22 Yanvar 2026 08:00
10511
SİYASƏT
A- A+
Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider

Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider


Siyasi və iqtisadi strategiyaların sinxronlaşdığı məkan olan Ümumdünya İqtisadi Forumu müasir beynəlxalq münasibətlər sistemində nüfuzlu platformalardan biri hesab edilir. 

Hər il İsveçrənin Davos şəhərində keçirilən bu tədbir dövlət və hökumət başçılarını, beynəlxalq maliyyə institutlarını, aparıcı transmilli korporasiyaların rəhbərlərini, tanınmış iqtisadçıları, politoloqları və media nümayəndələrini bir araya gətirir. 

Forum çərçivəsində qlobal iqtisadi artım, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, geosiyasi risklər, regional münaqişələr və davamlı inkişaf məsələləri kompleks şəkildə müzakirə olunur. Davos forumu diskussiya platforması olmaqla yanaşı, qlobal siyasətin qeyri-rəsmi koordinasiya məkanı kimi çıxış edir. Burada baş tutan ikitərəfli və çoxtərəfli görüşlər, panel müzakirələri və xüsusi formatlı tədbirlər gələcək beynəlxalq əməkdaşlıq modellərinin formalaşmasına birbaşa təsir göstərir. 

Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər ölkəmizin beynəlxalq sistemdə artan rolunun, regional və qlobal proseslərə təsir imkanlarının göstəricisidir. Bu görüşlər həm də göstərir ki, Prezident İlham Əliyev Davos platforması çərçivəsində intensiv və çoxşaxəli diplomatik fəaliyyət həyata keçirir. 

Prezident İlham Əliyevin forumda budəfəki iştirakının proqramı da zəngindir. Braziliyanın "BTG Pactual" şirkətinin sədri, "Vestas Wind Systems" şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru, "Carlsberg Group" şirkətinin baş icraçı direktoru, İraq Kürdüstan Regionunun Baş naziri, "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti, "BlackRock"un baş icraçı direktoru və "Global Infrastructure Partners" şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru, "Dell Technologies" şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti, "Brookfield Asset Management" şirkətinin prezidenti və digərləri ilə görüşlər təsdiq edir ki, Prezident İlham Əliyevlə görüşə maraq böyükdür. Həmin görüşlər Azərbaycandakı əlverişli biznes mühitinin beynəlxalq səviyyədə təqdir olunduğunu nümayiş etdirir. 

Həmçinin Finlandiya və İsrail prezidentləri, Çexiyanın Baş naziri, Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri və digər nüfuzlu siyasətçilər ilə görüşlər Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunu və çoxtərəfli əməkdaşlığa verdiyi önəmi göstərir. Bu görüşlərin əsasən qarşı tərəfin istəyilə baş tutması Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun bariz nümunəsidir. 

Forum çərçivəsində çoxşaxəli görüşlər Azərbaycanın dünya siyasətində də aktiv və etibarlı iştirakçı olduğunu bir daha sübut edir. Bu fakt dövlətimizin başçısının bütün platformalarda hörmətlə qarşılanan, güclü və praqmatik lider olduğunu nümayiş etdirir.

Dövlət başçısının enerji və maliyyə sektorunun aparıcı aktorları ilə görüşləri Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. Xüsusilə "Vestas Wind Systems", "DP World", "BlackRock" və "J.P.Morgan" kimi qurumlarla aparılan müzakirələr "yaşıl enerji" layihələri, nəqliyyat-logistika dəhlizləri və uzunmüddətli investisiya perspektivləri baxımından strateji əhəmiyyət daşıyır. Bu mənada Azərbaycan təkcə enerji ixracatçısı yox, eyni zamanda regional sabitliyin təminatçısı və qlobal iqtisadi proseslərin fəal iştirakçısı kimi çıxış edir. 

Yanvarın 20-də forum çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə göstərilən maraq dövlətimizin başçısının beynəlxalq iqtisadi və regional məsələlərdə formalaşdırdığı strateji baxışın nə qədər əhəmiyyətli olduğunun göstəricisidir.

Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə də Azərbaycan liderinə olan yüksək marağın bariz nümunəsidir. Müsahibədə dövlətimizin başçısına ünvanlanan suallar regional təhlükəsizlik, enerji siyasəti, Cənubi Qafqazda sülh perspektivləri və qlobal çağırışlar kontekstində Azərbaycanın mövqeyinə fokuslanıb. Bu fakt onu göstərir ki, Prezident İlham Əliyev qlobal miqyasda rəy formalaşdıran siyasi liderdir. 

Ümumdünya İqtisadi Forumunun Davos toplantısı bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev beynəlxalq platformalarda ehtiramla qarşılanan liderdir. Davosda müşahidə olunan mənzərə həm də onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə uğurla təmin edir. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!