10 Avqust 2026 08:30
250
SİYASƏT
A- A+
Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-də Vaşinqton diplomatiyası Azərbaycana yalnız regional sülhün şərtlərini diktə etmək imkanı vermədi, həm də ölkəni qlobal ticarət xəritəsinin mərkəzi qovşağına çevirdi. ABŞ-nin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), rəsmi Bakının Zəngəzur dəhlizi beynəlxalq səviyyədə tam qəbul edilməklə, növbəti illərdə Azərbaycana həm böyük iqtisadi dividentlər, həm də güclü siyasi zəmanət qazandırır.

AZƏRTAC xəbər verir ki, ötən birillik dövr, regionun geosiyasi və iqtisadi arxitekturasını kökündən dəyişən bir çox mühüm razılaşmaların və praktiki addımların atılması ilə yadda qaldı. Hər şey 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlə başlasa da, bu həm də növbəti mühüm addım — ikitərəfli əlaqələrin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün zəmin yaratdı.

Əməkdaşlıqdan Strateji Tərəfdaşlığa keçid

2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasındakı görüşün ən mühüm nəticələrindən biri ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını hazırlayacaq İşçi Qrupun yaradılması haqqında Memorandumun imzalanması idi. Bu, sadəcə siyasi bəyanat deyildi, tərəflər öz üzərlərinə altı ay ərzində Xartiya hazırlamaq öhdəliyi götürdülər.

Bu proses bu ilin fevralın 10-da real nəticəyə çevrildi. Belə ki, Prezident İlham Əliyev və ABŞ Vitse-prezidenti Cey.Di. Vens Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzaladılar.

Xartiya münasibətləri diplomatik, iqtisadi, enerji, texnologiya, regional bağlantı və təhlükəsizlik istiqamətlərində sistemli şəkildə dərinləşdirməyi nəzərdə tutur.

2025-ci il avqustun 8-dən əvvəl Azərbaycan–ABŞ münasibətlərinin əsasında enerji, təhlükəsizlik və diplomatiya dururdu. Yeni Xartiyada isə süni intellekt, rəqəmsal infrastruktur və texnoloji əməkdaşlıq ayrıca prioritetlər kimi müəyyənləşdirildi. Bu, münasibətlərin daha dayanıqlı modelə keçməsi baxımından müsbət nəticələrə səbəb oldu və çox keçmədi ki, bunun praktik əlamətləri də göründü. Məsələn, 2026-cı ilin fevralında İlham Əliyev ABŞ-ın “Oracle” şirkətinin rəhbəri ilə görüşdü. Görüşdə Azərbaycanda dövlət və özəl sektor üçün uzunmüddətli texnoloji əməkdaşlıq, həmçinin universitetlərdə “Oracle” akademiyalarının fəaliyyəti müzakirə olundu. Beləliklə, ABŞ-Azərbaycan əlaqələri artıq ayrı-ayrı layihələrdən ibarət deyildi. Çünki yüksələn etimad iqtisadi əlaqələrin inkişafına da təkan verdi.

İqtisadi müstəvidə əldə edilən əsas nailiyyətlər

ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması ABŞ-nin Azərbaycanı yalnız Ermənistan–Azərbaycan münaqişəsi kontekstində deyil, həm də ayrıca strateji tərəfdaş kimi gördüyünü göstərən mühüm addımdır. Bu, xüsusilə 2026-cı ildə iki ölkənin strateji tərəfdaşlıq üzrə sənəd qəbul etməsi fonunda əhəmiyyətlidir. Sənəddə təhlükəsizlik, enerji, iqtisadiyyat, texnologiya və regional bağlantı ayrıca əməkdaşlıq sahələri kimi göstərilir. Lakin 907-ci düzəliş qüvvədə qaldığı halda ABŞ-nin Azərbaycan hökumətinə müəyyən birbaşa yardım göstərməsi məhdudlaşdırılırdı. Bu, həm də iqtisadi-müdafiə tərəfdaşlığının önünü açdı.

Digər iqtisadi nailiyyət iki ölkə arasında Strateji İşçi Qrupunun yaradılması idi. Bu, Azərbaycan və ABŞ-nin investisiya, enerji, rəqəmsal infrastruktur və süni intellekt (AI) sahələrini əhatə edən böyük layihələrin koordinasiyasının birgə təmin edilməsi deməkdir.

Bundan başqa, rəsmi Bakının apardığı praqmatik siyasət nəticəsində Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin keçməsi və Ermənistanın enerji təhlükəsizliyinə dəstək olaraq neft məhsullarının göndərilməsi təmin olundu. İndiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Zəngəzur dəhlizinin yeni Vaşinqton modeli - TRIPP layihəsi

Ötənilki səfərin regional və qlobal miqyasda ən səs-küylü iqtisadi-logistik nəticəsi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) – Zəngəzur dəhlizi üzrə əldə olunan razılaşmadır. TRIPP layihəsi mahiyyət etibarilə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsinin beynəlxalq zəmanətlə inşa edilməsini və işə salınmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi üçün ABŞ və Ermənistan birgə "TRIPP Development Company" şirkətini təsis edib. ABŞ tərəfi layihənin reallaşdırılması üçün ilk mərhələdə 201 milyon dollar maliyyə vəsaiti ayırıb. Həmçinin, ABŞ Dövlət Departamenti xətti ilə regional layihələri dəstəkləmək üçün 402 milyon dollarlıq "TRIPP+ Enterprise" Fondu yaradılıb. Tikinti prosesinə gəlincə, ABŞ şirkətləri ərazidə tədqiqat işlərini yekunlaşdırıb və tikinti işlərinin elə bu il başlanılması gözlənilir. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yüklərin və sərnişinlərin tam təhlükəsiz, maneəsiz multimodal keçidini təmin edir. Giriş və çıxış nöqtələri birbaşa Azərbaycan sərhədlərinə bağlandığı üçün ABŞ tərəfi layihənin bütün texniki və logistik gedişatı barədə rəsmi Bakını mütəmadi məlumatlandırır.

Bütün bunlar həm də Orta Dəhlizin güclənməsi deməkdir. Şimalda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginliklər isə cənub marşrutlarını riskli etdiyi üçün TRİPP Şərq-Qərb və Orta Dəhlizinin ən etibarlı iqtisadi elementinə çevrilir. Beləliklə, Mərkəzi Asiya və Azərbaycan üzərindən keçən yükdaşıma həcminin 2030-cu ilə qədər 11 milyon tona çatdırılması hədəflənir.

Vaşinqton sammitində ortaya çıxan TRIPP layihəsi nəinki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantı, həmçinin daha geniş regional və tranzit baxımından mühüm nəticədir. Azərbaycan bunu Orta Dəhlizin yeni seqmenti kimi təqdim edir. Layihənin potensialı yalnız avtomobil və dəmir yolu ilə məhdudlaşmır; enerji, elektrik və fiber-optik bağlantılar da perspektiv kimi dəyərləndirilir.

Beləliklə, Azərbaycanın coğrafi mövqeyi ABŞ üçün daha strateji dəyər qazanır. Bu, Azərbaycanın enerji ölkəsindən əlavə tranzit və bağlantı ölkəsi kimi əhəmiyyətini yüksəldir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

09:51
10 Avqust

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

09:49
10 Avqust

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

09:06
10 Avqust

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

08:53
10 Avqust

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

08:46
10 Avqust

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

08:30
10 Avqust

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

08:14
10 Avqust

İDMAN Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

07:58
10 Avqust

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!