15 May 2026 08:15
338
SİYASƏT
A- A+
Cənubi Qafqazda geosiyasi maraqlar, ikili standartlar, Azərbaycanın strateji xətti

Cənubi Qafqazda geosiyasi maraqlar, ikili standartlar, Azərbaycanın strateji xətti


Müasir dünyanın siyasi mənzərəsinə nəzər saldıqda aydın görünür ki, bu gün qlobal təhlükəsizlik arxitekturasının ən çox ehtiyac duyduğu əsas dəyər sabitlik, qarşılıqlı etimad və sülhdür. Lakin beynəlxalq münasibətlər sistemində sülh anlayışı hər zaman humanitar məna daşımır. 

Bəzən "sülh təşəbbüsü", "vasitəçilik", "müşahidə missiyası", "demokratik institutlar" kimi təqdim olunan platformalar böyük güclərin regional təsir uğrunda mübarizəsinin siyasi alətinə çevrilir. Xüsusən də strateji coğrafi mövqeyi, enerji resursları və nəqliyyat imkanları ilə seçilən Cənubi Qafqaz bu geosiyasi rəqabətin ən həssas məkanlarından biri olaraq qalır.

Son illər bölgədə baş verən hadisələr göstərir ki, xüsusilə Rusiyanın regiona təsir imkanlarının zəifləməsi fonunda yeni güc mərkəzləri Cənubi Qafqaza daxil olmaq, burada siyasi və institusional mövqelərini möhkəmləndirmək üçün müxtəlif mexanizmlərdən istifadə etməyə cəhd edirlər. Bu kontekstdə Fransa Prezidenti Emmanuel Makron tərəfindən nümayiş olunan siyasi avantüra diqqətdən yayınmır. Bütün baş verən bu geosiyasi hadisələr fonunda dəyişməyən bir həqiqət var - regionda real sülh gündəliyinin müəllifi və təşəbbüskarı məhz Azərbaycandır.

2020-ci il sentyabrın 27-də baş vermiş İkinci Qarabağ müharibəsi regionun siyasi xəritəsini dəyişməklə yanaşı, beynəlxalq hüququn uzun illər kağız üzərində qalmış prinsiplərinin praktiki tətbiqinə imkan yaratdı. Azərbaycanın öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etməsindən sonra bölgədə yeni reallıqlar formalaşdı. Məhz bundan sonra sülh sazişi təşəbbüsü ilə çıxış edən ilk ölkə də Azərbaycan oldu.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan müharibə yox, dayanıqlı sülh istəyir. Dövlətimizin başçısının Zəngilanda sakinlərlə görüşündə verdiyi mesaj da bu siyasi fəlsəfənin davamı idi. Prezident aydın bildirmişdi ki, Azərbaycan regionda sülhün müəllifidir və bu siyasət təkcə regionun deyil, daha geniş coğrafiyanın təhlükəsizlik arxitekturasına xidmət edir.

Bu mövqe bir neçə gün öncə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı zamanı bir daha beynəlxalq auditoriyaya çatdırıldı. Prezident İlham Əliyev videoformatda çıxışı zamanı bəzi Avropa institutlarının regionda sülh prosesinə destruktiv yanaşmasını gündəmə gətirərək bildirdi: "Bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası kimi eyni yanaşmanı nümayiş etdirmir". Prezidentin sözlərinə görə, belə institutlardan biri Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasıdır: "Bu qurum sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sabotaj etməklə məşğuldur". Xatırladaq ki, təkcə 2021-ci ilin mayından 2026-cı ilin aprel ayınadək Avropa Parlamenti Azərbaycanla bağlı 14 qətnamə qəbul edib və bu sənədlərdə qərəzli yanaşma, siyasi manipulyasiya və həqiqətlərin təhrif olunması açıq hiss olunub. 

Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, separatizmə son qoyması, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirməsi bəzi siyasi dairələrdə narahatlıq doğurub. Halbuki ölkəmiz, əslində, BMT-nin Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrinin reallaşdırılmasını təmin edib.

Digər tərəfdən, Fransa rəhbərliyinin son illər Ermənistanı dəstəkləməsi, onu silahlandırması və regionda birtərəfli siyasi xətt yürütməsi artıq heç kim üçün sirr deyil. Sözsüz ki, bu siyasət vasitəçilik prinsiplərinə deyil, Fransanın geosiyasi maraqlarına, regionda öz  təsir dairəsini genişləndirmək arzusuna xidmət edir.

Bu çərçivədə Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidə missiyasının "fəaliyyəti" də haqlı olaraq rəsmi Bakının ciddi narazılığına səbəb olub. Azərbaycan dəfələrlə bəyan edib ki, regionda etimad mühiti yaratmaq istəyən istənilən təşəbbüs balanslı və obyektiv olmalıdır, çünki birtərəfli mövqe sülhə yox, yeni gərginliklərə xidmət edir.

Əslində, son proseslər göstərir ki, beynəlxalq platformalarda Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyaları, siyasi təzyiq cəhdləri və müxtəlif qətnamələr Bakının strateji kursunu dəyişə bilməyib və bilməyəcək də. Əksinə, ölkəmiz daha prinsipial mövqe nümayiş etdirərək milli maraqlarını müdafiə etməkdə davam edir.

Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı  zamanı  verdiyi digər mühüm mesaj da bundan ibarət idi ki, Azərbaycan sülh gündəliyindən geri çəkilməyəcək. Dövlətimizin başçısı vurğulamışdır ki, regionda artıq yeni reallıqlar formalaşıb və bu reallıqları qəbul etməyən qüvvələr sonda siyasi məğlubiyyət yaşayacaqlar.

İndiki geosiyasi mənzərə bir daha təsdiq edir ki, Cənubi Qafqaza sülh xaricdən idxal edilmir, region dövlətlərinin siyasi iradəsi ilə qurulur. Bu iradəni nümayiş etdirən əsas aktor isə Azərbaycandır. Ölkəmiz 44 günlük müharibədən sonra revanşizm yox, barış modeli təklif etdi, qarşıdurma yox, kommunikasiyaların açılmasını gündəmə gətirdi, bloklaşma yox, regional əməkdaşlıq platformalarını təşviq etdi. Məhz buna görə bu gün cəsarətlə qeyd edə bilirik ki, Cənubi Qafqazda sülhün siyasi müəllifi də, strateji təminatçısı da, gələcək təhlükəsizlik modelinin əsas memarı da Azərbaycandır. Bu isə artıq təkcə siyasi bəyanat deyil, regional reallığın özüdür.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

09:17
10 İyun

Qaranlığa işıq salan satira - Sabir dünyası

09:15
10 İyun

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

09:10
10 İyun

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

09:08
10 İyun

Mahnıları onu həmişə yaşadacaq

09:05
10 İyun

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir  

09:01
10 İyun

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

09:00
10 İyun

Kəndin içməli su problemi həll edilib

08:55
10 İyun

Azərbaycan pəhləvanlıq məktəbinin qədim tarixi var

08:53
10 İyun

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

08:50
10 İyun

Gəncədəki süni göl əsaslı təmirdən sonra istifadəyə verilib

08:45
10 İyun

Qazaxlı fermerlər biçinə hazırdırlar 

08:40
10 İyun

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

08:35
10 İyun

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

08:30
10 İyun

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

08:25
10 İyun

İstanbul Bəyannaməsi üç ölkəni qlobal çağırışlara qarşı vahid cəbhədə birləşdirir

08:20
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!