Dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı Bakı Dövlət Universitetində elmi-praktiki konfrans keçirilmişdir
Oktyabrın 5-də Bakı Dövlət Universitetində (BDU) müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmiş elmi-praktik konfransın plenar iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı akademik Abel Məhərrəmov əvvəlcə bütün müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Rektor Azərbaycanın ötən 20 ildə əldə etdiyi nailiyyətlərdən, dövlət müstəqilliyimizin bərpasının ilk illərində qarşılaşdığımız problemlərdən danışmışdır. O, azadlığa, müstəqilliyə gedən yolun heç də asan olmadığını bildirmişdir. A.Məhərrəmov diqqətə çatdırmışdır ki, XX yüzillik Azərbaycan tarixində çox böyük mübarizələr əsri olmuş, azadlıq və istiqlaliyyət uğrunda çoxlu qanlar tökülmüş, xalqımız saysız-hesabsız şəhidlər vermişdir. Rektor 20-ci ildönümü qeyd olunan Azərbaycanın yeni müstəqillik dövrünün tariximizin ən parlaq və şanlı səhifələrindən olduğunu bildirmişdir.
Akademik A.Məhərrəmov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan çox dinamik inkişaf edir və ölkənin uğurları gündən-günə artır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, universitetin fəlsəfə tarixi kafedrasının müdiri professor Rəbiyyət Aslanova tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, müstəqilliyinin 20-ci ildönümünü qeyd edən ölkəmizin tarixi uğurlarından danışmışdır.
R.Aslanova Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli sərəncamının xalqımızın, dövlətimizin 20 illik müstəqillik tarixinə verilmiş yüksək qiymət və dəyər olduğunu bildirmişdir. O qeyd etmişdir ki, müstəqilliyin bərpasının 20 illiyinin dövlət səviyyəsində qeyd edilməsinin ən böyük mahiyyəti dünyaya müstəqil, demokratik, dünyəvi Azərbaycan dövlətinin varlığının sübutu, beynəlxalq ictimaiyyətə "Azərbaycan dövləti yaşayır və durmadan inkişaf edir" mesajıdır.
Professor R.Aslanova ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyada tanınmasında misilsiz rolundan bəhs etmişdir. O, müdrik dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən danışaraq bildirmişdir ki, Azərbaycanda siyasi sabitlik və sürətli inkişafın təməli məhz ulu öndər tərəfindən qoyulmuşdur. Hər birimiz Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara, keçdiyi inkişaf yolunda əldə etdiyi nailiyyətlərə görə müasir dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevə borcluyuq. Məhz bu dahi şəxsiyyətin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Deputat bildirmişdir ki, hər bir azərbaycanlı fəxr etməlidir ki, bu gün onun Azərbaycan adlı böyük, güclü, söz sahibi olan müstəqil dövləti vardır.
Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev və başqaları mövzu ətrafında fikirlərini bölüşmüş, müasir Azərbaycanın 20 illik tarixinə nəzər salaraq bu illər ərzində ulu öndər Heydər Əliyevin gördüyü işlərdən, onun əvəzsiz xidmətlərindən danışmışlar.
Tədbirdə Milli Məclis deputatları, ziyalılar, BDU-nun müəllim və tələbə heyəti iştirak etmişlər.
Tədbir konsert proqramı ilə başa çatmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!