac duyulduğundan, onların istehsalı mütəmadi artdığından  istehsalatda, məişətdə, o cümlədən tibdə tullantıların yan (aralıq) məhsulların da miqdarları artır. Polimer, plastik kütlə materialları ətraf mühitdə özü-özünə uzun müddət çürümədiyindən, həll olunmadığından qaldıqca ciddi ekoloji gərginlik yaradır. Beləliklə, ekoloji balans pozulur. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq polimer-plastik kütlə tullantılarının utilləşdirilməsində təkrar emal üsulundan geniş istifadə edilir. Nəticədə alınan məqsədyönlü məhsul fiziki-mexaniki göstəricilərlə yüksək istismar xassələrinə malik polimer kompozitlərin alınması sahəsində əsas yer tutur. Bu üsul ekoloji-iqtisadi baxımdan qənaətbəxş hesab edilir. 
Bu məqsədlə Yüksək Təzyiqli Polietilendən (YTPE) qənaətbəxş, istismar xassəyə cavab verə bilən, nəzəri və təcrübi elmi əhəmiyyətli polimer kompozitlər yaradılmışdır. Təcrübi olaraq aparılan tədqiqatın nəticələrinə, fiziki-mexaniki göstəricilərinə əsasən alınmış polimer kompozitlərin sənaye və texnikanın  müvafiq sahələrində, məişətdə, tibdə, tikintidə, yüngül sənayedə, kənd təsərrüfatında, o cümlədən suvarmada və digər müvafiq sahələrdə texniki məqsədlər üçün istifadəsi tövsiyə edilir. Təqdim edilən tədqiqat işləmədə, əsasən, ekologiyaya, iqtisadiyyata müsbət təsir etməklə mövcud  az və bahalı ilkin xammala qənaət olunur. 
Qeyd edilənlərə əsasən, ümidvar olaq ki, yaxın zamanlarda elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar bu gün tullantı (yan) məhsul sayılan maddələr tezliklə gərəkli, qiymətli, geniş tətbiq imkanlı məhsullara çevriləcək. İqtisadiyyatımız daha da yüksələcək, ekoloji gərginlik problemi aradan qalxacaq. 

Valeh CƏFƏROV,
AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu laureatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:21
13 May

"İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:21
13 May

A.M.Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında

00:20
13 May

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

00:20
13 May

“Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 43-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 noyabr tarixli 228 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:18
13 May

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 46-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:16
13 May

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:15
13 May

"Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB)" üzvlərinin nəzərinə!

00:14
13 May

"TEMİRLİ QRUP"ASC-nin səhmdarlarının nəzərinə!

00:14
13 May

Hakan Fidan ABŞ Dövlət katibinə Suriya qarşı sanksiyaların ləğvinin əhəmiyyətindən danışıb  

23:08
12 May

Ermənistan ordusu tərəfindən Başlıbel kəndinin əhalisinin məhv edilməsinin şahidi olan şəxslər məhkəmədə ifadə veriblər  

23:04
12 May

Ərdoğan: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik hədd keçildi

22:09
12 May

Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib

21:06
12 May

NİİM velosiped və skuter idarə edənlərə müraciət edib

19:59
12 May

Vüqar Rəhimzadə: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı və Şərqi Zəngəzuru görürük

19:57
12 May

Veneranın xarici təbəqəsinin zaman keçdikcə qalınlaşacağı gözlənilsə də...

19:55
12 May

Marian çökəkliyində təəccübləndirici tapıntı

19:40
12 May

Yağan yağışlar çaylarda sululuğu artırıb 

19:03
12 May

Başlıbel faciəsinin şahidi: Ermənistan ordusunun hərbçiləri mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər

19:00
12 May

Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib  

18:59
12 May

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru ilə görüş keçirilib  

18:54
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!