18 May 2025 08:50
563
İQTİSADİYYAT
A- A+
Bu il su ehtiyatlarımız hansı səviyyədədir?

Bu il su ehtiyatlarımız hansı səviyyədədir?


İqlim dəyişmələri, həmçinin antropogen təsirlərdən qaynaqlanaraq su böhranı ildən-ilə artmaqdadır


Son aylarda havaların yağıntılı keçməsi su ehtiyatlarının artması ilə bağlı ümidverici mesaj verir. Bununla belə iqlim dəyişiklikləri fonunda hazırda əksər ölkələrin şirin su ehtiyatları baxımından problemlərlə üzləşdiyi məlumdur. Xüsusən su ehtiyatının kənarda formalaşdığı ölkələrdə bu məsələnin vaxtında qarşısının alınması əsas hədəflərdən biridir.

Quraqlıq, yağıntıların az olması ölkə daxilində formalaşan su ehtiyatına da birbaşa təsir edir. 

Bu il Azərbaycanın su ehtiyatlarının hansı səviyyədə olduğunu, su anbarlarında nə qədər şirin su ehtiyatı toplandığını araşdıraq.


Yeraltı və yerüstü su ehtiyatlarımız


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, ötən ilin statistikasına əsasən, Azərbaycanın ümumi yeraltı və yerüstü su ehtiyatları 35,39 milyard kubmetr təşkil edib ki, onun da 30,9 milyard kubmetri çayların, 0,08 milyard kubmetri buzlaqların, 0,03 milyard kubmetri şirin sulu göllərin payına düşüb. Yeraltı su ehtiyatlarının təsdiq olunmuş həcmi 4,38 milyard kubmetr, potensial yeraltı su ehtiyatları isə 9,0 milyard kubmetrdir. Yerüstü su ehtiyatlarının 20,6 milyard kubmetri (66,7 faiz) transsərhəd çayların hesabına, 10,3 milyard kubmetri (33,3 faiz) isə ölkə daxilində formalaşır.

Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Şəmkirçay, Araz, Ceyranbatan, Taxtakörpü - 8 böyük su anbarlarında 2023-cü və 2024-cü illər üzrə su həcmləri müqayisə olunub. Beləliklə, 2023-cü ildə anbarların ümumi həcmi 14402,45 mln.m3 olubsa, 2024-cü ildə bu həcm 18232,112 mln.m3 təşkil edib. Bu da ötən il su həcmində 26 faiz artım deməkdir. 

2024-cü ildə qəbul olunmuş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da 6 yeni su anbarının tikintisi də nəzərdə tutulub. Eyni zamanda qar ehtiyatları və yağışlar hesabına su ehtiyatının artması proqnozlaşdırılır.

Milli Strategiyanın qəbul olunması və bundan irəli gələn tədbirlərin həyata keçirilməsinin əsas məqsədi məhz su ehtiyatlarının artırılması üçün tədbirlərin işlənib hazırlanmasıdır. Bu tədbirlərdən biri də "Yağış sularının idarə olunması və istifadəyə cəlb edilməsi"dir. Hazırda yağış sularının idarə olunması və istifadəyə cəlb edilməsi tədbiri üzrə birinci mərhələ yekunlaşıb.


Ən çox su istehlak edən rayonlar


Getdikcə bütün ölkələr su qıtlığı ilə üzləşir. Su ehtiyatlarının azalması əsasən qlobal istiləşmə ilə bağlı olsa da, bunda antropogen təsirlər də xüsusi rol oynayır. Belə ki, şirin su ehtiyatlarının çirkləndirilməsi, sudan səmərəsiz istifadə ehtiyatların sürətli azalmasına gətirib çıxarır. Azərbaycanın bölgələri üzrə su istehlakının həcmi ilə maraqlandıq. Xidmətdən bildirildi ki, respublikamızda suyun ümumi istehlak həcmi 9772 milyon kubmetrdir. Onun 7239 milyon kubmetri (74 faiz) suvarmada, 2145 milyon kubmetri (22 faiz) istehsalda və 343 milyon kubmetr (4 faiz) su isə məişət və içməli məqsədlər üçün istifadə olunur. 

564,4 milyon kubmetr su istehlakı ilə liderliyi Ağcabədi rayonu tutur. İkinci yerdə Şirvan şəhəri (539,6 milyon kubmetr), üçüncü yerdə 456,1 milyon kubmetrlə Bərdə rayonu qərarlaşır. İqtisadi rayonlar üzrə su istehlakında birinci yerdə Qarabağ (1602,7 milyon kubmetr), ikinci yerdə Mərkəzi Aran, üçüncü yerdə Şirvan-Salyan iqtisadi rayonları qərarlaşır. 

Paytaxt Bakıda ötən il üzrə illik su sərfiyyatı isə 467.01 milyon kubmetr olub.


