«Bələdiyyələrin statusu haqqında» qanunda dəyişikliklər ediləcək
Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Komitənin sədri Arif Rəhimzadə bildirib ki, iclasın gündəliyinə müzakirə olunması üçün 4 qanun layihəsi daxil edilib. Bunlar "Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında", "Bələdiyyələrin statusu haqqında" qanunda dəyişikliklər edilməsi barədə", "Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə" və "Bələdiyyələrin ərazi və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" qanun layihələridir. A.Rəhimzadə bildirib ki, ilk qanun layihəsinə edilən dəyişikliyə əsasən Kəpəz rayonunun Nətavan qəsəbəsinin adı dəyişdirilərək Natəvan adlandırılması təklif olunur. "Bələdiyyələrin statusu haqqında" qanun layihəsinin isə 18-ci və 25-ci maddələrinə dəyişikliklər edilməsi tövsiyə olunur. Sözügedən qanunun 18-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Həmçinin bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumatlar verirlər. Adıçəkilən qanunun 25-ci maddəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilir ki, bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. Digər iki qanun layihəsinə isə redaktə xarakterli dəyişikliklər edilməsi nəzərdə tutulub.
Müzakirələrdə çıxış edən deputatlar Fəzail İbrahimli, Qalib Salahzadə dəyişiklikləri müsbət qiymətləndiriblər və qanun layihələri müzakirə olunması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!