24 Yanvar 2026 08:00
2228
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlığa əsaslanır

Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlığa əsaslanır


Dostluqdan və rəğbətdən qlobal sülh memarlığına gedən yol 


Davos zirvəsi Azərbaycan və ABŞ arasında strateji münasibətlərin təqdimat platformasına çevrildi. Yanvarın 22-də İlham Əliyevlə Donald Tramp arasında keçirilən görüş, sadəcə, iki dövlət başçısının dialoqu deyil, Bakı ilə Vaşinqton arasında yaranan strateji tərəfdaşlığın və planetar nizamda Azərbaycanın artan rolunun ifadəsi idi. 

Davosda liderlərin səmimi görüşündə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulandı. Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirdi. 

Dövlət başçısı İlham Əliyev görüşdə TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd etdi. Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə də toxunuldu. Bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edildi. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirildi. Liderlər ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar. Xatırladaq ki, yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimi keçirilib. Prezident İlham Əliyevlə yanaşı, digər dövlət və hökumət başçıları da "Sülh Şurasının Nizamnaməsi" sənədini imzalayıblar. Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması isə ölkəmizin beynəlxalq sistemdə qazandığı siyasi etimadın, funksional rolunun və qlobal nüfuzunun məntiqi nəticəsi kimi dəyərləndirilir. 

Azərbaycan-ABŞ münasibətləri dəyişən yeni dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Donald Trampın "Öncə Amerika" siyasəti ilə İlham Əliyevin "Güclü Azərbaycan" doktrinası arasındakı qeyri-adi vəhdət Azərbaycanı ABŞ üçün, sadəcə, enerji tərəfdaşı deyil, qlobal sülhün əsas memarlarından birinə çevirir. Donald Trampın praqmatizmi ilə İlham Əliyevin uzaqgörən siyasətinin birləşməsi Vaşinqtonla Bakını heç vaxt olmadığı qədər yaxınlaşdırır. ABŞ rəhbərinin İlham Əliyevə olan şəxsi rəğbəti və etimadı rəsmi kanalları daha çevik və səmimi dialoq platformasına çevirir. Liderlər arasındakı yaxın və səmimi dostluq münasibətləri mürəkkəb diplomatik prosedurları sürətləndirərək, təhlükəsizlik və iqtisadiyyat sahələrindəki əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. Bu amil təhlükəsizlikdən tutmuş iqtisadiyyata qədər hər bir sahədə ikitərəfli bağları daha da möhkəmləndirən hərəkətverici qüvvədir. 

Donald Trampın Azərbaycan liderinə münasibəti təkcə siyasi bəyanatlarla deyil, həm də diplomatik etiketin fövqündə duran şəxsi jestlər, simvolik hədiyyələr və birbaşa təriflərlə yadda qalıb. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşdə Tramp Azərbaycan Prezidentinə xüsusi hədiyyə təqdim edib. Bu, Ağ Evin simvolik açarı idi. Diplomatiyada belə hədiyyə ən yüksəksəviyyəli etimadın və "qapılarımız sizə hər zaman açıqdır" mesajının göstəricisidir. Tramp bu hədiyyəni təqdim edərkən İlham Əliyevin regionda sülhün bərqərar olmasındakı həlledici qətiyyətini xüsusi vurğulamışdı. Azərbaycan liderinə münasibətdə "güclü lider" və "dostum" ifadələrini səsləndirən Tramp İlham Əliyevi "nə etdiyini bilən və verdiyi sözə sadiq qalan güclü lider" kimi xarakterizə edib. 

Ötən il Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından bir hissəni iki dəfə paylaşmışdı. Ağ Ev rəhbərinin bu addımı Trampın Cənubi Qafqaz liderlərindən birinə münasibətdə ictimai şəkildə verdiyi ilk açıq dəstək jestlərindən biri kimi qiymətləndirilmişdi. Avqustun 25-də Tramp üzərində xoş sözlərini yazdığı tarixi fotoşəkilləri şəxsi imzası ilə Azərbaycan liderinə hədiyyə göndərmişdi. Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevin onun haqqında müsbət fikirlər söylədiyini yüksək qiymətləndirmiş, bunu səmimiyyət əlaməti kimi qəbul etmişdi. 

13 oktyabr 2025-ci ildə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti də Donald Tramp və İlham Əliyev arasındakı münasibətlərin ən parlaq məqamlarından biri hesab olunur. Trampın bu tədbirdə Azərbaycan lideri haqqında işlətdiyi ifadələr və ona qarşı nümayiş etdirdiyi xüsusi rəğbət geniş əks-səda doğurmuşdu. Xüsusən, Trampın protokol qaydalarını kənara qoyaraq İlham Əliyevə "dostum İlham" deyə müraciət etməsi və səmimi söhbəti medianın diqqətindən qaçmamışdı. Həmin sammitə Azərbaycan liderini dəvət edən də məhz Donald Tramp idi. 

Azərbaycan və Ermənistan liderlərinin Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərməsindən sonra Trampın reaksiyası olduqca səmimi olmuşdu. Ağ Ev rəhbəri Bakıya göndərdiyi təşəkkür məktubunda bu jesti böyük şərəf adlandırmışdı. 

Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması da iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni və daha yüksək səviyyəyə qaldıran tarixi bir hadisədir. Xartiyanın təməli 8 avqust 2025-ci ildə Vaşinqtonda Prezident İlham Əliyev və Prezident Donald Tramp tərəfindən imzalanmış Anlaşma Memorandumu ilə qoyulub. Sənədin hazırlanması üçün xüsusi Strateji İşçi qrupu yaradılıb və bu qrup artıq iki görüş keçirib. Sənəd iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün hüquqi baza yaradır. 

Tramp xarakter etibarilə praqmatik, konkret nəticəyə fokuslanan və güclü iradə nümayiş etdirən liderləri sevir. İlham Əliyevin müstəqil siyasəti, nümayiş etdirdiyi güclü iradə və sarsılmaz qətiyyəti Trampın siyasət fəlsəfəsi ilə üst-üstə düşür. Tramp üçün İlham Əliyev olduqca mürəkkəb bir regionda sabitliyi qoruyan, etibar edilə biləcək güclü müttəfiqdir. Beləliklə, Bakı və Vaşinqton arasındakı münasibətlər, sadəcə, rəsmi sənədlərin dili ilə deyil, iki güclü liderin bir-birinə olan sarsılmaz etimadı və səmimi dostluğu ilə formalaşır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir

12:20
28 Yanvar

Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları açıqlanıb

12:02
28 Yanvar

Komitə sədri: Azərbaycanda uşaq hüquqlarının təmini sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulur

12:01
28 Yanvar

ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya edib

11:57
28 Yanvar

Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır

11:54
28 Yanvar

Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir

11:47
28 Yanvar

Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qanunlara dəyişikliklər edilir

11:35
28 Yanvar

Bakıda ciu-citsu zalının açılışı olub

11:34
28 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

11:15
28 Yanvar

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

Cəbrayıl sakini: Müəllim kimi Horovluda işləmək istəyirəm

09:54
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!