16 Mart 2026 13:01
174
SİYASƏT
A- A+
Azərbaycan qlobal problemlərin müzakirəsində aparıcı platforma rolunu gücləndirir

Azərbaycan qlobal problemlərin müzakirəsində aparıcı platforma rolunu gücləndirir


XIII Qlobal Bakı Forumu bir daha göstərdi ki, Bakı artıq qlobal səviyyədə mühüm siyasi dialoq və fikir mübadiləsi məkanlarından birinə çevrilib. Dünyanın müxtəlif regionlarını təmsil edən dövlət və hökumət nümayəndələrinin, sabiq prezident və baş nazirlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də nüfuzlu alim və ekspertlərin iştirakı bu platformanın beynəlxalq nüfuzunu və əhəmiyyətini aydın şəkildə nümayiş etdirdi. Forum çərçivəsində qlobal təhlükəsizlik, yeni dünya nizamı, beynəlxalq əməkdaşlıq və müasir geosiyasi proseslər kimi aktual məsələlər geniş müzakirə olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O qeyd edib ki, artıq ənənə halını alan Qlobal Bakı Forumu illər ərzində qlobal çağırışların müzakirə olunduğu nüfuzlu platformaya çevrilib. Müxtəlif ölkələrdən yüksək səviyyəli qonaqların iştirakı tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır. Bu platforma dövlətlər və siyasi institutlar arasında dialoqun genişlənməsinə, fikir mübadiləsinin aparılmasına və qlobal problemlərin həlli istiqamətində ortaq yanaşmaların formalaşdırılmasına xidmət edir.

“Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də tədbirin beynəlxalq əhəmiyyətinə diqqət çəkərək bildirib ki, Qlobal Bakı Forumu artıq qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Dövlətimizin başçısı vurğulayıb ki, dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda dövlətlər arasında dialoqun və qarşılıqlı etimadın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident, həmçinin çıxışında təhlükəsizlik məsələsinin müasir beynəlxalq münasibətlər sistemində prioritet istiqamətlərdən biri olduğunu da qeyd edib. Dövlətimizin başçısının sözlərinə görə, təhlükəsizlik və sabitlik təmin olunmadan digər sahələrdə davamlı inkişafdan danışmaq mümkün deyil. Bu baxımdan beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin qorunması və əməkdaşlıq mühitinin gücləndirilməsi qlobal sabitliyin təmin olunmasının əsas şərtlərindəndir”, - deyə M.Məmmədli bildirib.

Onun sözlərinə görə, Forum çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də enerji təhlükəsizliyi olub. Çünki bu gün enerji təhlükəsizliyi bir çox ölkələrin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycanın həyata keçirdiyi enerji layihələri isə regionda və daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bu gün Azərbaycan qazı bir sıra dövlətlərə ixrac olunur və ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda, Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr ölkənin regional və qlobal əməkdaşlıqda rolunu daha da gücləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində reallaşdırılan təşəbbüslər Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrildiyini göstərir.

“XIII Qlobal Bakı Forumu bir daha təsdiqlədi ki, Azərbaycan qlobal problemlərin müzakirəsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır. Forum çərçivəsində səsləndirilən fikirlər, aparılan müzakirələr və irəli sürülən təşəbbüslər beynəlxalq dialoqun gücləndirilməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və qlobal səviyyədə sülhün, sabitliyin möhkəmlənməsinə töhfə verir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ASAN xidmət” Qvineyada tətbiq ediləcək

15:07
16 Mart

Ukrayna əhalisinin əksəriyyəti sülh sazişinə dair referendum ideyasını dəstəkləyir  

15:05
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərində təmir olunmuş fərdi evə baxış keçiriblər  

15:04
16 Mart

Ukrayna müharibəsi: Fransa Kiyevə yeni hava hücumundan müdafiə sistemi təqdim edəcək  

14:57
16 Mart

Şərqi Afrika Ədalət Məhkəməsinin nümayəndə heyəti Ali Məhkəmədə olub  

14:55
16 Mart

Türkiyənin daxili işlər naziri: İrandan qaçqın axını müşahidə olunmur  

14:50
16 Mart

BDYPİ: Ötən həftənin sonunda qeydə alınan piyadavurma hadisələrinin sayı ciddi xəbərdarlıqdır

14:46
16 Mart

Azərbaycan millisinin yeni baş məşqçisi Rui Jorje ictimaiyyətə təqdim olunub  

14:43
16 Mart

BƏƏ-də raketin düşməsi nəticəsində 1 nəfər ölüb

14:39
16 Mart

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib  

14:28
16 Mart

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarına söz veriblər

14:18
16 Mart

Azərbaycana ən çox dərman idxal edən ölkələr açıqlanıb  

14:08
16 Mart

Nazirlik: Ödənişli atalıq məzuniyyəti verilənlərin sayı 100-dən çoxdur

14:01
16 Mart

Azərbaycanda sənaye təhlükəsizliyi sahəsinə dair yeni dövlət standartları qəbul edilib

13:53
16 Mart

Səudiyyə Ərəbistanında 64 PUA zərərsizləşdirilib  

13:47
16 Mart

Peter Siyarto: Macarıstan Rusiyaya qarşı 20-ci sanksiya paketini dəstəkləməyəcək  

13:37
16 Mart

Sabahın hava proqnozu açıqlanıb VİDEO

13:14
16 Mart

Azərbaycan qlobal problemlərin müzakirəsində aparıcı platforma rolunu gücləndirir

13:01
16 Mart

Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?

12:40
16 Mart

Təxliyə prosesi davam edir: Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olunub  

12:39
16 Mart

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

12:31
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!