25 Oktyabr 2026 10:37
1295
SİYASƏT
A- A+
Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi


Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqlarına qayıdış arzusunun gerçəkləşməsini təcəssüm etdirən bir gündür.  Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş hərbi təcavüz nəticəsində Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu hadisə rayon əhalisinin həyatında ağır və faciəli mərhələnin başlanğıcı olmuşdur. Minlərlə insan doğma evini, ata-baba yurdunu, torpağını və illərlə qurduğu həyatını tərk etmək məcburiyyətində qalmışdı.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, işğal dövründə Qubadlının yaşayış məntəqələri, sosial infrastrukturu və mədəni irsi ciddi zərər görüb. İnsanların doğma torpaqlarından didərgin düşməsi yalnız maddi itkilərlə məhdudlaşmayıb, həmçinin nəsillərin öz tarixi məkanından uzaq düşməsinə və böyük mənəvi sarsıntılara səbəb olub. "Azərbaycan dövləti və xalqı üçün işğal altındakı torpaqların azad edilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin olunması və ölkənin ərazi bütövlüyünün bərpası hər zaman əsas milli prioritetlərdən idi. Belə ki, 2020-ci il Azərbaycan tarixində böyük hərbi-siyasi qələbə ilə yadda qalan il oldu. Sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Müharibənin gedişində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə uğurlu əməliyyatlar həyata keçirərək işğal altındakı əraziləri azad etdi. Nəhayət, oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bu əməliyyatların mühüm nəticələrindən biri oldu. Qubadlı şəhərinin azad edilməsi təkcə hərbi uğur deyil, həm də milli iradənin, tarixi ədalətin və dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi. Bu qələbə Azərbaycanın işğalla barışmayacağını və öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu nümayiş etdirdi",- deyə o bildirib. Deputat qeyd edib ki, Azərbaycan Ordusunun müasir silahlarla təchiz edilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, müdafiə potensialının gücləndirilməsi və dövlətin milli təhlükəsizlik strategiyasının həyata keçirilməsi qələbənin mühüm əsaslarını formalaşdırdı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi müəyyən edilmişdir. Bu qərar Qubadlı şəhərinin azad olunmasının tarixi əhəmiyyətinin dövlət səviyyəsində qeyd edilməsi, Vətən müharibəsində qazanılmış Zəfərin əbədiləşdirilməsi və gələcək nəsillərdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri həyata keçirir: "Bu tədbirlər yaşayış məntəqələrinin bərpasını, yol və nəqliyyat infrastrukturunun qurulmasını, elektrik enerjisi, su və digər kommunal xidmətlərin təmin edilməsini, sosial obyektlərin yaradılmasını və iqtisadi fəaliyyətin canlandırılmasını əhatə edir. Qubadlının gələcək inkişafı üçün müasir şəhərsalma prinsiplərinin tətbiqi, ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli istifadə və dayanıqlı iqtisadi modelin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Qubadlı rayonu tarixən Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında özünəməxsus yer tutub. Rayonun kəndləri, tarixi abidələri, yaşayış məskənləri və təbii gözəllikləri Azərbaycan xalqının zəngin irsinin mühüm tərkib hissəsidir. Yenidənqurmanın sürətinə görə bu ərazilərdə görülən işlər, xüsusi  əhəmiyyətə malikdir. Şərqi Zəngəzurun iqtisadiyyatı 2020-ci ildən bəri 30 dəfədən çox böyüyərək Azərbaycanın digər iqtisadi rayonlarına ilə birgə inkişafı sürətlənmiş, bu isə işğaldan azad olunmuş ərazilərin iqtisadi drayverə çevrilməsindən xəbər verir.  İndiyədək yenidənqurma və bərpa işlərinə 26 milyard manatdan çox vəsait ayrılıb. Bu ərazilərdə bu gün 100 minə yaxın insan yaşayır, işləyir, təhsil alır. Qubadlı həm də mühüm nəqliyyat və coğrafi mövqeyə malik ərazidir. Onun Zəngilan və Laçın istiqamətləri ilə əlaqəsi rayonun regional kommunikasiya və təhlükəsizlik baxımından əhəmiyyətini artırır. Qubadlının nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi və regionlararası iqtisadi əlaqələrin gücləndirilməsi yerli məhsulların bazarlara çıxışını asanlaşdıra, yeni iş yerlərinin yaranmasına və investisiya imkanlarının genişlənməsinə kömək edə bilər". 

P.Vəliyeva qeyd edib ki, rayonun gələcək inkişafında müasir texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi, enerji səmərəliliyi və ekoloji cəhətdən məsuliyyətli istehsal üsulları da mühüm rol oynaya bilər. Azərbaycan xalqının qarşısında duran mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtmasının təmin edilməsidir. Bu məqsədlə həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın müasir inkişaf tarixində xüsusi yer tutur. Qubadlı sakinlərinin öz evlərinə qayıtması ailə bağlarının möhkəmlənməsi, milli-mənəvi ənənələrin yaşadılması və yerli icmaların yenidən formalaşması deməkdir. Doğma torpağa qayıdış uzun illər həsrət çəkmiş insanların həyatında yeni bir səhifənin açılmasıdır. Bu proses həm də tarixi yaddaşın bərpası, milli kimliyin qorunması və gələcək nəsillərin öz kökləri ilə daha sıx bağlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və hərbçilərimizin əzmi hesabına qazanılan bu qələbə xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FİFA U-15 yeniyetmələrin inkişafına və futbolun gələcəyinə mühüm töhfələr verir  

11:42
26 Oktyabr

Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmisinin açıqlamasına etiraz etdi  

11:26
26 Oktyabr

Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə  

11:19
26 Oktyabr

Həftəsonu 54 cinayətin açılması təmin olunub

11:00
26 Oktyabr

Azərbaycan Hindistan üçün əhəmiyyətli tranzit ölkədir  

10:59
26 Oktyabr

Media: Türkiyə Prezidentinin Liviyaya səfəri dekabrın əvvəlinə planlaşdırılır  

10:55
26 Oktyabr

Neftin qiymətinin artması prosesi davam edir  

10:43
26 Oktyabr

Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb  

10:39
26 Oktyabr

Azərbaycan boksçusu Avropa çempionu olub

10:37
26 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:29
26 Oktyabr

Birjalarda neft ucuzlaşıb

10:28
26 Oktyabr

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib 

09:38
26 Oktyabr

Netanyahu: İran seçkilərdən əvvəl İsrailə hücum edə bilər  

09:11
26 Oktyabr

Nigeriyada kəndə silahlı hücum nəticəsində 40 nəfər həlak olub  

09:01
26 Oktyabr

Zelenski danışıqlarda Ukraynanın “qırmızı xətlər”ini açıqlayıb

08:56
26 Oktyabr

Zelenski: Ukrayna və Rusiya enerji atəşkəsinə dair razılığa gələ bilər

23:23
25 Oktyabr

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib

21:51
25 Oktyabr

Premyer Liqa: "Sabah" - "Qarabağ" oyununda qalib müəyyənləşməyib

20:11
25 Oktyabr

Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb

19:25
25 Oktyabr

Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu olub

17:31
25 Oktyabr

Rusiya Ordusunun radar stansiyasına, komandanlıq-müşahidə məntəqələrinə hava zərbləri endirilib

14:57
25 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!