16 Oktyabr 2026 09:20
293
Mədəniyyət
A- A+
"Bir az Rəsul Rzadı, bir az da Əli Kərim"

"Bir az Rəsul Rzadı, bir az da Əli Kərim"


Görkəmli şair İbrahim Göyçaylı 70 il yaşadı və ömrünün 50 ildən çoxunu ədəbiyyata, poeziyaya sərf etdi, özündən sonra ədəbiyyat aləmində heç vaxt pozulmayacaq izlər qoydu. Şair onu tanıyanların, ailəsinin, dost-tanışlarının, oxucularının yaddaşında görkəmli söz ustası, mehriban insan kimi qaldı. 

Yaradıcılığı diqqətlə öyrənilən, şeirləri maraqla oxunan İbrahim Məhəmməd oğlu Əsgərov (İbrahim Göyçaylı) 1936-cı il Göyçayın Alıkənd kəndində dünyaya göz açıb. 1943-cü ildə Göyçay şəhərindəki orta məktəbdə təhsil almağa başlayan İbrahim kiçik yaşlarından ədəbiyyata, poeziyaya böyük maraq göstərib. Onun poeziya aləminə gəlməsində ədəbiyyat dərsi tədris edən Hacağa müəllimin, həmçinin Göyçay Pedaqoji Texnikumunda işləyən Təyyar müəllimin böyük rolu olub. İbrahim ilk şeirini Azərbaycanın görkəmli şairi M.P.Vaqifin məşhur "Durnalar" şeirindən təsirlənərək yazıb. Beləcə, yaradıcılıq yollarında ilk addımlar atmağa başlayıb.

1953-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olan İbrahim Əsgərov Yaşar Qarayev, Tofiq Hacıyev, Hüseyn Kürdoğlu, Arif Səfiyev, Şamil Salmanov və başqaları ilə bir yerdə oxuyub, yaxından dostluq edib. 1958-ci ildə ali təhsilini başa vurduqdan sonra İbrahim Göyçaylı qəzetdə müxbir işləyib. İmzası tanınıb, yazdığı  məqalələr oxucular tərəfindən maraqla qarşılanıb. O, bir müddət sonra Azərbaycan Dövlət Nəşriyyatında "Mədəni ticarət" qəzetində redaktor işləyib. Həmin illər tale onun qarşısında yeni yaradıcılıq yolları açıb. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində işləyib. Ümumilikdə götürəndə tanınmış şair komitədə 40 ilə yaxın çalışıb. Bu müddət ərzində radionun formalaşmasında, oxucuların zövqünü oxşayan yeni verilişlərin açılmasında xüsusi xidmətlər göstərib. 

Şair Nizami Saraclının İbrahim Göyçaylıya həsr etdiyi "Tikansız adam" poemasında onu görkəmli şairlər Rəsul Rzaya və Əli Kərimə bənzədərək yazıb: "Bir az Rəsul Rzadı, bir az da Əli Kərim". Bu da təkcə onların həmyerli olmaları ilə deyildi. Yaradıcılığını yaxından izləyənlər, şeirlərini oxuyanlar yaxşı bilirlər ki, onun dili aydın, fikirləri dərin və mənalıdır. Ona görə də qələm dostları, yazıçılar, ədəbiyyatşünaslar və tənqidçilər İbrahim Göyçaylının yaradıcılığına yüksək dəyər veriblər.

İbrahim Göyçaylının da yaradıcılığında məhəbbət və ondan doğan həsrət aparıcı mövzudur. Şairin illər əvvəl sevdiyi, həsrətinin odunda yandığı bir gözələ həsr etdiyi  "Ürək sözüm" şeiri bu gün də maraqla oxunur, könülləri ovsunlayır:

Sən getsən, yolunda donar heyrətim,

Bulud yaylığını asar üfüqdən.

Dayan, ürək sözüm,

Ürək taqətim,

Dayan, gözlərində gecələyim mən.

İbrahim Göyçaylı kədərdən yoğrulmuş şeirlərini ağrı-acılarını yaşadığımız Birinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə yazıb: 

Əgər belə getsə eldən nə soraq, 

Haqqı tapa bilməz. 

Tapmaz Qarabağ.

Haramı götürmür bu yer, bu torpaq,

Pöhrələr, çiçəklər solacaq bizə.    

