12 Avqust 2026 15:25
852
Elm və texnika
A- A+
BMU-da müasir laboratoriyalar keyfiyyətli təhsil və elmi tədqiqat imkanlarını genişləndirir

BMU-da müasir laboratoriyalar keyfiyyətli təhsil və elmi tədqiqat imkanlarını genişləndirir

Bakı Mühəndislik Universitetində (BMU) təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi və tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə laboratoriya infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi tələbələrin müasir texnologiyalar əsasında təhsil almasına, praktiki vərdişlər qazanmasına və gələcək peşə fəaliyyətinə yüksək hazırlıq səviyyəsi ilə başlamasına imkan yaradır.

Son illərdə görülən işlər çərçivəsində universitetdə Kibertəhlükəsizlik, Biotexnologiya, Kompüter, Süni intellekt və data elmləri, Şəbəkə və sistem təhlükəsizliyi, Yusif Məmmədəliyev adına Üzvi sintez və materialşünaslıq, Aqrokimyəvi analizlər, Materialşünaslıq və digər yeni laboratoriyalar yaradılıb.

Hazırda BMU-da elm və mühəndisliyin müxtəlif istiqamətlərini əhatə edən 20-dən çox müasir laboratoriya fəaliyyət göstərir. Bunlara kompüter, mexanika mühəndisliyi, elektronika və informasiya-kommunikasiya texnologiyaları, kimya və kimya mühəndisliyi, biotexnologiya, mikroskopik tədqiqatlar, mikrobiologiya, fizika və digər ixtisaslaşmış laboratoriyalar daxildir. Müasir avadanlıqla təchiz olunan bu laboratoriyalar tədris prosesinin praktiki komponentinin gücləndirilməsinə, elmi tədqiqatların keyfiyyətinin artırılmasına və innovativ layihələrin həyata keçirilməsinə şərait yaradır.

Universitetdə son iki il ərzində mexanika mühəndisliyi laboratoriyaları da müasir tələblərə uyğun yenidən qurulub, mövcud avadanlıqlar bərpa edilərək funksional vəziyyətə gətirilib. Bu istiqamətdə Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası, Daxili yanma mühərrikləri və avtomobil, Mexaniki vibrasiya və səsə nəzarət, Dağıdıcı olmayan sınaq üsulları, Layihələndirmə və uyğun modelləşdirmə, Emal üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və istilik keçiriciliyi, eləcə də Bərpa olunan enerjilər laboratoriyaları fəaliyyət göstərir. Bu infrastruktur tələbələrin layihəəsaslı təhsil almasına, müasir mühəndislik avadanlıqları ilə işləməsinə və elmi-tədqiqat fəaliyyətində fəal iştirakına imkan verir.

BMU-da laboratoriya infrastrukturunun davamlı şəkildə modernləşdirilməsi universitetin strateji inkişaf prioritetlərindən biri kimi həyata keçirilir. Bu istiqamətdə görülən işlər əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasına, beynəlxalq standartlara uyğun peşə kompetensiyalarının formalaşdırılmasına, eləcə də innovativ layihələrin həyata keçirilməsi və sənaye ilə əməkdaşlığın genişləndirilməsinə töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

17:58
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!