26 Sentyabr 2026 11:10
1171
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Xarici vətəndaş Azərbaycanda kirayə qaldıqda, onu yaşayış yeri üzrə  kim və hansı müddətə qeydiyyata almalıdır?


Aylin MƏMMƏDLİ,

Qəbələ rayonu


- Sualınıza cavab olaraq bildiririk ki, xarici vətəndaşın Azərbaycan Respublikasında olduğu yer və ya yaşayış yeri üzrə qeydiyyata alınması məsələsi miqrasiya qanunvericiliyinin ən vacib, eyni zamanda ciddi əməl olunmalı prosedurlarından biridir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində "xarici vətəndaş" termini işlədilməmişdir, əvəzində "əcnəbi" və "vətəndaşlığı olmayan şəxs" terminlərindən istifadə olunmuşdur.

Əcnəbi - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan, vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən  vətəndaş hesab edilməyən şəxsdir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). 

Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə) ya internet informasiya ehtiyatı, elektron poçt vasitəsilə, ya da şəxsən təqdim etməlidir. 

Ərizə daxil olduqdan sonra qurum dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.

Məlumat üçün əlavə edək ki, yaşayış yeri - mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, mehmanxana, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri və digər bu kimi yerlərdir.

Olduğu yer - şəxsin yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər, habelə mənzil, digər yaşayış sahəsidir (özünün, qohumunun, tanışının və s.).

Kirayə münasibətlərinə gəldikdə isə əgər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yaşayış binasında (mənzildə) kirayəçi qismində yaşayırsa, bu, artıq sadəcə "olduğu yer" deyil, yaşayış yeri üzrə qeydiyyat kateqoriyasına aiddir. 

Təcrübədə tez-tez səhv başa düşülən məqamlardan biri qeydiyyat öhdəliyinin birbaşa əcnəbinin (vətəndaşlığı olmayan şəxsin) öz üzərinə düşdüyü fikridir. Lakin qanunvericilik bu məsələdə ev sahibini məsuliyyətli tərəf edir. Miqrasiya qanunvericiliyinə əsasən, əcnəbini (vətəndaşlığı olmayan şəxsi) yaşayış yeri üzrə qeydiyyata almaq mənzili kirayə verən şəxsin (mülkiyyətçinin) birbaşa vəzifəsidir.

Diqqət yetirilməli məqamlardan biri odur ki, müəyyən edilmiş müddətdə qeydiyyat prosedurunun yerinə yetirilməməsi müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi ilə məsuliyyət yaradır. Belə ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən həmin məcəllə ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Yekun olaraq bildiririk ki, kirayə verilən mənzilin sahibi ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında şəffaflığa əsaslanan münasibətlərin qurulması cəmiyyətimizdə hüquqi mədəniyyətin və qarşılıqlı etimadın başlıca göstəricisidir. Qanunlara hörmətlə yanaşmaq həm mülkiyyətçini gözlənilməz cərimələrdən qoruyur, həm də əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəmizdə təhlükəsiz və rahat yaşamasını təmin edir.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!