06 Dekabr 2025 08:35
5914
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxlanılan minik avtomobilində oxlar üzrə ağırlıq kütləsinin düzgün paylanmadığı hansı texniki üsul və ölçmə vasitələri ilə müəyyən edilməlidir? Bu hal aşkarlandıqda polis əməkdaşı nəqliyyat vasitəsinin hərəkətdən kənarlaşdırılması və duracağa yerləşdirilməsi barədə qərarı hansı maddələrə əsasən qəbul edir?


Turan QƏNBƏRLİ,

Bakı şəhəri


- Minik avtomobilində oxlar üzrə ağırlıq kütləsinin düzgün paylanıb-paylanmaması nəqliyyat vasitəsinin xüsusi texniki vasitələrlə, yəni nəzarət məntəqəsində quraşdırılmış ölçmə avadanlıqları ilə, nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə ölçülür və nəticələr real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürülür. Bu texniki üsul və ölçmə vasitələri qanunvericilikdə xüsusi olaraq nəzərdə tutulmuşdur və yalnız müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən tətbiq edilir. Əgər oxlar üzrə kütlənin normadan artıq olduğu aşkar edilərsə, Yol Patrul Xidməti əməkdaşı nəqliyyat vasitəsinin hərəkətdən kənarlaşdırılması və duracağa yerləşdirilməsi barədə qərarı İnzibati Xətalar Məcəlləsinin 96.1.7, 97.1 və 353.2-ci maddələrinə əsasən qəbul edir. Bu halda nəqliyyat vasitəsi müvəqqəti olaraq ən yaxın mühafizə olunan duracağa yerləşdirilir və inzibati protokol tərtib olunur. Praktikada bu, normadan artıq yük aşkarlandıqda, yükün boşaldılması və ya digər nəqliyyat vasitəsinə daşınması təmin edilənədək avtomobilin hərəkətinin məhdudlaşdırılması deməkdir. Müvafiq texniki üsul və ölçmə vasitələrinə dair tələblər dövlət standartları ilə müəyyən olunur.


- Bizim ailəyə məxsus olan yaşayış evi və torpaq sahəsi keçmişdə hər hansı rəsmi sənəd olmadan babama verilib. Necə deyərlər, kişi sözü möhür olub. Sonradan həmin ərazidə ev tikilib, mülkiyyət faktiki olaraq o zamandan bəri ailəmizin istifadəsində olub və kommunal xidmətlər atamın adına rəsmiləşdirilib. Qeyd edim ki, həmin ünvanda qeydiyyatımız mövcuddur. Lakin evin və torpaq sahəsinin mülkiyyət sənədi (çıxarış) yoxdur. Atamın vəfat etməsi ilə əlaqədar mən bu əmlakın mülkiyyət hüququnu rəsmiləşdirib çıxarış almaq istəyirəm. Bunun üçün hansı prosedurları həyata keçirməliyəm: hara müraciət etməliyəm, hansı sənədləri toplamalıyam?


Şamil KƏRİMOV,

Bakı şəhəri


- Bildiririk ki, daşınmaz əmlakın (yaşayış evi və torpaq sahəsi) mülkiyyət hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir və bu hüququn rəsmiləşdirilməsi üçün hüquqmüəyyənedici sənədlər tələb olunur. Əgər rəsmi mülkiyyət sənədi yoxdursa, vərəsə ilk növbədə, miras hüququnu təsdiq edən şəhadətnamə almalıdır. Bunun üçün vəfat etmiş şəxsin son qeydiyyatda olduğu yer üzrə notariusa müraciət edilməli, ölüm haqqında şəhadətnamə, ailə tərkibi və nikahı təsdiq edən sənədlər, həmçinin əmlakın faktiki istifadəsini və ailənin qeydiyyatını təsdiq edən arayışlar təqdim olunmalıdır. Əgər daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri, ümumiyyətlə, yoxdursa və ya bərpası mümkün deyilsə, vərəsə məhkəməyə müraciət edərək əmlak üzərində faktiki sahiblik və istifadə faktının müəyyən edilməsini tələb edə bilər. Məhkəmə qərarı hüquqmüəyyənedici sənəd kimi çıxış edə bilər və bu qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılır və çıxarış verilir. Torpaq sahəsi və fərdi yaşayış evi üçün isə yerquruluşu işlərinin aparılması, torpaqayırma sənədlərinin hazırlanması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə ("ASAN xidmət" mərkəzi və ya müvafiq dövlət orqanı) müraciət edilməlidir. Burada vərəsəlik şəhadətnaməsi, məhkəmə qərarı (əgər hüquqmüəyyənedici sənəd yoxdursa), əmlakın planı və ölçüsü, şəxsiyyət vəsiqəsi və digər tələb olunan sənədlər təqdim olunmalıdır. Qısaca olaraq, ilkin mərhələdə notariusa vərəsəlik üçün, hüquqmüəyyənedici sənəd yoxdursa, məhkəməyə, daha sonra isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməlidir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!