06 İyul 2025 09:40
24297
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Dövlət qurumunda işləyirəm. İstirahət bazasına güzəştli yollayış almaq üçün Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemində  qeydiyyatdan keçmək  istədikdə, sistem buna imkan vermir, "sanatoriya seçin" yazır. Həmkarlar İttifaqı Komitəsinə müraciət etdikdə bildirildi ki, istirahət mərkəzlərinə yalnız evli şəxslər yollayış ala bilər, çünki otaqlar ikinəfərlikdir və bu, Kurortlar İdarəsinin qərarıdır. Bilmək istəyirəm: evlilik statusuna görə istirahət imkanlarının məhdudlaşdırılması hüquqi baxımdan nə dərəcədə düzgündür? Bu, subay şəxslərə qarşı bərabərlik prinsipinin pozulması və diskriminasiya sayılırmı?


Yeganə XUDİYEVA,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, həqiqətən də, təsvir etdyiniz hal Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarının pozuntusu, xüsusilə ayrı-seçkilik kimi qiymətləndirilə bilər. 

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 3-cü hissəsinə görə, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. O cümlədən insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Burada "sosial mənsubiyyət" dedikdə onun nikahda olub-olmaması da ehtiva olunur. Yəni şəxsin evli olub-olmaması və ya hər hansı amilə görə ona əmək, istirahət hüquqlarının realizəsindən imtina edilməsi antikonstitusiondur. Bundan başqa, Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətlərində əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, həmkarlar ittifaqlarına mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Göründüyü kimi, Əmək Məcəlləsi də şəxsin ailə vəziyyətinə görə diskriminasiya olunmasını qadağan edir. Bundan başqa, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən,  Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı ilə icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsasları təmin edilməldir. Yəni sizə ailə vəziyyətinizə görə istirahət hüququnuzdan imtina olunması adıçəkilən qanunun tələbinə ziddir - fərqi yoxdur bu məhdudiyyət haradan  qaynaqlanır - HİK-in müvafiq strukturundan və ya kurort müəssisəsinin özündən.

Məsələnin həlli ilə bağlı HİK-ə yazılı müraciət edə, bu, nəticə verməzsə, məhkəməyə, habelə konstitusion hüququn pozuntusu olduğu üçün Ombudsman Aparatına müraciət edə bilərsiniz.


- Dövlət qurumuna təcili məsələ ilə bağlı ərizə ilə müraciət etmişəm, amma 3 aydır heç bir cavab yoxdur. Bilmək istəyirəm, təşkilat vətəndaşın məktubuna cavab verməlidir, yoxsa bu, onun ixtiyarından asılıdır? 


Q.ÜLVİYYƏ, 

Bakı şəhəri


- Qeyd olunmalıdır ki, vətəndaş müraciətlərinin cavablandırılmaması kobud konstitusion pozuntu hesab olunmaqdadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən, vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. "Vətəndaşların müraciətləri haqqında" qanunun 10.1-ci maddəsinə görə, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Qanunun 16-cı maddəsində onun tələblərini pozan şəxslərin məsuliyyət daşıdıqları qeyd olunur. İnzibati Xətalar Məcəlləsinin 594-1-ci maddəsinə əsasən, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına, yəni "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Vəziyyətdən çıxış yolu kimi, qanun pozuntusu ilə bağlı həmin qurumun rəhbərliyinə və ya yuxarı dövlət orqanına şikayət edə bilərsiniz. Eyni zamanda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) müraciət edə bilərsiniz. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan müddəası üzrə inzibati araşdırmaya başlamaq, inzibati protokol tərtib etmək hüququ ombudsmana məxsusdur.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!