İşğaldan azad olunmuş ərazilərdə yeni su anbarları tikilir


Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurun da su ehtiyatları respublikanın ümumi su ehtiyatlarına  qoşulub. İşğaldan azad olunmuş ərazilərdə görülən böyük quruculuq işləri  arasında yeni su anbarlarının tikintisi də həyata keçirilir. Məlumatlara əsasən, Qarabağda 1990-cı ilə qədər su ehtiyatları 2,13 kub kilometr təşkil edirdisə, hazırda bu rəqəm 1,87 kub kilometrə düşüb.

Öyrəndik ki, işğaldan azad olunmuş rayonlarda çayların bəzilərinin üzərində Xudafərin, Sərsəng, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları olmaqla, 8 su anbarı yerləşir. Hazırda Araz çayı üzərində Qız Qalası, Həkəriçay (Laçın), Zabuxçay və Bərgüşadçay (Qubadlı) olmaqla 4 su anbarının tikilməsi istiqamətində işlərə başlanılıb. Mövcud olan su anbarlarının ümumi su tutumu 2,2 km3-dir.


Su ehtiyatlarına təsir edən əsas amillər


Həsən Əliyev adına Coğrafiya İnstitutunun "Qurunun Hidrologiyası və su ehtiyatları" şöbəsinin müdiri Rza Mahmudov qəzetimizə açıqlamasında bildirib ki, hazırda dünyada iki təbii problem varsa, biri Yer atmosferində baş verən qlobal iqlim dəyişmələri, ikincisi onun təsirindən yaranan ekoloji, o cümlədən su problemi, su böhranıdır. Müasir dövrdə dünya əhalisini, dövlət xadimlərini, elm adamlarını, beynəlxalq təşkilatları narahat edən həyati vacib məsələlərdən biri atmosferdə baş verən qlobal iqlim dəyişmələri və onun ətraf mühitə, xüsusən dünyanın su obyektlərinə  olan təsirinin dinamik artmasıdır. Belə problemlərin həllinə çoxsaylı beynəlxalq tədbirlər həsr olunur ki, onlardan birinə 11-22 noyabr 2024-cü il tarixdə  Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransını aid etmək olar.

Alim qeyd edir ki, iqlim mürəkkəb sistemdir və onun dəyişmə səbəbi həm təbii, həm də antropogen amillərin təsiri ilə bağlıdır: "Azərbaycan ərazisinin iqlimi də qlobal iqlim sisteminin tərkib hissəsidir və baş verən proseslər müxtəlif intensivliklə, müxtəlif zaman kəsiyində ölkənin iqlim şəraitinə təsir göstərir. Azərbaycanda çoxillik normaya nisbətən (norma 12,30C) 2007-2023-cü illərdə orta illik temperatur 13,50C təşkil edib. Yəni bu dövrdə temperatur artımı 1,20C olub. Yağıntılar isə müvafiq dövrlər üçün (norma 482 mm) azalaraq 445 mm  təşkil etməklə 37 mm azalma müşahidə olunub. 

Fəsillər üzrə 2023-cü ildə orta fəsil temperaturların artmasına (qışda +2.10C, yayda +2.00C, payızda +1.40C) baxmayaraq, yalnız yaz fəslində artım müşahidə edilməyib". 


2040-cı ilədək su ehtiyatları azalacaq


R.Mahmudov bildirib ki, su problemləri üzrə müvafiq elmi tədqiqat işlərinin aparılması ölkəmiz üçün həmişə aktual məsələlərdən hesab olunur. İstənilən ölkənin çay su sistemi, su ehtiyatları məhz iqlimin məhsuludur. Əksər ölkələr eyni çay hövzələrində yerləşdiyindən qlobal və regional miqyasda baş verən dəyişmələr region ölkələrinin su ehtiyatlarına kompleks təsir edir. Dünyada 53 ölkə eyni çay hövzəsindədir. 33 ölkə isə su çatışmazlığı ilə problem yaşayan ölkələrdir ki, Azərbaycan da bu sıraya daxildir. XX əsrdə dünya üzrə suya olan təlabat 6 dəfədən çox artıb. Əsas səbəblər qlobal iqlim dəyişmələri və onun dünya su ehtiyatlarına təsiri, dünya əhalisinin artımı və suya olan təlabatın çoxalması, əsasən antropogen təsirlərin artması nəticəsində sularda kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsidir. Sözsüz ki, ikinci dərəcəli digər səbəblər də mövcuddur. Bunun nəticəsidir ki, BMT 2018-2028-ci onilliyi dünyada "Su - dayanıqlı inkişaf üçün" devizi altında keçirməyi qərara alıb.

 Şöbə müdiri vurğulayıb ki, Azərbaycanın ümumi su ehtiyatı 30 km3 ətrafında qiymətləndirilir və iqlim dəyişmələrinin təsirindən çayların illik axımının 12-15 faiz, hətta bəzi çaylarda 40 faizə qədər azalması bu göstəricini, xüsusilə azsulu illərdə daha aşağı edir. "Ölkənin Milli Su Strategiyasında göstərildiyi kimi, iqlim dəyişmələrinin təsirindən su ehtiyatlarının 2040-cı ilə kimi 20,1 km3-ə, o cümlədən yerüstü su ehtiyatlarının isə 11,6 km3-ə düşməsi ehtimal olunur. Beləliklə, ölkədə mövcud su çatışmazlığının 4,0 km3-dən 8,0 km3-ə qədər artması gözlənilir", - deyə o əlavə edib.

