14 Mart 2026 08:35
2442
Oxucu məktubları
A- A+
Bayram gəlir elimizə...

Bayram gəlir elimizə...


Novruz Azərbaycan xalqının minilliklərdən bəri yaşatdığı ən qədim və ən əziz bayramlardan biridir. Bu bayram baharın gəlişini, təbiətin oyanmasını, yeni həyatın başlanmasını simvolizə edir. 

"Novruz" sözü fars dilindən tərcümədə "yeni gün" mənasını verir və bu bayram qədim dövrlərdən gündüzlə gecənin bərabərləşdiyi yaz günündə qeyd olunur. Qədimdən insanlar bu günü yeni ilin başlanğıcı kimi qəbul etmiş, onu ümid, yenilənmə və bolluq rəmzi kimi qarşılamışlar.

Novruzun tarixi çox qədimdir. Tarixçilər bu bayramın ən azı 3 min il yaşı olduğunu qeyd edirlər. Qədim dövrlərdə insanlar təbiətlə sıx bağlı yaşayır, həyatlarını ilin fəsillərinə uyğun qururdular. Yazın gəlməsi isə torpağın oyanması, əkinçilik mövsümünün başlanması və həyatın yenidən canlanması demək idi. Bu səbəbdən yazın ilk günü xüsusi mərasimlərlə qeyd olunurdu və zaman keçdikcə bu mərasimlər Novruz bayramının əsasını təşkil etmişdir.

Novruz təkcə bir gün qeyd olunan bayram deyil. Bu bayrama hazırlıq həftələrlə davam edir və bir çox adət-ənənə ilə müşayiət olunur. Ən məşhur ənənələrdən biri bayramdan əvvəl keçirilən dörd çərşənbədir. Hər çərşənbə təbiətin bir ünsürünü simvolizə edir və insanların qədim dünyagörüşünü əks etdirir.

Birinci Su çərşənbəsidir. Bu çərşənbə suyun həyatverici və təmizləyici gücünü simvolizə edir. Qədim inanclara görə, bu gün insanlar axar suyun üzərindən tullanır, su ilə üzlərini yuyur və bunun onlara sağlamlıq gətirəcəyinə inanırlar. Su həm də təmizliyin və yenilənmənin rəmzi hesab olunur.

İkinci Od çərşənbəsi adlanır. Bu gün insanlar tonqal qalayır və onun üzərindən tullanırlar. Tonqalın üzərindən tullanarkən "ağırlığım-uğurluğum odda yansın" deyilməsi qədim inanclardan gəlir. İnsanlar odun insanı mənfi enerjidən təmizlədiyinə, ona güc və sağlamlıq verdiyinə inanırlar.

Üçüncü çərşənbə Yellə bağlıdır. Həmin gün küləyin təbiəti oyatdığına inanılır. Qədim təsəvvürlərə görə, külək ağacları silkələyərək torpağın oyanmasına kömək edir və baharın gəlişini xəbər verir. Ona görə də bəzən 3-cü çərşənbəyə "külək oyadan çərşənbə", "yelli çərşənbə", "küləkli çərşənbə" də deyirlər.

Dördüncü - sonuncuya Torpaq çərşənbəsi deyilir. Bu çərşənbə ilə torpağın artıq oyandığı və həyatın yenidən başladığı qəbul olunur. İnsanlar bu günü xüsusi sevinclə qeyd edir, həyətlərdə tonqallar qalayır və bayram ab-havası daha da güclənir. Ölkəmizin bəzi regionlarında dördüncü - İlaxır çərşənbə daha yüksək səviyyədə qeyd olunur. Novruzun ən gözəl rəmzlərindən biri səmənidir. Səməni buğdanın cücərdilməsi ilə hazırlanır və həyatın, bolluğun və yenilənmənin simvolu sayılır. Bayramdan bir neçə həftə əvvəl buğda isladılır və cücərməsi üçün saxlanılır. Buğda yaşıl rəngə boyanaraq süfrənin mərkəzinə qoyulur. Yaşıl rəng təbiətin oyanmasını, yeni həyatın başlanmasını ifadə edir. İnsanlar inanırlar ki, səməni nə qədər gur və yaşıl çıxsa, həmin il də o qədər bərəkətli olacaq.

