20 İyun 2026 16:27
436
SİYASƏT
A- A+
DİN-in Hərbi İnstitutunda növbəti buraxılışa həsr olunmuş mərasim

DİN-in Hərbi İnstitutunda növbəti buraxılışa həsr olunmuş mərasim

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2025-2026-cı tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Hərbi İnstitutun inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib. O, məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdırıb.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nazirliyin əsas struktur qurumlarından olan Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsinin, müasir silah və texnika ilə təminatının, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən hər zaman nəzarətdə saxlanıldığını xüsusi qeyd edib. Göstərilən ali diqqət və ardıcıl dəstək nəticəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən xidməti-döyüş tapşırığını uğurla və layiqincə yerinə yetirməyə qadir olduğunu bildirib.

Nazir Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin döyüş hazırlığında əldə etdiyi yüksək nəticələrə görə Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi vurğulayıb.

O, bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətini yüksək dəyərləndirib, Daxili Qoşunların Hərbi İnstitutunun bu gün öz təyinatına uyğun olaraq Qoşunlar üçün yüksəkixtisaslı, peşəkar zabit heyətinin hazırlanması ilə bağlı çox böyük işlər gördüyünü, bu mühüm vəzifənin gələcəkdə də layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Nazir V.Eyvazov gənc zabitləri, onların valideynlərini və yaxınlarını Hərbi İnstitutu uğurla bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə, zabit-müəllim heyətinə təşəkkürünü bildirib.

Kursant Hüseyn Bilişov onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, DİN rəhbərliyinə və Hərbi İnstitutun zabit-müəllim heyətinə minnətdarlığını çatdırıb, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərini, hərbçi şərəfini hər zaman uca tutacaqlarını bildirib.

Sonra Döyüş Bayrağı üçüncü kursun kursantlarına təhvil verilib. Gənc zabit Ömər Səfərli “Yaş kötüyü”nə rəmzi xatirə lövhəsini vurub.

Tədbirin sonunda daxili işlər naziri V.Eyvazov Hərbi İnstitutu fərqlənmə və “baş leytenant” rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib.

Gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azneft” İB: Dübəndi sahilindəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb

18:11
21 İyun

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

12:09
21 İyun

DÇ-2026: Yaponiya Tunisə şans vermədi

10:27
21 İyun

Media: Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

10:25
21 İyun

“Axios”: ABŞ İranın aktivlərinin bir hissəsini qaytara bilər

10:23
21 İyun

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı tituluna yiyələnib

10:20
21 İyun

ABŞ Silahlı Qüvvələri: İran Hörmüz boğazına nəzarət etmir

10:18
21 İyun

İngiltərədə qatar qəzasında xəsarət alanların sayı 100-ə çatıb

09:16
21 İyun

Ekvador-Kurasao oyununda qapılara qol vurulmayıb

07:24
21 İyun

Dünya çempionatı: Almaniya millisi Kot-d’İvuar yığmasını məğlub edib

02:21
21 İyun

Dünya çempionatı: Niderland İsveçə qalib gəlib

23:41
20 İyun

Azərbaycan XİN: Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk

23:13
20 İyun

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

23:09
20 İyun

Media: SEPAH Hörmüz boğazını yenidən bağlayıb

18:56
20 İyun

Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

18:12
20 İyun

İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumunun əsas nəticələri

17:53
20 İyun

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

17:43
20 İyun

DİN-in Hərbi İnstitutunda növbəti buraxılışa həsr olunmuş mərasim

16:27
20 İyun

Azərbaycan və Belarus nümayəndələrinin işçi görüşü baş tutub

14:49
20 İyun

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

14:31
20 İyun

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq

14:13
20 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!