R.Mahmudov qeyd edib ki, təhlillər ölkə ərazisində birinci rübdə yağıntıların normanın 67 faizini (2024-cü ildə normadan çox - 119 faiz olub) təşkil etdiyini göstərir. 2025-ci ildə qar örtüyündə orta sululuq 28 faiz olub ki, bu, çoxillik normanın cəmi 43,0 faizini təşkil edir. Bununla belə əsasən düşən yağıntıların hesabına bu ilin aprel ayının əvvəlində Kür çayının Azərbaycana daxil olan məntəqəsində orta su sərfi 517 kubmetr olub ki, bu da normanın 110 faizini təşkil edir. Bununla bərabər müvafiq olaraq Mingəçevir və Şəmkir su anbarlarında səviyyə 2024-cü ilə nisbətən 0,39 və 0,42 metrdən çox olub. Son 16 ildə Mingəçevir su anbarının səviyyəsi ilk dəfə olaraq ən yüksək (78,92 m) səviyyəyə qalxıb. Oxşar vəziyyət Araz və Şəmkir su anbarlarında da müşahidə edilib.


Bu il ölkədə sululuq bir qədər aşağı olacaq


Alim deyib ki, Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin verdikləri fəsillik proqnozlara görə, aprel-iyun aylarında ölkə ərazisində  havanın temperaturunun normadan 0,5-1,00C yüksək, yağıntıların isə normadan aşağı olacağı göstərilir: "Son illərin tədqiqatları göstərir ki, orta illik yağıntıların miqdarı azalsa da, qısamüddətli intensiv yağıntıların təkrarlanmasında artım müşahidə edilir. Milli Hidrometeorologiya Xidmətinin yaz gursulu axın dövrü üçün hazırladığı proqnoza görə, Kür çayının Qıraq Kəsəmən məntəqəsindən Şəmkir su anbarına gözlənilən su sərfi 525-585 m3/san. arasında ola bilər ki, bu da çoxillik normaya yaxındır. Ümumiyyətlə, verilən proqnozlara əsasən, ölkə ərazisində bu il sululuğun normaya yaxın və bir qədər az olacağı gözlənilir. Eyni zamanda gursululuq dövründə düşə biləcək intensiv yağışlar bəzi dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsinə səbəb ola bilər.

Ümumilikdə, proqnozlar da göstərir ki, iqlim dəyişmələrindən, həmçinin antropogen təsirlərdən qaynaqlanaraq su böhranı ildən-ilə artmaqdadır. Azərbaycan da bu qlobal problemlə üz-üzədir. Bu baxımdan sudan səmərəli istifadə, çirklənmənin qarşısını almaq hər kəsin əsas vəzifələrindən birinə çevrilməli, iqlim dəyişmələrinin yaratdığı fəsadların qarşısını almaq üçün bu yöndə davamlı tədbirlər görülməlidir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:30
19 İyun

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:29
19 İyun

Putin: Rusiya danışıqlara açıqdır, lakin Almaniya neytral vasitəçi sayıla bilməz  

02:04
19 İyun

İyunun 1-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

01:59
19 İyun

XİN nümayəndəsi: Azərbaycan COP29 sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir  

23:03
18 İyun

Azərbaycanın “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır

22:55
18 İyun

Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb

22:24
18 İyun

Beynəlxalq Simpoziumun iştirakçıları azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

22:19
18 İyun

Kahramanmaraşda qardaşlıq abidəsi: Azərbaycan-Türkiyə həmrəyliyinin daha bir rəmzi

22:09
18 İyun

İtonde Kakoma: Azərbaycan iqlimlə yanaşı, iqlim maliyyəsi və sülhə fokuslanan institutları bir araya gətirməkdə liderdir

21:59
18 İyun

COP30-a hazırlıq prosesində Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın daha da dərinləşdirilmə

21:47
18 İyun

Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb

21:37
18 İyun

Milli Məclisin növbədənkənar sessiyasının iclasında 21 məsələ müzakirə olunacaq

21:26
18 İyun

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş təşkil edilib

21:13
18 İyun

Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

21:07
18 İyun

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib

20:27
18 İyun

Medianın İnkişafı Agentliyi rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun qərəzli fikirləri ilə bağlı açıqlama yayıb

20:18
18 İyun

Oğuz-Qəbələ-Bakı su xəttində baş verən qəza aradan qaldırılıb

20:01
18 İyun

Yunanıstandan olan nümayəndəyə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib

19:54
18 İyun

Latviyalı parlamentarilər postmünaqişə dövründə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövcud vəziyyət barədə məlumatlandırılıblar

19:52
18 İyun

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib 

18:41
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!