16 Mart 2026 11:38
411
İQTİSADİYYAT
A- A+
Beynəlxalq Enerji Agentliyi üzv ölkələrin istifadə edəcəyi strateji neft ehtiyatlarının təfərrüatlarını açıqlayıb

Beynəlxalq Enerji Agentliyi üzv ölkələrin istifadə edəcəyi strateji neft ehtiyatlarının təfərrüatlarını açıqlayıb


Beynəlxalq Enerji Agentliyi (IEA) 32 üzv ölkənin istifadə edəcəyi ümumilikdə 400 milyon barel strateji neft ehtiyatlarının təfərrüatlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, üzv ölkələr strateji neft ehtiyatlarından istifadə ilə bağlı fərdi icra planlarını IEA-ya təqdim ediblər. Ehtiyatlar qısa müddət ərzində bazara çıxarılacaq.

IEA-nın Asiya-Okeaniyadakı üzv ölkələri isə ehtiyatlarını dərhal bazara çıxaracaqlar. Amerika və Avropadakı üzv ölkələr isə ehtiyatlarnı bu ayın sonundan etibarən bazara çıxarmağa başlayacaqlar.

Məlumata görə, bazara çıxarılacaq ümumilikdə 400 milyon barel həcmindəki ehtiyyatların 72 faizini xam neft, 28 faizini isə neft məhsulları təkil edəcək. Bu həcmin 172,2 milyon bareli Amerikanın, 66,8 milyon bareli Asiya-Okeaniya ölkələrinin, 32,7 milyon bareli isə Avropanın strateji neft ehtiyatlarından ibarət olacaq. Həmçinin Asiya-Okeaniya ölkələrinin sənaye ehtiyatlarından 41,8 milyon barel, Avropanın sənaye ehtiyatlarından isə 74,8 milyon barel istifadə olunacaq.

Bundan əlavə, bu təşəbbüsü dəstəkləmək üçün Kanadanın yerli istehsalçılarından 23,6 milyon barel neft təqdim ediləcək.

Xatırladaq ki, martın 11-də Beynəlxalq Enerji Agentliyinin 32 üzv ölkəsi Yaxın Şərqdəki münaqişə fonunda qlobal enerji bazarındakı çatışmazlığı aradan qaldırmaq üçün strateji neft ehtiyatlarının 400 milyon barelini bazara yönləndirmək barədə yekdilliklə razılığa gəliblər.

IEA-ya üzv ölkələr 1,2 milyard bareldən çox strateji neft ehtiyata malikdirlər, əlavə olaraq 600 milyon barel sənaye ehtiyatı isə hökumət öhdəliyində saxlanılır.

1974-cü ildə yaradılan Beynəlxalq Enerji Agentliyi bu müddətdə altı dəfə - 1991-ci, 2005-ci, 2011-ci və 2022-ci ildə iki dəfə olmaqla strateji ehtiyatlardan istifadə olunması barədə qərar qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İranla atəşkəs rejimini uzatdığını açıqlayıb

09:26
22 Aprel

Avropada həyəcan təbili 

09:25
22 Aprel

Biz niyə başıaşağı olmuşuq

09:20
22 Aprel

Sosial mediadan səmərəsiz istifadənin psixoloji təsirləri

09:15
22 Aprel

Qusarda yağışlardan 170-dən çox fermer ziyan görüb

09:10
22 Aprel

Torpaqlar istifadəsiz qalmayacaq

09:05
22 Aprel

Xızı yay turizm mövsümünə hazırlaşır

09:00
22 Aprel

Havaların yağmurlu keçməsinə baxmayaraq...

08:55
22 Aprel

Gəncənin nümayəndə heyəti Çinin Çindao şəhərinə səfər edib

08:50
22 Aprel

Müasirləşən qədim Bakı

08:45
22 Aprel

XIX əsr Bakısının şəhərsalma mənzərəsi

08:40
22 Aprel

Bakı qlobal urbanizasiya gündəminin mərkəzində olacaq

08:35
22 Aprel

Ağ günlərinə qovuşan Ağdam

08:30
22 Aprel

"Şimal-Cənub" marşrutu bütün tərəflərə fayda gətirə bilər

08:25
22 Aprel

Ermənistanda seçki gərginliyi: ritorika sərtləşir

08:20
22 Aprel

Sülhün aydınlığında kölgə axtaranlar

08:15
22 Aprel

UNESCAP-a sədrlik Azərbaycana göstərilən növbəti qlobal etimaddır

08:10
22 Aprel

Parlament diplomatiyası ölkəmizin xarici siyasətinə layiqli töhfələr verir

08:05
22 Aprel

Bakı qlobal diplomatiyanın yeni paytaxtıdır

08:00
22 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:26
22 Aprel

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:23
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!