11 İyul 2026 09:52
4370
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Qonşu eyvanda xalça-palaz çırpır, bütün toz mənim eyvanıma tökülür. Dəfələrlə desəm də, faydası yoxdur. Bunun qarşısını almaq üçün hansı hüquqi addımları ata bilərəm? 


Humay ƏFƏNDİZADƏ,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, bu problem qonşuluq münasibətlərində tez-tez rast gəlinən, həm məişət rahatlığını pozan, həm də sanitariya-gigiyena normalarına zidd olan bir haldır. 

Nəzərə almaq lazımdır ki, mülki qanunvericilikdə qonşuluq münasibətləri, xüsusilə qonşuluq hüququ ətraflı şəkildə müəyyən edilmişdir. Bura ilk növbədə qonşunun hüququnun pozulmaması daxildir ki, bu göstəriş mülkiyyətçiyə açıq şəkildə bəyan edilir. Belə ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Lakin bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqları pozulmamalı, hüquqdan sui-istifadəyə yol verilməməlidir.

Bundan başqa, mülki qanunvericilik qonşuluq münasibətlərinə hüquq prizmasından yanaşaraq qeyd edir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

Bununla yanaşı, mülki qanunvericilik şəxsin qonşu təsirinə dözmək kimi bir vəzifəsinin olduğunu da vurğulayır. Mülki Məcəllənin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Lakin bu təsirlər normal həddi aşdıqda, əmlakdan istifadəyə mane olduqda və ya hüquqları pozduqda, həmin hərəkətlərə son qoyulmasını, zərurət olduqda kompensasiya tələb etmək hüququ yaradır. 

Həmçinin əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

Eyni zamanda Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə isə mülkiyyətçi məhkəmə qaydasında  onların dayandırılmasını tələb etmək hüququna malikdir.

Qonşu ilə aranızda yaranmış mübahisəni qonşuluq münasibətləri xatirinə ilk növbədə danışıqlar yolu ilə həll etməyə çalışın. Əgər şifahi xəbərdarlıq, yaxud ikitərəfli danışıq nəticə verməzsə, o zaman mübahisənin həlli prosesini rəsmi müstəviyə keçirmək lazımdır. Bunun üçün ilk növbədə əlinizdə güclü sübutlar olmalıdır. Məsələn, qonşunun xalça çırpdığı anın video və fotoşəkillərini çəkin (tozun sizin eyvana yayıldığı aydın görünməlidir).

Kifayət qədər sübut toplandıqdan sonra ilkin olaraq inzibati orqana - sahə müvəkkilinə müraciət edə bilərsiniz. Bu halda qonşunun hərəkətləri ictimai davranış və sanitariya qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Sahə müvəkkilinə rəsmi ərizə ilə müraciət edərək profilaktik söhbət aparılmasını və qanun pozuntusunun aktlaşdırılmasını tələb edin. Polisin tərtib edəcəyi hər hansı rəsmi sənəd (izahat, akt və s.) gələcəkdə məhkəmə üçün çox mühüm sübut olacaq.

İnzibati orqana müraciətlə birlikdə, yaxud ondan sonra məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, iddiaçı olaraq cavabdehə (qonşuya) qarşı "qanunsuz hərəkətlərə son qoyulması (müdaxilənin aradan qaldırılması)" tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Əsas tələblə yanaşı, əgər bu toz nəticəsində eyvandakı əşyalarınıza və ya mənzilə maddi ziyan dəyibsə - maddi ziyanın ödənilməsini, həmçinin uzunmüddətli psixoloji gərginlik və rahatlığın pozulmasına görə - mənəvi ziyanın kompensasiyasını da tələb etmək hüququnuz vardır.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!