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar İbrahim Göyçaylının "Fikrimin sabahı" adlı kitabına yazdığı ön sözdə şairin yaradıcılığına yüksər dəyər verərək fikirlərini bu cür qələmə alıb: "O, yaşıdlarına da, gənclərə də nümunə olacaq bir şairdir, amma yaşıdlarının da, ədəbi nəslinin də əldə etdiyi hər cür adlara da, nailiyyətlərə də layiqdir. Sadəcə olaraq, gözə görünmədiyindən görüş bucağından bir az kənarda qalıb".

Görkəmli şair İbrahim Göyçaylı 15 şeir kitabının müəllifidir. Onun müxtəlif illərdə "Dalğalar qoynunda", "Yadigar sözlər", "Gözlərinin işığında", "Qərənfil işığı", "Qoymayın qızları kədərlənməyə", "Ulduzlar nədən danışır", "Vaxt soruşsa", "Uzaq haraylara isinmir ürək", "Ümiddən uzun gecə", "Lirika" və başqa kitabları nəşr olunub. Şairin yalnız ölkəmizdə deyil, Rusiyada, Gürcüstanda və İranda da kitabları işıq üzü görüb. Şeirlərindən əlavə İbrahim Göyçaylının dünya ədəbiyyatından bir çox dəyərli tərcümələri də var. 

İbrahim Göyçaylını çox haqlı olaraq "nəğməkar şair" adlandırırlar. Şairin sözlərinə 100-dən çox mahnı bəstələnib. Cahangir Cahangirov, Tofiq Bakıxanov, Əfsər Cavanşirov, Nəriman Məmmədov, Oktay Rəcəbov, Eldar Mansurov, Ələkbər Tağıyev və başqalarının bəstələdikləri həmin mahnıları indi də tanınmış müğənnilər böyük şövq və sevgi ilə oxuyurlar. 

Əməkdar mədəniyyət işçisi İbrahim Göyçaylı dünyasını 2007-ci ildə  dəyişmişdir. Amma onun şeirləri və sözlərinin müəllifi olduğu mahnılar hələ uzun müddət yaşayacaq. 

Bütün zamanlarda sevilən şair İbrahim Göyçaylı qismətinə düşən yetmişillik ömrünü şərəf və ləyaqətlə yaşadı. Yazdığı bir-birindən dəyərli, misralarından dərin mənalar ifadə edən şeirləri ilə poeziyamızda layiqli yer tutdu. Həmişə oxundu, həmişə sevildi. Qələmindən çıxan əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirdi.  

Şairin xatirəsi həmişə oxucular tərəfindən əziz tutulur, hörmətlə yad edilir.  Göyçay şəhərindəki küçələrdən biri görkəmli şair İbrahim Göyçaylının adını daşıyır. Xalq şairini heç vaxt unutmur, əsərlərini sevə-sevə oxuyur və ürəyində, qəlbində daim yaşadır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ rəhbərliyi Ukraynaya davamlı dəstək vəd edir  

16:57
16 Oktyabr

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

16:46
16 Oktyabr

Qocalmanı ləngitməyin yolu tapılıb  

16:43
16 Oktyabr

Seul Pxenyanın hipersəs raket sınaqlarının uğuruna dair şübhələrinə cavab verib  

16:41
16 Oktyabr

Doğum və ölüm göstəriciləri

16:40
16 Oktyabr

 Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı: 1970 həb aşkarlanıb  

16:38
16 Oktyabr

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb  

16:35
16 Oktyabr

Beynəlxalq təsisatların selektiv yanaşması  

16:22
16 Oktyabr

Bakıdan səslənən mühüm çağırışlar   

16:12
16 Oktyabr

Füzuli rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir

16:07
16 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb  

15:59
16 Oktyabr

Beynəlxalq hüquq selektiv deyil, universal olmalıdır  

15:56
16 Oktyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb  

15:54
16 Oktyabr

“Tesla” uçan “Roadster 2” modelini sınaqdan keçirdi  

15:39
16 Oktyabr

Aralıq dənizində dünyanın ən qədim gəmi qalıqları aşkarlanıb  

15:36
16 Oktyabr

Dəmir yollarından metronun dərinliklərinə  

15:32
16 Oktyabr

Ölkəmizin turizm imkanları Samsunda təqdim edilib

15:30
16 Oktyabr

Azərbaycanda 9 ayda 19,86 milyon ton neft hasil edilib

15:28
16 Oktyabr

Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil siyasətinin təcəssümü  

15:22
16 Oktyabr

Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  

15:15
16 Oktyabr

ÜST qurğuşun zəhərlənməsi ilə bağlı çağırış edib  

15:12
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!