Baltik Assambleyası GUAM-ın ilk beynəlxalq tərəfdaşıdır
"Biz Azərbaycan torpaqlarının işğal faktı ilə barışmırıq. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə öz həllini tapmalıdır. Biz Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik".
Bu fikirləri GUAM PA-nın Bakıda keçirilən beşinci iclasında iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Baltik Assambleyasının vitse-prezidenti Raymonds Veyonis dünən Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə söylədi.
Oqtay Əsədov bildirdi ki, Azərbaycan həm GUAM çərçivəsində, həm də ikitərəfli çərçivədə Baltik Assambleyası ilə əlaqələrin inkişafında maraqlıdır. Baltik Assambleyası GUAM-ın ilk beynəlxalq tərəfdaşıdır. Baltik Assambleyası GUAM-ı dəstəkləməklə bir daha oz xoş niyyətini, sülhsevərliyini sübut edib. Deputatlar hər iki təşkilat daxilində çox sıx əməkdaşlıq edirlər.
Milli Məclisin Sədri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Baltik Assambleyasının rəhbərliyinə minnətdarlığını bildirdi.
Baltik Assambleyasının vitse-prezidenti Raymonds Veyonis dedi ki, təmsil etdiyi qurum GUAM-la əməkdaşlıqda maraqlıdır: "Bu gün GUAM-ın beynəlxalq təşkilat kimi nüfuzu gündən-günə artır. Biz çalışırıq ki GUAM-ın Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirək və bu ölkələrin Avropaya inteqrasiyasına yardım göstərək".
R.Veyonis daha sonra dedi: "Belə hesab edirik ki, müasir dövrdə bir dövlətin başqa bir dövlətin ərazisini silah gücünə işğal etməsi yolverilməzdir. Biz Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik".
Görüşdə Baltik Assambleyası ilə GUAM arasında, eləcə də digər beynəlxalq təşkilatlar çərşivəsində əməkdaşlıgın inkişaf perspektivləri, Avropaya inteqrasiya, demokratiyanın inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
"Azərbaycan"
Foto A.MƏMMƏDOVUNDUR
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!