13 İyul 2025 10:40
23044
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Mən artıq 10 ildir ki, xarici ölkədə yaşayıram. Azərbaycandan çıxmazdan əvvəl ailə üzvlərimdən birinə notarius vasitəsilə uzunmüddətli etibarnamə vermişəm. Bu müddət ərzində etibarnamədən istifadə edilib-edilməməsi barədə heç bir məlumatım yoxdur. Bilmək istədiyim məsələlər aşağıdakılardır:


a) Etibarnamədən hansı sahələrdə istifadə olunub-olunmadığını yoxlamaq mümkündürmü?

b) Hazırda Azərbaycana gəlmək imkanım yoxdur. Bu halda həmin etibarnaməni necə ləğv edə bilərəm?


Nail BƏŞİRLİ


- Sualınızda qeyd olunan məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Notariat haqqında" Qanun və Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 nömrəli Qərarı ilə təsdiqlənmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" təlimatla tənzimlənir. 

Etibarnamədən hansı sahələrdə istifadə olunub-olunmadığını yoxlamaq məsələsinə gəldikdə, notariat orqanlarının apardıqları hərəkətlər Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən qeydə alınır və siz həmin idarəyə rəsmi müraciət etməklə müvafiq məlumatları əldə edə bilərsiniz. 

Sualınızın ikinci hissəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə və yuxarıda adıçəkilən təlimatın 79-cu bəndinə əsasən, sizin notariat qaydasında təsdiq edilmiş ərizəniz əsasında verdiyiniz etibarnaməni ləğv etmək hüququnuz var. Bunun üçün siz ərizənizi yaşadığınız ölkədəki Azərbaycan Respublikasının konsulluğunda təsdiqlədərək daha sonra onu poçt vasitəsilə etibarnaməni verdiyiniz notariat ofisinə göndərməlisiniz. Alternativ olaraq,  mobil telefonunuzda Ədliyyə Nazirliyinin "Mobil notariat" proqram təminatında qeydiyyatdan keçməklə distant qaydada xitam verə bilərsiniz.


- Brend adımı başqalarının istifadə etməməsi üçün onu hüquqi cəhətdən neçə qoruma altına ala bilərəm?


Fuad DÜNYAMALIYEV,

Mərdəkan qəsəbəsi


- Əvvəl qeyd edilməlidir ki, qanunvericilikdə brend anlayışı "əmtəə nişanı" kimi əks olunmuşdur. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununda əmtəə nişanı dedikdə sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması başa düşülür.

Göründüyü kimi, siz öz əmtəə nişanınızı sahibkarlıq fəaliyyətinizin bir hissəsi kimi dövlət qeydiyyatına aldıra bilirsiniz. Dolayısı ilə əmtəə nişanınızın başqa şəxslər tərəfindən istifadə edilməsinin qarşısını almaq üçün onu əmtəə nişanı kimi qeydiyyatdan keçirməklə hüquqi cəhətdən mühafizə altına ala bilərsiniz. Eyni zamanda nəzərə almaq lazımdır ki, bununla brendinizin adı deyil, onun qrafik təsviri qeydiyyata alınır. Qrafik təsvirin daxilində olan sözlər təsvir hesab olunmaqdadır. Qeydiyyat məsələsi "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunla tənzimlənir. Qeydiyyat üçün siz Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət etməlisiniz. Müraciət zamanı əmtəə nişanının qrafik təsviri, sahibkarın adı, hansı məhsul və xidmətlər üzrə istifadə ediləcəyi və təsisçi barədə məlumat təqdim olunmalı, həmçinin müvafiq dövlət rüsumu ödənilməlidir. Agentlik əvvəlcə sənədlərin tamlığını, sonra isə brendin unikallığını yoxlayır. Əgər hər şey qaydasındadırsa, sizə 10 il müddətinə qüvvədə olan və yenilənə bilən əmtəə nişanı haqqında şəhadətnamə verilir. Bu sənəd sizə həmin əmtəə nişanı üzərində müstəsna hüquqlar verir - yəni başqalarının onu istifadə etməsinin qarşısını ala, hüquq pozuntusu halında məhkəməyə müraciət edə və kompensasiya tələb edə bilərsiniz. Əgər brendinizi beynəlxalq səviyyədə də qorumaq istəyirsinizsə, onun beynəlxalq qeydiyyatı qanunvericiliyə əsasən mümkündür.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!