01 Fevral 2023 02:58
942
ELANLAR
A- A+

Daşkəsən rayonunda mövcud olan tarixi abidələrin təqvim-kataloqu hazırlanıb

 

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonu ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli tarix-memarlıq, həmçinin təbiət abidələrindən ibarət təqvim-kataloq hazırlanıb.
Cəmiyyətin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində icra edilən layihədə əsas məqsəd QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunu təkcə faydalı qazıntı yataqları ilə zəngin bölgə kimi deyil, həmçinin füsunkar təbiətə, memarlıq və arxeoloji abidələrinə malik olan qədim yaşayış məskənlərindən biri kimi təqdim etmək, abidələrin və ümumilikdə rayonun turizm potensialının təbliğinə töhfə verməkdir. Bu məqsədlə yüksək keyfiyyət və nəfis tərtibatda hazırlanan 2023-cü ilin təqvim-kataloqunda rayon ərazisində mövcud olan və özünəməxsusluğu ilə seçilən 12 abidənin fotosu və onlara dair məlumatlar öz əksini tapıb.
Layihənin davamı olaraq cari il ərzində rayon ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli abidələrin mühafizəsi və tanıdılması məqsədilə məlumat lövhələrinin hazırlanıb quraşdırılması və "Daşkəsən abidələri" adlı kataloqun nəşr edilərək geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video