03 Fevral 2026 16:18
852
İQTİSADİYYAT
A- A+
Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  


Neftin dünya bazarında dünənki kəskin ucuzlaşması bu gün də davam edib. Fevralın 2-də HƏMAS rəhbərliyinin ABŞ Prezidentinə məktubu və Donald Trampın bu məktubu sosial şəbəkədə dərc etməsi İrana qarşı hərbi əməliyyatların keçirilməsi ehtimalını azaldır. Dünya neft bazarı reaksiyanı gözlətmədi.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 68 dollardan 66 dollara kimi ucuzlaşdı. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti isə 0,2 dollar azalaraq 61 dollara endi.

“The Nyu York Times” yazır ki, ABŞ Prezidenti İran ilə ciddi danışıqların davam etdiyini bildirib. Yaxın Şərqdəki hərbi bazalarını isə əsgər və silah-sursatla təchiz edən ABŞ Prezidenti İrana təzyiq edib danışıqlarda istədiyi nəticəni almaq niyyətindədir. Digər tərəfdən isə hərbi əməliyyatları istisna etmir. Lakin HƏMAS-dan aldığı məktub gərginliyi bir qədər səngitdi.

Sinqapurda fəaliyyət göstərən “Phillip Nova” onlayn broker şirkətinin analitiki Pryanka Saçdeva “Reuters” agentliyinə bildirib ki, D.Trampın bəyanatından sonra İran ordusu da Körfəzdə hərbi təlimlər keçirərək vəziyyəti daha da gərginləşdirmək istəmədiyini bildirdi. Bu iki bəyanata bazar qiymətlərin ucuzlaşması ilə cavab verdi. Analitik hesab edir ki, ucuzlaşmaya səbəb ABŞ dollarının son həftə ərzində digər valyutalara nisbətən dəyər qazanması da səbəb olub. Dünya bazarında neft dollarla satıldığı üçün onun dəyər qazanması və dəyərdən düşməsi hər zaman qiymətlərə təsirini göstərir.

Bununla yanaşı, İtaliya, Yunanıstan və Kipr öz ərazilərindəki neft yataqlarına hasilata başlayıblar. Avropada yaranan enerji böhranı qiymətlərin həddən artıq yüksəlməsinə səbəb olduğu üçün bu dövlətlər də neft və qaz hasil edib ilk növbədə daxili bazarı təmin etmək qərarına gəliblər.

“Australia and New Zealand Banking Group” (ANZ) analitikləri hesab edir ki, D.Trampın “yumşaq” bəyanatı dünya bazarında neftin qiymətini ucuzlaşdırsa da geosiyasi risklər hələ də qalır.

OPEC-in ötən həftə hasilatı 2026-cı ilin martına kimi dəyişməz olaraq qalması barəsindəki qərarı mart ayına kimi dünya bazarında neftin qiymətinin 64-65 dollar ətrafında olacağını deməyə əsas verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!