07 Noyabr 2025 20:42
625
CƏMİYYƏT
A- A+
Dövlət Komitəsində Zəfərin beşinci ildönümü ilə əlaqədar Qarabağ müharibəsi veteranları ilə görüş olub  

Dövlət Komitəsində Zəfərin beşinci ildönümü ilə əlaqədar Qarabağ müharibəsi veteranları ilə görüş olub  


8 Noyabr – Zəfər günü Ərəfəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində çalışan Qarabağ müharibəsi veteranları ilə görüş keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Komitə sədri Rövşən Rzayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Qələbəyə şəxsi töhfə vermiş hər bir veteran yüksək hörmət və ehtirama layiqdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhid ailələrinə, veteranlara yüksək diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirirlər.

Vurğulanıb ki, tarixi Zəfər uzun illər yurd həsrəti çəkən məcburi köçkünlərin doğma torpaqlarına “Böyük Qayıdış”ını təmin edib. Son beş il ərzində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən salınan və bərpa edilən yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi davam etdirilir. Dövlət Komitəsində çalışan müharibə veteranları da bu prosesin uğurla icrasında fəal iştirak edirlər.

Keçmiş döyüşçülərdən Amil Əbilov, Kənan Ələsgərov, Gəray Səfərov və digərləri çıxış edərək, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar işğaldan azad olunmuş ərazilərdə üçrəngli Azərbaycan Bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini, doğma yurd yerlərinin yenidən dirçəlməsinə sevinclə şahidlik etdiklərini vurğulayıblar.

Görüş iştirakçıları Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edərək, əldə olunmuş tarixi Qələbənin nəticələrini qoruyacaqlarını, ölkəmizin davamlı inkişafına töhfə verəcəklərini və vətənpərvərlik ruhunun cəmiyyətimizdə daha da güclənməsi üçün səylərini davam etdirəcəklərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!