08 Sentyabr 2026 13:15
291
CƏMİYYƏT
A- A+
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub

BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub


Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW2026) ikinci günündə işini panel sessiyalarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, İqlim Texnologiyaları Mərkəzi və Şəbəkəsinin direktoru Ariesta Ninqrum moderatorluğu ilə keçirilən tədbirdə “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub.

Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, süni intellektin iqlim dəyişikliyinin qarşısının alınması sahəsinə tətbiq edilməsi zamanı hüquqi çərçivə texnoloji innovasiyaların sürətini məhdudlaşdırmamalıdır.

O, Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın olduqca vacib sənəd olduğuna diqqət çəkib: “Çünkü Azərbaycanda süni intellektin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə birbaşa həsr olunmuş xüsusi qanun layihəsi hələlik mövcud deyil. Lakin sözügedən sənəd milli strategiyalar və institusional bazanı mövcud edir. Həmçinin ölkəmizdə Rəqəmsal İnkişaf Şurası yaradılıb və bu qurum süni intellekt texnologiyalarının tətbiqi, o cümlədən dövlət idarəçiliyində və proqnozlaşdırma sistemlərində rəqəmsal həllərin genişləndirilməsini müvafiq yol xəritələri ilə tənzimləyir”.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova fermerlər üçün iqlim təhlükəsinin heç vaxt sadəcə meteoroloji hadisə oldmadığını deyib: “Quraqlıq məhsul itkisinə səbəb olur. İsti hava dalğaları bitkilərin məhsuldarlığını azalda və heyvandarlıqda ciddi istilik stresi yarada bilər. Güclü yağıntılar və daşqınlar əkin sahələrinə və kənd infrastrukturuna zərər vurur. Su qıtlığı isə bəzi hallarda məhsul istehsalının mümkün olub-olmayacağını müəyyən edən əsas amilə çevrilir. Kənd təsərrüfatında isə vaxt həlledici əhəmiyyət daşıyır”.

Nazir müavininin sözlərinə görə, təhlükə barədə hətta 24 saat əvvəl verilən xəbərdarlıq potensial zərərin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verə bilər. Lakin Kənd Təsərrüfatı Nazirliyinin baxışına görə, məsələ bununla məhdudlaşmır. Yalnız təhlükəni əvvəlcədən proqnozlaşdırmaq kifayət deyil. "Biz proqnozu fermer üçün vaxtında, anlaşılan və konkret fəaliyyətə imkan verən qərara çevirməliyik. Məhz bu baxımdan rəqəmsal transformasiya və süni intellektəsaslı həllər mühüm imkanlar yaradır”.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov vurğulayıb ki, təhlükəsizliyin təmin olunması, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və insanların təhlükələr barədə vaxtında məlumatlandırılması müxtəlif sahələri birləşdirən ümumi yanaşmadır. Bu gün dünyada təhlükələrin xarakteri dəyişir və daha mürəkkəb forma alır. İqlim dəyişikliyi nəticəsində daşqınlar, sel, torpaq sürüşmələri, quraqlıq, meşə yanğınları və digər təbii fəlakətlərin intensivliyi artır. “Məlum olduğu kimi, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilkin qiymətləndirmələrə əsasən, bir milyondan çox mina ilə çirkləndirilib. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir”, - deyə ANAMA-nın İdarə Heyətinin sədri vurğulayıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib ki, daha uzun quraqlıqlar, daha şiddətli sel və daşqın hadisələri və intensiv yağıntılar iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatı, şəhər infrastrukturu və əhalinin rifahına ciddi təsir göstərir. Bu kontekstdə erkən xəbərdarlıq sistemlərinin istifadəsi yalnız texnoloji prioritet deyil, həm də iqlimə dayanıqlılıq və fəlakət risklərinin azaldılması tədbirlərinin mühüm tərkib hissəsidir.

Türkiyənin Meteorologiya Xidmətinin rəhbəri Volkan Mutlu Coşğun isə iqlim dəyişmələrinin yaratdığı risklər artdıqca, erkən xəbərdarlıq sistemlərinin əhəmiyyətinin də yüksəldiyinə diqqət çəkib. Onun sözlərinə görə, bu sahədə süni intellekt yeni imkanlar yaradır.

“Süni intellekt böyük həcmdə meteoroloji və iqlim məlumatlarını təhlil edərək sel, daşqın, quraqlıq, güclü külək və digər ekstremal hava hadisələrini daha əvvəl proqnozlaşdırmağa kömək edə bilər. Belə sistemlər təhlükə barədə vaxtında məlumat verməklə insanların həyatını qorumağa, infrastruktura dəyən zərəri azaltmağa və fövqəladə hallara daha çevik hazırlaşmağa imkan verir”.

Panel sessiya müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub  

14:24
08 Sentyabr

“Qarabağ” Mateuş Koxalski ilə yollarını ayırıb - RƏSMİ

14:21
08 Sentyabr

Azərbaycan Respublikası Media və Yayım Şurası sədrinin və üzvlərinin təyin edilməsi haqqında

14:09
08 Sentyabr

Bakı Olimpiya Stadionunda işlərə start verilib, ot örtüyü oktyabrın 5-dək tam hazır olacaq - EKSKLÜZİV 

13:25
08 Sentyabr

Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan yeni addımlar barədə danışılıb

13:20
08 Sentyabr

Pedaqoji Universitetdə SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli təqdim edilib

13:17
08 Sentyabr

BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub

13:15
08 Sentyabr

ANAMA sədri: "Ərazilərin minalanması ekosistemin təhlükəsizliyinə təsir edən problemdir"

13:10
08 Sentyabr

İlhamə Qədimova: "İqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur"  

13:07
08 Sentyabr

Selesta Saulo: "Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemləri mühüm ictimai infrastrukturdur"

13:05
08 Sentyabr

Nigar Arpadarai: “Harmoniya” təşəbbüsü dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verən texnologiyalara xüsusi önəm verib

13:00
08 Sentyabr

Azərbaycan təmsilçisi 2-ci yerə layiq görülüb

12:50
08 Sentyabr

Ötən gün 44 cinayətin açılması təmin olunub

12:45
08 Sentyabr

Gürcüstanda 4 bal gücündə zəlzələ olub

12:43
08 Sentyabr

“Hava təhlükəsizdir” deyirdilər - 11 sentyabrdan 25 il sonra üzə çıxan həqiqət

12:40
08 Sentyabr

Almaniyada iş yerləri var, işçi yoxdur - 723 minlik böhran yaxınlaşır

12:37
08 Sentyabr

Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

12:35
08 Sentyabr

Çempionlar Liqasında yeni mövsümün liqa mərhələsinə start verilir

12:30
08 Sentyabr

Muxtar Babayev: "Kənd təsərrüfatı iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün müstəsna əhəmiyyət daşıyır"

12:27
08 Sentyabr

NATO-nun DEEP proqramı çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi təşkil edilib

12:25
08 Sentyabr

Fərid Şəfiyev: Cənubi Qafqaza sovetşünas və orientalistik stereotiplərdən kənar yanaşmaq lazımdır

12:22
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!