01 Avqust 2026 09:52
3959
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Çoxmənzilli binada mənzili ofisə çevirmək olarmı?


Nəriman BAÜIROV,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, mənzili rəsmi şəkildə qeyri-yaşayış sahəsinə keçirmədən orada genişmiqyaslı kommersiya məqsədli (ticarət və ya ictimai ofis) fəaliyyəti göstərmək qanunsuzdur. 

Çoxmənzilli binada mənzili ofis kimi istifadə etmək mümkündür, lakin bunun üçün qanunvericiliklə müəyyən edilmiş xüsusi hüquqi şərtlər və prosedur mövcuddur.

Mənzil Məcəlləsinin 14.1-ci maddəsinə görə, yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Məcəllənin 14.2-ci maddəsinin tələbinə əsasən, yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın.

Bunun üçün 3 əsas şərt eyni anda ödənilməlidir: 

1. Şəxsin həmin mənzildə qanuni əsaslarla yaşamaq hüququ olmalıdır. 

2. Bu fəaliyyət digər vətəndaşların (qonşuların) hüquqlarını və qanuni mənafelərini pozmamalıdır. 

3. Mənzillərin yerləşdiyi sahəyə dair yanğın təhlükəsizliyi, sanitariya-gigiyena və ekoloji tələblər pozulmamalıdır. 

Xüsusilə nəzərə alınmalıdır ki, qeyd olunan istisna hallar peşə və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi daşısa da mənzildə kütləvi insan axını yaratmayan, səs-küy salmayan fərdi fəaliyyətlərə aiddir. Əgər fəaliyyət işçilərin gündəlik gəlib-getdiyi, müştərilərin qəbul olunduğu bir ofis kimi həyata keçiriləcəksə o zaman yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirmək zəruridir.

Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir.

Əgər yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir.

Mənzil Məcəlləsinin 20.3-cü maddəsinin tələbinə görə, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.

Beləliklə, mənzilin qeyri-yaşayış sahəsinə (tamhüquqlu ofisə) çevrilməsi üçün aşağıdakı zəruri tələblər nəzərə alınmalıdır: 

1. Mənzilin bina sakinlərinin istifadə etdiyi ümumi blokdan (pilləkən) asılı olmayan müstəqil girişi olmalı və ya belə bir girişin tikilməsi üçün texniki imkan mövcud olmalıdır. 

2. Bir qayda olaraq, yalnız 1-ci mərtəbədə yerləşən mənzillər qeyri-yaşayış sahəsinə keçirilə bilər. Əgər mənzil 2-ci və ya daha yuxarı mərtəbədədirsə, onun birbaşa altında yerləşən bütöv sahə də qeyri-yaşayış sahəsi olmalıdır.

3. Mənzil mülkiyyətçisinin hüquqları üçüncü şəxslərin xeyrinə məhdudlaşdırılıbsa (məsələn, mənzil ipotekadadırsa) və ya mənzilə həbs qoyulubsa, qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmir. 

Mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi prosesi Mənzil Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydada həyata keçirilir. 

Unutmaq olmaz ki, mənzilin qeyri-yaşayış sahəsinə keçirilmədən ondan Mənzil Məcəlləsinin 14.2-ci maddəsinin tələblərindən kənar formada ofis kimi istifadə edilməsi mənzil qanunvericiliyinin pozulmasına dəlalət edir və bu hərəkət İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!