29 Mart 2024 11:45
245
DÜNYA
A- A+

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

 

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, hazırda süni intellekt insanlar üçün çətin olan işləri yerinə yetirməyə qadir olsa da, gələcəkdə asan işlərin öhdəsindən də gələ bilməyəcək.

AZƏRTAC xəbər verir ki, Bill Qeyts bu barədə Hindistanın Baş naziri Narendra Modinin Yeni Dehlidəki iqamətgahında onunla söhbətində bildirib.

Bill Qeytsin sözlərinə görə, hazırda dünya süni intellekt texnologiyalarının inkişafının ilkin mərhələsinin şahidi olur. O əlavə edib: “Hazırda süni intellekt ilk dövrlərini yaşayır. O, indi çətin hesab etdiyiniz işləri yerinə yetirəcək, sonra asan saydığınız tapşırıqlarda uğursuz olacaq”.

Qeyts etiraf edib ki, süni intellektdən istifadə bəzi çətinliklərlə müşayiət oluna bilər, baxmayaraq ki, texnologiya çoxlu faydalar təklif edir. O deyib: “Süni intellekt böyük bir fürsət kimi görünür, lakin bununla bağlı bir sıra problemlər var”.

“Microsoft” şirkətinin təsisçisi Hindistanın Baş naziri ilə görüş əsnasında bu Cənubi Asiya respublikasının rəqəmsal inkişafını da yüksək qiymətləndirib. O vurğulayıb: “Deyəsən, rəqəmsal hökumət məhz buradadır. Hindistan nəinki texnologiyaya uyğunlaşır, həm də faktiki olaraq bu istiqamətdə liderdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video