Budapeştdə Türk Şurasının beynəlxalq konfransı başa çatıb
Budapeştdəki Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunda (IFAT) “Türk dövlətləri - müstəqilliyin və əməkdaşlığın 30-cu ildönümü: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda beynəlxalq konfrans başa çatıb. Konfrans Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – Türk Şurası tərəfindən təşkil edilmişdi.
AZƏRTAC xəbər verir ki, IFAT-ın direktoru Marton Uqroşdi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik məsələləri üzrə dövlət katibi Peter Staray və Türk Şurasının baş katibi Qismət Gözəlov konfrans iştirakçılarını salamlayıblar.
Tədbirin fəxri qonaqları arasında Türk Şurasının Ağsaqqallar Şurasının üzvləri – Türkiyə hökumətinin keçmiş rəhbəri və Türkiyənin sabiq nəqliyyat naziri Binəli Yıldırım, Azərbaycanın sabiq Baş naziri və ölkəmizin Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Həsən Həsənov da tədbir iştirakçıları qarşısında çıxış ediblər.
Konfransın əsas məruzəçisi – Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə öz nitqində keçən ilin payızında 44 günlük müharibədə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi ilə çox böyük rol oynadığını qeyd edib. T.Tağızadə vurğulayıb ki, müharibədən sonrakı dövrdə də, xüsusən işğaldan azad edilmiş ərazilərin bərpası və regionda arası kəsilmiş nəqliyyat kommunikasiyalarının reabilitasiyası məsələlərində qardaş ölkənin Azərbaycana köməyi əvvəlki kimi böyük rol oynayır. Səfir qeyd edib ki, Zəngəzur dəhlizi həm ikitərəfli Azərbaycan-Türkiyə əlaqələri üçün, həm də bütün regionun inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Səfir 44 günlük müharibə dövründə Macarıstanın Azərbaycana siyasi dəstək verməsini, həmçinin müharibədən sonrakı dövrə aid layihələrdə fəal praktiki iştirakını vurğulayaraq, bu ölkəyə təşəkkürünü bildirib, bununla paralel olaraq Aİ ölkələrinin, o cümlədən Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın xüsusi rolunu qeyd edib. Diplomat çoxtərəfli əməkdaşlıq formatında əlaqələndirici element olan Türk Şurasının rolunun artmasına diqqəti cəlb edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev Şuşa Bəyannaməsinin taleyüklü sənəd olması məsələsinə toxunub. O qeyd edib ki, Türk Şurasının üzvü olan ölkələr müstəqilliyin 30 ili ərzində çətin yol keçiblər. İndi onların qarşısında yeni perspektivlər açılır. Azadlıq müharibəsində Azərbaycanın Qələbəsi təkcə bu ölkənin özü üçün deyil, bütün region üçün böyük imkanlar yaradır. Natiq Bakı ilə Aİ üzvü olan digər ölkələr arasında dialoqda Macarıstanın mühüm rol oynamasını qeyd edib.
Sonra çıxış edən məruzəçilər Türk Şurası dövlətləri arasında əlaqələrin inkişafının əsas aspektlərinə və əməkdaşlığın daha da dərinləşməsi üçün onların qarşısında açılan yeni imkanlara toxunublar.
Konfrans jurnalistlər və Macarıstanın ekspertləri arasında böyük marağa səbəb olub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!