16 Oktyabr 2026 08:20
310
Mədəniyyət
A- A+
Abşeronun qədim abidələri tarixin daş izidir

Abşeronun qədim abidələri tarixin daş izidir


Bakıda tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında Prezident İlham Əliyevin 18 avqust 2006-cı il sərəncamında yazılıb: "Xalqımızın milli sərvəti olan İçərişəhər Azərbaycanda hələ yüz illər bundan əvvəlki şəhərsalma sənətinin əzəmətli təzahürüdür. Burada ucaldılmış Qız qalası, qala divarları və Şirvanşahlar Sarayı Kompleksinin şöhrəti dünyaya yayılmışdır. Orta əsrlər şəhər mədəniyyətinin təcəssümü kimi kompleksə daxil olan məscidlər, karvansara, zorxana, bazar meydanı və digər tikililər mühəndis-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğurur".

Son illər Azərbaycana, o cümlədən Bakıya gələn turistlər ölkəmizi daha dərindən tanımaq üçün qədim abidələr, müzey və tarixi yerlərlə yanaşı, Bakıətrafı kənd və qəsəbələrdəki tarixi tikililəri də ziyarət edirlər. Abşeronun bu ünvanlarına səyahət  qonaqlarda böyük maraq doğurur. Səyahətçilər arasında əcnəbi vətəndaşlarla yanaşı, ölkəmizin yaxın və uzaq bölgələrindən gələnlər də olur. 

Bu günlər müxbirimizin də qatıldığı səyahətçilər Abşeronun qədim kəndlərindən olan Bülbülə və Əmircanda olmuşlar. İştirakçılar qəsəbələrin məskunlaşma tarixi, əhalisi, iqtisadiyyatı və bu günu haqqında dolğun məlumatlar almış, Bülbülənin tarixi abidələri olan "İmamzadə"yə, məscidlərə və köhnə hamama baş çəkmişlər. Onlara bu tarixi abidələr haqqında geniş açıqlama verilmişdir.

Abşeronda ən qədim tikili olan "İmamzadə"nin bir hissəsini xeyriyyəçi Hacı Mübariz öz vəsaiti hesabına bərpa etdirmişdir. Bildirilmişdir ki, 677-735-ci illərdə burada beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq yaşamışdır. Ərazidə onun xanımı, həmçinin nökəri dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu yerlərə ehtiramı daha da artırmışdır. 

Abidənin yaxınlığında olan, XVII əsrin əvvəllərində Şah Abbasın fərmanı ilə Şeyx Nəcməddin tərəfindən inşa edilən Cümə məscidinin sovet hakimiyyəti zamanında - 1934-1936-cı illərdə sökülməsi ziyarətçilərdə məyusluq doğursa da, məscidin müstəqillik illərində bərpası və "İmamzadə"də aparılan yenidənqurma işləri onlarda xoş ovqat yaratmışdır. 

Bundan başqa, kənddə 1855-ci ildə yazıçı, alim və ictimai xadim Abbasqulu ağa Bakıxanov tərəfindən inşa etdirilən məscid, 1915-ci ildə tikilən Qəriblər məscidi, habelə 1902-ci ildə Məşədi Vəlican tərəfindən tikilmiş hamam səyahətçilərin böyük marağına səbəb olmuşdur. 

Bakının ən böyük abidələrindən biri də milyonçu Murtuza Muxtarovun 1908-ci ildə Əmircan kəndində tikdirdiyi məsciddir. Bununla yanaşı, XIV əsrin əvvəllərində tikilən Nizaməddin məscidi də Bakının ən qədim tikilisi hesab edilir. Məscidin köhnə hissəsi Əmir Hacı Nizaməddin tərəfindən təmir etdirilmişdir. Məxəzlərə görə, elə o dövrdən qədim Xilə kəndi bu əmirin şərəfinə Əmir Hacan kimi tanınmağa başlamışdır. Hazırda Əmircan qəsəbəsi kimi tanınan bu kəndin qədim abidələri dövlət tərəfindən qorunur.

Suraxanıdakı XVIII yüzilliyə aid "Atəşgah" Dövlət Tarix-Memarlıq Qoruğu abidəsinə səyahət də maraqlı olmuşdur. Kompleksin ərazisində atəşpərəstlik məbədində qazıntılar, habelə bu qiymətli tarixi-memarlıq abidəsinin keçmişi haqqında iştirakçılara maraqlı bilgilər verilmişdir. Aparılan qazıntılar zamanı müəyyən olunmuşdur ki, abidə atəşpərəstliyin daha qədim (2-3 min il) məbədinin üzərində ucaldılmışdır. Abidə Şirvan-Abşeron memarlıq ənənələrini özündə əks etdirməklə bu məktəbin bariz nümunələrindən sayılır. 

Abşeronun  özünəməxsus fərqli xüsusiyyətlərə malik Qala kəndində gördüklərindən duyğulanan ziyarətçilərə elə gəldi ki, bu yaşayış məskəni əsrlərin  tikinti-memarlıq  incəsənətini özündə əks  etdirən, yüksəksəviyyəli tikinti texnikasına malik, tarixin  daşlarda  həkk olunmuş  izidir. Qala kəndinin usta və memarlarının  müxtəlif dövrlərdə yaratdığı  müdafiə, dini, mülki, xatirə və  məişət  tikililəri  bu  gün  kəndin  məğrurluq  simvoluna  çevrilmişdir.

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun  ərazisi  200  hektardan  çoxdur. Qoruq  İdarəsi  tərəfindən 243 tarixi-memarlıq  abidəsi, o cümlədən 1 qala, 5 məscid, 3 hamam, 3 ovdan, 2 türbə, 200-dən artıq yaşayış və təsərrüfat tikilisi, sərdabələr kompleksi  mühafizə  olunur.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ rəhbərliyi Ukraynaya davamlı dəstək vəd edir  

16:57
16 Oktyabr

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

16:46
16 Oktyabr

Qocalmanı ləngitməyin yolu tapılıb  

16:43
16 Oktyabr

Seul Pxenyanın hipersəs raket sınaqlarının uğuruna dair şübhələrinə cavab verib  

16:41
16 Oktyabr

Doğum və ölüm göstəriciləri

16:40
16 Oktyabr

 Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı: 1970 həb aşkarlanıb  

16:38
16 Oktyabr

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb  

16:35
16 Oktyabr

Beynəlxalq təsisatların selektiv yanaşması  

16:22
16 Oktyabr

Bakıdan səslənən mühüm çağırışlar   

16:12
16 Oktyabr

Füzuli rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir

16:07
16 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb  

15:59
16 Oktyabr

Beynəlxalq hüquq selektiv deyil, universal olmalıdır  

15:56
16 Oktyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb  

15:54
16 Oktyabr

“Tesla” uçan “Roadster 2” modelini sınaqdan keçirdi  

15:39
16 Oktyabr

Aralıq dənizində dünyanın ən qədim gəmi qalıqları aşkarlanıb  

15:36
16 Oktyabr

Dəmir yollarından metronun dərinliklərinə  

15:32
16 Oktyabr

Ölkəmizin turizm imkanları Samsunda təqdim edilib

15:30
16 Oktyabr

Azərbaycanda 9 ayda 19,86 milyon ton neft hasil edilib

15:28
16 Oktyabr

Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil siyasətinin təcəssümü  

15:22
16 Oktyabr

Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  

15:15
16 Oktyabr

ÜST qurğuşun zəhərlənməsi ilə bağlı çağırış edib  

15:12
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!