07 İyul 2025 16:26
506
DÜNYA
A- A+
BRICS liderləri ABŞ ilə konfrontasiya istəmədiklərini bəyan ediblər  

BRICS liderləri ABŞ ilə konfrontasiya istəmədiklərini bəyan ediblər  

Çin bazar ertəsi günü bildirib ki, Braziliya, Rusiya və Hindistanın da daxil olduğu BRICS qruplaşması ABŞ Prezidenti Donald Trampın bloka qoşulan ölkələrə əlavə 10 faizlik tarif tətbiq edəcəyi bəyanatı fonunda Birləşmiş Ştatlarla konfrontasiya istəmir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib: “Tariflərin tətbiqi ilə bağlı Çin dəfələrlə mövqeyini bəyan edib. Ticarət və tarif müharibələrinin qalibi yoxdur və proteksionizm irəliyə doğru yol təqdim etmir”.

İyirmi il əvvəl sürətlə inkişaf edən iqtisadiyyatlar üçün bir forum olaraq qurulan BRICS ABŞ və Qərbi Avropanın gücünə Çin tərəfindən idarə olunan bir tarazlıq kimi görünməyə başladı. Bununla belə, Pekin iyulun 7-də qruplaşmanı inkişaf etməkdə olan bazarlar və ölkələr arasında əməkdaşlıq üçün mühüm platforma kimi müdafiə edib. “BRICS düşərgələr arasında qarşıdurma ilə məşğul olmur və heç bir ölkəni hədəf almır”, - deyə Çin rəsmisi vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidentinin bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib: “Biz doğrudan da Prezident Trampın belə bəyanatlarını görmüşük, lakin burada bir məsələni qeyd etmək çox vacibdir. BRICS kimi qrupun unikallığı ondan ibarətdir ki, bu, öz maraqları əsasında necə əməkdaşlıq etmək barədə ümumi yanaşmaları və ümumi dünya görüşünü paylaşan bir qrup ölkələri birləşdirir. BRICS çərçivəsində bu əməkdaşlıq heç vaxt hər hansı bir üçüncü ölkəyə qarşı yönəlməyib və belə bir məqsəd yoxdur”.

Donald Tramp ticarət tərəfdaşlarının razılığa gəlməsi üçün verdiyi son müddətin bitməsinə günlər qalmış bazar ertəsi günü müxtəlif ölkələrə ilk tarif məktublarını göndərəcəyini deyib. Bundan bir gün əvvəl, iyulun 6-da o, 15-ə qədər məktub göndərəcəyini bildirib və həmin ölkələr razılaşa bilməsə, ABŞ-ın idxal rüsumlarının apreldə təyin etdiyi yüksək səviyyələrə qayıdacağı ilə bağlı xəbərdarlıq edib.

ABŞ Prezidenti özünün “Truth” sosial şəbəkəsindəki paylaşımında bazar günü Rio-de-Janeyroda keçirilən sammitdə onun tariflərini tənqid edən dövlətləri “anti-Amerika” mövqeyində ittiham edərək inkişaf etməkdə olan BRICS ölkələrini əlavə 10 faizlik tariflə hədələyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!