17 Yanvar 2026 09:25
3193
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- İşçinin səhvi ucbatından texniki avadanlıq sıradan çıxıb, böyük zərər yaranıb. İşçi isə məsuliyyəti boynuna almır. Ziyanın məhz onun günahı olduğunu necə sübut etmək olar və dəymiş ziyanın məbləği ondan tutula bilərmi?


Mehri Əlizadə,

Xırdalan şəhəri


- Sualınızla bağlı bildiririk ki, zərərin məhz işçinin səhvi (günahı) səbəbindən yaranması faktını sübut etmək üçün ilkin mərhələdə hadisənin mövcudluğu və bu mövcudluqda işçinin təqsiri üzrə sübutlar toplamaq lazımdır. Belə ki, avadanlığın sıradan çıxması ilə bağlı texniki ekspertiza və ya qüsur aktı tərtib olunmalı, hadisənin baş verməsini özündə əks etdirən videogörüntü götürülməli (əgər mövcuddursa), hadisə ilə bağlı şahid ifadələri alınmalı (əgər şahid varsa), həmçinin işçinin hərəkətini (hərəkətsizliyini) təsdiq edən sənədlər və materiallar əldə edilməlidir. Bu sübutlardan gələcəkdə zərər tələbi ilə bağlı məhkəməyə müraciət edilərkən istifadə olunur.

Zərərin tələb edilmə hissəsinə gəlincə, Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə görə, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Bundan başqa, əmək müqaviləsi bağlanarkən və ya sonra tərəflər arasında yazılı şəkildə tam maddi məsuliyyət müqaviləsi varsa bu halda işçidən zərərin məbləği tələb oluna bilər. Həmçinin, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Odur ki, Siz ziyanın mövcudluğu və onun işçinin təqsiri ucbatından baş verməsi, eləcə də ziyan məbləği ilə bağlı sübutlar toplamaqla məhkəməyə müraciət edə bilərsiniz. 


- Sizə miras hüququ ilə bağlı məsləhət almaq üçün müraciət edirəm. Məlumat üçün bildirim ki, ailəmiz uzun müddət baba mülkündə yaşayıb. Atam erkən vəfat edib, bir müddət sonra isə anam dünyasını dəyişib. Babamın vəfatından sonra sözügedən mülk nənəmin adına keçib. Nənəmin vəfatından sonra isə həmin mülkdə yalnız bibim və ailəsi yaşayıb. Bibim vəfat etdikdən sonra onun qızı digər potensial vərəsələrin razılığı və məlumatı olmadan mülkü satıb. Mülkün satışı, eləcə də əvvəlki vərəsəlik bölgüsü ilə bağlı rəsmi sənədlər barədə hazırda əlimdə hər hansı məlumat yoxdur.

Bu vəziyyətlə əlaqədar olaraq aşağıdakı məsələlərlə bağlı bilmək istəyirəm: baba mülkündən atama düşməli olan pay üzrə mənim vərəsəlik hüququm mövcuddurmu?

Əgər belə bir hüquq mövcuddursa, onun bərpa edilməsi və ya tələb olunması üçün hansı hüquqi addımların atılması mümkündür?

Mülkün artıq üçüncü şəxsə satılması vərəsəlik hüququnun həyata keçirilməsinə maneə yaradırmı?

Mövcud vəziyyət üzrə hüquqi yolları ətraflı izah etməyinizi xahiş edirəm.


Yeganə Xudiyeva,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, mövcud çətinliyiniz miras hüququ baxımından kifayət qədər mürəkkəb bir vəziyyətdədir, lakin bu ümidsiz olmağınız anlamına gəlmir. Öncə baba mülkindən ataya payın düşməsi ilə bağlı qeyd edirik ki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, ata mirasqoyana münasibətdə birinci dərəcə vərəsədir və onun mirasdan məcburi pay hüququ vardır. Atanızın vəfat etməsi ilə bağlı nəzərə alınmalıdır ki, ona öz atasından qalacaq miras pay  hüququ itmir və bu hüququ atanızın vərəsələrinə keçir. Mülkün babanın ölümündən sonra nənənin adına keçməsi məsələsinə gəlincə, burada nənənin mülkiyyət hüququnun yaranmasına əsas verən hadisəni dəqiqləşdimək çox önəmlidir. Əgər mülk bağışlama, yaxud alqı-satqı yolu ilə babadan nənəyə ötürülmüşsə, o zaman mülk miras əmlak kütləsindən çıxır. Yox, əgər mülk babanın ölümündən sonra nənə tərəfindən vərəsəlik yolu ilə qəbul edilmişsə, o zaman mülki miras əmlak hesab edilir. Belə olan halda sizin atanıza, eləcə də atanızdan sizə çatmalı olan pay itmiş sayılmır. Çünki miras əmlak nənənizin mülkiyyətinə keçən zaman mütləq qaydada siz vərəsəliyə çağırılmalıydınız. 

Bibiniz qızının mülkü digər vərəsələrin razılığı olmadan başqa şəxsə satması qanuni deyildir. Bibiniz qızının yalnız ona miras əmlakdan çatası payla bağlı hüququ vardır. Mülkün digər şəxsə satılması sizin vərəsəlik hüququnuzu aradan qaldırmır. Odur ki, siz babanızdan sizə çatası miras əmlak tələbi ilə bağlı, həmçinin mülkün başqa şəxsə satılmasını mübahisələndirməklə məhkəməyə müraciət edə bilərsiniz.


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!