07 Fevral 2026 09:45
906
SİYASƏT
A- A+
Dostluğa dayanan strateji tərəfdaşlar

Dostluğa dayanan strateji tərəfdaşlar


Azərbaycan və Pakistan arasındakı əlaqələr müasir beynəlxalq münasibətlər sistemində nümunəvi model hesab edilə bilər. Bu əlaqələr sarsılmaz mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub. Pakistanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olması və Ermənistanı bir dövlət kimi tanımamaq barədə qətiyyətli mövqeyi xüsusilə önəm kəsb edən məqamlardandır. Bu gün Bakı və İslamabad arasındakı əməkdaşlıq artıq regional çərçivələri aşaraq qlobal əhəmiyyət kəsb edən strateji müttəfiqliyə çevrilib.

Azərbaycan-Pakistan münasibətlərinin ən parlaq səhifəsinin 44 günlük Vətən müharibəsi zamanı yazıldığını qeyd edən Milli Məclisin deputatı Zaur Şükürov qəzetimizə açıqlamasında bildirib ki, savaşın ilk günlərindən etibarən Pakistan dövləti və xalqı birmənalı şəkildə Azərbaycanın yanında olub: "Pakistanın siyasi rəhbərliyinin dəstək bəyanatları xalqımız üçün böyük mənəvi stimul oldu. Müharibə dövründə Bakı küçələrində Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı dalğalanan Pakistan bayrağı iki qardaş dövlətin xalqları səviyyəsində bu birliyin təcəssümü idi. Pakistanın beynəlxalq arenalarda Ermənistanın hərbi cinayətlərini ifşa etməsi və Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməsi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edirdi. Ölkələrimiz arasındakı münasibətlərin yüksək dinamika ilə inkişaf etməsində Prezident İlham Əliyevlə Pakistanın ali rəhbərliyi arasındakı şəxsi dostluq və qarşılıqlı hörmət həlledici rol oynayır. Liderlər arasındakı mütəmadi təmaslar və səfərlər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı qərarların operativ qəbuluna şərait yaradır".

Deputat vurğulayıb ki, fevralın 4-də Əbu-Dabidə keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimetmə mərasimində Pakistanın Baş nazirinin Prezident İlham Əliyevə ünvanladığı videomüraciət bu yaxınlığın beynəlxalq müstəvidə nümayişi idi. Bu müraciətində Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətlərini təqdir edərək, onun uzaqgörən siyasətinin sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsinə töhfə verdiyini bildirdi.

Z.Şükürov deyib ki, qardaşlıq münasibətləri və siyasi həmrəylik təbii olaraq digər sahələrdə də əməkdaşlıq üçün münbit şərait yaradıb və burada hərbi istiqamət də istisna deyil: "Azərbaycan və Pakistan orduları arasında təcrübə mübadiləsi və birgə təlimlər artıq ənənəvi xarakter alıb. Azərbaycanın Pakistan istehsalı olan "JF-17 Thunder" qırıcılarına maraq göstərməsi və hərbi-texniki sahədə müzakirələrin davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müdafiə sənayesi sahəsində hər iki ölkənin mövcud potensialı gələcəkdə bu istiqamətdə yeni əməkdaşlıq istiqamətlərinin nəzərdən keçirilməsini, o cümlədən birgə istehsal xətlərinin istifadəyə verilməsini mümkün edir. Ticari-iqtisadi, investisiya və enerji sahələrində də geniş imkanlar mövcuddur və bu istiqamətdə hər iki tərəfin səyləri nəticəsində əməkdaşlığın dərinləşdirilməsi ehtimalı yüksəkdir". 

Azərbaycanın Pakistan iqtisadiyyatına irihəcmli investiya yatırmasını nəzərdən keçirdiyini diqqətə çatdıran deputat əlavə edib ki, Pakistan şirkətləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştiraka maraq göstərir. Azərbaycanın isə zəngin karbohidrogen ehtiyatları Pakistanın artan enerji ehtiyaclarını qarşılamaq üçün etibarlı mənbədir. "SOCAR-ın Pakistana mayeləşdirilmiş təbii qaz tədarükü üzrə sazişləri Pakistanın enerji təhlükəsizliyinə birbaşa töhfədir. İki ölkə arasında fəaliyyət göstərən Enerji üzrə Birgə İşçi Qrupunun onlayn formatda keçən ilin dekabrında baş tutan 2-ci iclasında bu sahədə gündəlikdə duran məsələlər və yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Kənd təsərrüfatı sahəsində Pakistanın böyük təcrübəsi Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyası ilə tam üst-üstə düşür. Azərbaycan tərəfi isə öz növbəsində Pakistana mineral gübrələr və aqrar texnologiyalar ixrac edir", - deyə deputat bildirib.

Z.Şükürov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan və Pakistanın beynəlxalq müstəvidə ən sıx əməkdaşlıq etdiyi platformadır. Hər iki ölkə islamofobiya ilə mübarizədə, müsəlman xalqlarının hüquqlarının qorunmasında vahid mövqedən çıxış edir. Azərbaycanın Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyən bəyanatları İslamabadda yüksək ehtiramla qarşılanır. Təhsil sahəsindəki əməkdaşlıq da münasibətlərin gələcək inkişafında mühüm rola malikdir və Azərbaycan universitetlərində təhsil alan pakistanlı tələbələr sabahın "xalq diplomatları"dır. Eyni zamanda Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələr Azərbaycanın Pakistan xalqına olan dəstəyinin təzahürüdür.

Deputat yekunda vurğulayıb ki, sadalanan faktlar, xüsusilə də ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri, ölkə liderlərinin nümayiş etdirdiyi siyasi iradə iki dövlət arasında uzun illər ərzində formalaşmış və etibarlı təməl üzərində qurulmuş əlaqələrin gələcəkdə daha da dərinləşəcəyini deməyə əsas verir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:44
15 Aprel

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:43
15 Aprel

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

00:41
15 Aprel

“Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında

00:40
15 Aprel

Tramp İranla danışıqların bu həftə bərpa oluna biləcəyini açıqlayıb

21:11
14 Aprel

Mərkəzi Komandanlıq: İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını keçə bilməyib

20:26
14 Aprel

BVF: İran müharibəsi Britaniya iqtisadiyyatına ən ağır zərbəni vuracaq

20:06
14 Aprel

BVF: İranla müharibə həll olunsa belə, avrozona iqtisadi artım tempinin azalması ilə qarşılaşacaq  

19:58
14 Aprel

Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır

19:41
14 Aprel

Səfir Lu Mey: Azərbaycanda Çin dilinə maraq artıb

19:39
14 Aprel

Mil-Muğan düzündə nadir təbiət hadisəsi - İmişlidə qoşa göyqurşağı göründü FOTO

19:36
14 Aprel

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

19:23
14 Aprel

Transxəzər Marşrutunda Konteyner Daşımaları 34% Artıb

19:15
14 Aprel

ICAO-nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb

19:08
14 Aprel

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

19:03
14 Aprel

TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub  

19:01
14 Aprel

BMT: İlin əvvəlindən Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb

18:56
14 Aprel

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

18:53
14 Aprel

Bakı və Abşeronun su-tullantı sistemləri təkmilləşdirilir: Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir  

18:44
14 Aprel

Bədən bəzi hərəkətləri “unutmur”

18:32
14 Aprel

Ağdamın Quzanlı qəsəbəsində vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

18:31
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!