06 Oktyabr 2024 01:49
3184
İQTİSADİYYAT
A- A+
Bu il "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub 

Bu il "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub 


Oktyabrın 4-dən 10-dək Azərbaycanda "Ümumdünya kosmos həftəsi" keçiriləcək. "Kosmos həftəsi" ölkəmizdə artıq üçüncü ildir Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən təşkil olunur. 

AZƏRTAC xəbər verir ki, "Kosmos həftəsi" çərçivəsində "Azərkosmos" ASC-nin və "Azərbaycan Radiosu Həvəskarlar Cəmiyyəti" İctimai Birliyinin təşəbbüsü ilə azərbaycanlı məktəblilər bu yaxınlarda ikinci dəfə Beynəlxalq Kosmik Stansiya ilə radioəlaqə yaradıblar. Əsas məqsəd məktəblilərdə kosmosa marağı oyatmaq olub. Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan ABŞ astronavtı Suni Vilyams məktəblilərin suallarını cavablandırıb.

"Azərkosmos"dan verilən məlumata görə, gəncləri kosmik sektora həvəsləndirmək və maarifləndirmək, o cümlədən innovativ kosmik ekosistemi inkişaf etdirmək məqsədilə 20-dən çox tədbirin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, "Ümumdünya kosmos həftəsi" kosmik elm və texnologiyanın insanların rifahının yaxşılaşdırılmasına verdiyi töhfəni qeyd etmək məqsədilə 1999-cu il dekabrın 6-da BMT Baş Assambleyası tərəfindən (54/68 saylı qətnamə) oktyabrın 4-dən 10-dək elan edilmişdir. Qeyd edilən tarixlər 1957-ci il oktyabrın 4-də SSRİ-də ilk süni Yer peyki olan "Sputnik-1"in orbitə çıxarılması və 1967-ci il oktyabrın 10-da "Kosmik məkanın kəşfiyyatı və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" müqavilənin qüvvəyə minməsi kimi hadisələri xatırladır. "Ümumdünya kosmos həftəsi"nin yaradılması ideyası ilk dəfə BMT-nin 3-cü Ümumdünya Kosmik Konfransında yarandı. Bu forumda Mərakeş nümayəndə heyəti iyulun 20-ni ABŞ ekspedisiyasının Aya eniş etdiyi günə salaraq bu tarixi Ümumdünya Kosmos Günü elan edilməsi təklifi ilə çıxış edib.

Qeyd edək ki, ötən il "Kosmos həftəsi" Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə təsadüf edib. 2023-cü il oktyabrın 2-6-da 50 ildən sonra Bakıda Beynəlxalq Astronavtika Konqresi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.

"Azərkosmos" və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçirilən 74-cü Konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunub. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, özəl kosmik şirkətlərin, yerli və beynəlxalq media strukturlarının nümayəndələri və investorlar iştirak ediblər. Bakı Konqresinə gələn qonaqlar "Kosmos həftəsi" çərçivəsində ölkədə keçirilən tədbirlərdə də fəal iştirak ediblər.

"Kosmos həftəsi" çərçivəsində Beynəlxalq Kosmik Stansiya ilə radio rabitəsi qurulacaq, "Pitch Deck" ustad dərsləri, panel diskussiyaları, astronavtlar və kosmos sahəsinin mütəxəssisləri ilə görüşlər keçiriləcək. Builki "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub. 2024-cü il "Ümumdünya kosmos həftəsi"nin mövzusu olan "Kosmos və iqlim dəyişmələri" kosmik texnologiyanın iqlim dəyişmələri ilə mübarizəmizə transformativ təsirini qeyd edir və Yer kürəsi iqlimini anlamaqda və idarə etməkdə kosmik kəşfiyyatın fəal rolunu vurğulayır. 

Ötən il Azərbaycanda keçirilən Beynəlxalq Astronavtika Konqresində və digər beynəlxalq tədbirlərdə, o cümlədən iqlim dəyişmələri ilə bağlı tədbirlərdə iştirak təcrübəsi "Azərkosmos"a COP29-da öz proqramı ilə iştirak etmək imkanı verəcək.

Qeyd edək ki, Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildə qoşulub. "Ümumdünya kosmos həftəsi" çərçivəsində dünyanın əksər ölkələrində astronomiya və kosmik elminin populyarlaşdırılmasına dair müxtəlif tədbirlər keçirilir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!