Novruz süfrəsi də xüsusi rəmzi mənalar daşıyır. Süfrədə müxtəlif yeməklər və şirniyyatlar olur. Ən məşhur şirniyyatlar paxlava, şəkərbura və qoğaldır. Paxlava, adətən, romb formasında hazırlanır və onun qatları bolluğu və zənginliyi simvolizə edir. İçərisinə qoz və bal qoyulur. Şəkərbura isə yarpaq formasında hazırlanır və ayı simvolizə etdiyi deyilir. Onun üzərində xüsusi maqqaş vasitəsilə naxışlar çəkilir. Bu naxışlar hər evin özünəməxsus ənənəsini göstərir. Qoğal isə günəşi simvolizə edir və sarı rəngli ədviyyatlarla hazırlanır. Bu şirniyyatların hamısı birlikdə bayram süfrəsinə həm gözəllik, həm də mənəvi məna qatır.

Novruz süfrəsində səmənidən əlavə, rəngli boyanmış yumurtalar da olur. Yumurta həyatın və yeni başlanğıcın rəmzi hesab edilir. Bayram günlərində insanlar yumurta döyüşdürürlər. Bu oyun xüsusilə uşaqlar və gənclər arasında çox sevilir. 

Novruzun ən maraqlı və qədim adətlərindən biri "qulaq falı"dır. Gənc qızlar bayram axşamı qonşuların qapısının arxasında dayanaraq evdən gələn ilk sözləri dinləyirlər. Eşitdikləri sözləri öz niyyətlərinə uyğun yozurlar. Əgər xoş söz eşidirlərsə, niyyətlərinin hasil olacağına ümid edirlər.

Novruz günlərində müxtəlif xalq oyunları və şənliklər keçirilir. Keçmişdə kənd və şəhərlərdə bayram münasibətilə müxtəlif tamaşalar təşkil edilirdi. Bu tamaşalar insanların birlikdə əylənməsinə, bayram sevincini paylaşmasına səbəb olurdu. Xalq oyunları, mahnılar və rəqslər Novruz şənliklərinin ayrılmaz hissəsi sayılır. Keçəl və Kosa Novruz bayramının əsas rəmzləri hesab olunur və bayram tədbirlərinin daha əyləncəli keçməsində bu personajların xüsusi yeri var. Onlar qışla yazın mübarizəsini simvolizə edirlər. 

Həm çərşənbələrdə, həm də Novruz bayramında paytaxt Bakıda bayram tədbirləri yüksək səviyyədə təşkil olunur. Ənənəvi olaraq bu il də çərşənbələrdə İçərişəhərdə bayram tonqalı qalanır, paytaxt sakinləri və şəhərimizin qonaqları tonqalın ətrafına toplaşaraq bayram əhvalı yaşayırlar. 

Novruz bayramı həm də barışıq və birlik bayramıdır. İnsanlar küsülüləri barışdırmağa çalışır, qohum və dostlarını ziyarət edir, bir-birinə xoş arzular bildirirlər. Qədimdən belə hesab olunur ki, Novruzu kin-küdurətsiz və xoş niyyətlə qarşılamaq yeni ilin uğurlu keçməsinə səbəb olur.

Bayram günlərində gənclər və uşaqlar böyükləri ziyarət edir, onların xeyir-duasını alırlar. Böyüklərə hörmət göstərmək və onların duasını almaq Novruz ənənələrinin mühüm hissələrindən biridir. Bu ənənə ailə bağlarını möhkəmləndirir və cəmiyyətdə hörmət, ehtiram kimi dəyərlərin qorunmasına kömək edir. 

Novruz bayramına hazırlıq həftələr öncə başlayır. İnsanlar evlərini təmizləyir, həyətlərini səliqəyə salır və bayrama xüsusi hazırlıq görürlər. Bayramdan əvvəl evlərdə böyük təmizlik aparılması qədim ənənələrdən biridir. İnsanlar köhnə və lazımsız əşyaları evdən çıxarır, evdə, həyət bacada səliqə-sahman yaradırlar. Qədim inanclara görə, təmiz evə bolluq və bərəkət gəlir. Bu səbəbdən Novruz həm də mənəvi və fiziki təmizlənmə bayramı hesab olunur. İnsanlar inanırlar ki, yeni ili təmiz və səliqəli evdə qarşılamaq ailəyə uğur və firavanlıq gətirir.

Bu bayram təkcə təbiətin oyanışı deyil, xalqımızın adət-ənənələrinə bağlılığının təcəssümüdür.


Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto), 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!