Cenevrədə ABŞ-Rusiya dövlət başçılarının görüşü zamanı şəhər üzərində hava məkanı qapalı olacaq
İyunun 16-da İsveçrənin Cenevrə şəhərində ABŞ Prezidenti Cozef Bayden ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşün təhlükəsizliyinin təminatı üçün İsveçrə hökuməti bir sıra qərarlar qəbul edib.
AƏRTAC xəbər verir ki, federal hökumət iyunun 15-17-də Cenevrə şəhəri üzərindəki hava məkanını bütün uçuşlar üçün qapalı elan edib. Qərara əsasən, ölkənin hərbi hava qüvvələri polis helikopterlərinə və hava məkanına nəzarət sisteminə dəstək verəcəklər. Hava məkanının təhlükəsizliyi üçün F/A-18 qırıcılarından istifadə ediləcək. Bildirilib ki, beynəlxalq əhəmiyyətli görüş və şəxslərin təhlükəsizliyinin təminatı üçün hava məkanının qapadılması zəruri addımdır. Bu məhdudiyyət Cenevrə beynəlxalq hava limanının fəaliyyətinə təsir göstərməyəcək.
Eyni zamanda, İsveçrə ordusunun min nəfərədək hərbçisi rəsmi qurumların təhlükəsiz fəaliyyətinin təmin edilməsində polis və xüsusi xidmət orqanlarına dəstək göstərəcək. Hərbçilər, ilk növbədə, xarici ölkələrin nümayəndələrin yerləşdiyi binaların təhlükəsizliyinə məsul olacaqlar.
İyunun 16-da baş tutacaq Zirvə görüşünə dair təhlükəsizlik konsepsiyasını təqdim edən federal hökumət iyunun 17-si saat 17:00-dan etibarən Cenevrə üzərindən uçuşlara icazə veriləcəyini açıqlayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!