Dünya cənnət olsa da...
Azərbaycan xalqı bu günlərdə dövlət müstəqilliyinin bərpasının 20 illiyini təntənəli şəkildə qeyd etdi: Belə şərəfli tarixi günləri yaşayan xalqımız azadlıq və müstəqillik uğrunda aparılan mübarizələrdən daim əzmkarlıqla çıxıb. Tarixən hər bir xalq öz müstəqilliyinə xilaskarı ilə qovuşur.
Bütün siyasi və ictimai fəaliyyəti dövründə daim xilaskarlıq missiyası daşımış, ən çətin və məşəqqətli günlərdə doğma vətəninə bağlı, xalqı ilə birgə olduğunu təsdiqləmiş ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətə qayıdışı da bu amala xidmət edirdi. Yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı dilemma qarşısında qalmışdı.
Müstəqilliyinin ilk illərində Azərbaycan nail olduğu azadlığı itirmək təhlükəsi ilə üz-üzə idi. Məhz həmin günlərdən ulu öndər Heydər Əliyev düşünülmüş, uzaqgörən siyasət yürütdü. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün çox uğurla davam etdirilən həmin siyasətin nəticəsidir ki, müstəqil Azçərbaycan artıq nəinki yerləşdiyi regionun, hətta Avropanın sürətli inkişafa nail olmuş respublikalarının önündədir. Regionda bu gün elə bir beynəlxalq layihə yoxdur ki, o, Azərbaycanın iştirakı olmadan reallaşsın. Bütün bunlar respublikamızın dinamik inkişafının göstəricisidir. Azərbaycan dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bir sıra beynəlxalq festivallara, eləcə də idman yarışlarına ev sahibliyi etməsi onun ifadəsidir ki, Azərbaycan, eyni zamanda, Avropanın bir hissəsidir.
Uzun illər doğma Azərbaycanı görmək, onun qoynunda yaşamaq arzusuna qovuşduğum üçün özümü xoşbəxt sayıram. Müstəqillik arzularının qönçələnib çiçək açdığı vaxtlarda - ötən əsrin 90-cı illərində Bakının Azadlıq meydanında xalqla birlikdə olmaqdan böyük şərəf duymuşam. Vaxtilə vətəndən uzaqlarda - Almaniyada, Amerikada... ifa etdiyim "Ayrılıq" mahnısı Azərbaycan xalqının Azadlıq hərəkatı zamanında da çox sevildi. Mərhum xanəndə Gülağa Məmmədovun dəvəti, "Vətən" cəmiyyətinin köməyi ilə Azərbaycana qovuşdum. Burada həmvətənlərimizin sevgisini hiss etdim və duydum ki, dünya cənnət olsa da, Azərbaycansız yaşaya bilmərəm. Uzun illər ürəyimdə Azərbaycan musiqisini yaşatdığımdan, ruhumda, canımda Vətən sevgisi daim boy atıb. 2006-cı ildə tamamilə köçüb burada, həmişə həsrətini çəkdiyim doğma Bakıda yaşamaq arzum gerçəkləşdi. Bunun üçün dünyanın tanınmış siyasi liderləri arasında öz nüfuzu ilə seçilən Prezident İlham Əliyevə minnətdaram.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr nəticəsində Azərbaycan mədəniyyətinin şöhrəti dünyanı dolaşır. İndi səsimiz beynəlxalq qurumlardan, möhtəşəm konsert salonlarından gəlir. Azərbaycan gündən-günə çiçəklənir. Sevinirəm ki, indi mən də bu ölkənin vətəndaşı olaraq böyük quruculuğun, inkişafın şahidiyəm. Azərbaycan mədəniyyətinə məxsus sərvətlərin YUNESKO-nun Dünya İrs Siyahısına düşməsi məni həddən artıq sevindirir. Bir mədəniyyət xadimi kimi nailiyyətlərimizə şad olmaya bilmərəm.
Yaqub ZurufÇu,
Azərbaycan Respublikasının əməkdar artisti
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!