20 İyun 2026 14:13
476
CƏMİYYƏT
A- A+
Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq

Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransında iştirak etmək məqsədilə Qazaxıstanın Türküstan şəhərində səfərdə olub.

Ali Məhkəmədən AZƏRTAC-a verilən məlumata görə, konfransda çıxış edən İnam Kərimov bildirib ki, Türk Dövlətləri Təşkilatı son illər siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. Qeyd olunub ki, bu prosesdə hüquqi əməkdaşlıq da xüsusi yer tutur və Azərbaycanın Türk dünyası ölkələri ilə hüquq sahəsində əlaqələri, yüksəksəviyyəli qarşılıqlı səfərlər və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq təşəbbüsləri artan dinamika ilə davam edir.

Çıxışda qeyd edilib ki, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi ilə yanaşı, iqtisadi münasibətlərin inkişafı və investisiyaların təşviqində məhkəmələrin rolu xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, hüquq sisteminə ictimai etimadın qorunması və daha da möhkəmləndirilməsi məqsədilə məhkəmə sistemi daim inkişaf etməli, fəaliyyətini müasir dövrün çağırışlarına uyğunlaşdırmalıdır.

Çıxış zamanı məhkəmə xidmətlərinin elektronlaşdırılması və proseslərin rəqəmsal əsasda təşkili istiqamətində əldə olunmuş nailiyyətlərə də toxunulub. Yeni çağırışlar fonunda süni intellekt texnologiyalarının imkanlarının araşdırılması, onların məhkəmə fəaliyyətində tətbiqi və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə qeyd edilib ki, Azərbaycanda Prezident İlham Əliyevin Sərəncamı ilə 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası təsdiq olunub. Strategiya dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi ilə yanaşı, məhkəmə sistemində innovativ texnologiyaların tətbiqi üçün də yeni imkanlar yaradıb. Həmçinin bildirilib ki, türk dövlətlərinin ali məhkəmələri arasında yaradılması nəzərdə tutulan Vahid Məlumat Platforması hakimlərin və hüquq ictimaiyyətinin üzvlərinin digər dövlətlərin məhkəmə təcrübəsi ilə daha yaxından tanış olmasına, qabaqcıl hüquqi yanaşmaların öyrənilməsinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcək.

Tədbirin yekununda Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransının Birgə Bəyanatı qəbul olunub. Bəyanatda məhkəmə sistemlərinin rəqəmsallaşdırılması, investor hüquqlarının qorunmasının gücləndirilməsi, eləcə də türk dövlətlərinin ali məhkəmələri arasında Vahid Məlumat Platformasının yaradılması istiqamətində əməkdaşlığın inkişafı nəzərdə tutulur.

Səfər çərçivəsində İnam Kərimov Qazaxıstan Ali Məhkəməsinin sədri Aslanbek Merqaliyev və Qırğızıstan Ali Məhkəməsinin sədri Mederbek Satıyev ilə görüşlər keçirib. Görüşlər zamanı məhkəmə-hüquq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib. Kasım-Jomart Tokayev Təşkilatın çoxtərəfli əməkdaşlığın inkişafında xüsusi rol oynadığını vurğulayıb, üzv dövlətlər arasında məhkəmə-hüquq sahələrində əməkdaşlığın davamlı şəkildə gücləndiyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azneft” İB: Dübəndi sahilindəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb

18:11
21 İyun

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

12:09
21 İyun

DÇ-2026: Yaponiya Tunisə şans vermədi

10:27
21 İyun

Media: Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

10:25
21 İyun

“Axios”: ABŞ İranın aktivlərinin bir hissəsini qaytara bilər

10:23
21 İyun

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı tituluna yiyələnib

10:20
21 İyun

ABŞ Silahlı Qüvvələri: İran Hörmüz boğazına nəzarət etmir

10:18
21 İyun

İngiltərədə qatar qəzasında xəsarət alanların sayı 100-ə çatıb

09:16
21 İyun

Ekvador-Kurasao oyununda qapılara qol vurulmayıb

07:24
21 İyun

Dünya çempionatı: Almaniya millisi Kot-d’İvuar yığmasını məğlub edib

02:21
21 İyun

Dünya çempionatı: Niderland İsveçə qalib gəlib

23:41
20 İyun

Azərbaycan XİN: Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk

23:13
20 İyun

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

23:09
20 İyun

Media: SEPAH Hörmüz boğazını yenidən bağlayıb

18:56
20 İyun

Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

18:12
20 İyun

İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumunun əsas nəticələri

17:53
20 İyun

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

17:43
20 İyun

DİN-in Hərbi İnstitutunda növbəti buraxılışa həsr olunmuş mərasim

16:27
20 İyun

Azərbaycan və Belarus nümayəndələrinin işçi görüşü baş tutub

14:49
20 İyun

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

14:31
20 İyun

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq

14:13
20 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!