BMT-nin İnkişaf Proqramı ilə birgə əlilliyi olan şəxslər üçün kiçik bizneslər yaradılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının birgə “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan işsiz şəxslər üçün kiçik bizneslər yaradılır. Onlardan indiyədək biznes planı təsdiq edilmiş 517 nəfərin bir hissəsi artıq aktivlərlə təmin olunaraq öz təsərrüfatlarını qurub.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi kimi ölkəmizdə fəaliyyət müddəti başa çatan Alessandro Frakasetti ilə görüşdə bildirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, sosial cəhətdən həssas qrupların kiçik sahibkarlığa çıxışına töhfə verən həmin layihənin aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsinə, əlilliyi olan şəxslərin peşə-əmək və sosial reabilitasiyası işlərinə də dəstəyini qeyd edib və işsiz şəxslərin əmək bazarına yenidən daxil olması üçün zəruri bilik və bacarıqlara yiyələnmələri məqsədilə layihə çərçivəsində dünyanın aparıcı “Coursera” onlayn tədris sistemi ilə əməkdaşlıq şəraitində kursların təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Nazir birgə icra olunan “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsinin də gənclərin əmək bazarına çıxışına öz dəstəyini verdiyini qeyd edib. Eləcə də əməkdaşlığın davamı olan, əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması məqsədinə yönələn layihənin əhəmiyyətindən bəhs edib.
O, A.Frakasettinin ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan ilə BMT-in İnkişaf Proqramı arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Bu istiqamətdə verdiyi töhfəyə görə A.Frakasettiyə təşəkkür edərək gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
A.Frakasetti ölkəmizlə bağlı xoş təəssüratlarını, fəaliyyəti dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqdan, görülən birgə işlərin nəticələrindən məmnunluğunu diqqətə çatdırıb. Müştərək layihələrin uğurlu əməkdaşlıq təcrübəsi formalaşdırdığını qeyd edərək, bu əməkdaşlığın qarşıdakı dövrdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezidentliyə namizəd saxlanıldı - ABŞ-də
29 Aprel
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək
29 Aprel
İtaliyanın baş naziri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq
29 Aprel
Sabah bəzi dağlıq ərazilərə dolu düşəcək
29 Aprel
Hindistan 10 ildə silah ixracını 35 dəfə artırıb
29 Aprel
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!