26 İyun 2020 01:12
2413
Mədəniyyət
A- A+
Bakıxanovlar

Bakıxanovlar


Bu məşhur soyadın nümayəndələri arasında Azərbaycan tarixində, mədəniyyətində, incəsənətində cığır açanlar, şöhrət qazanıb ad qoyanlar çoxdur.

Tarixçilərin tədqiqatlarından belə məlum olur ki, Bakıxanovların əcdadları Bakıya 1592-ci ildə gəliblər. Bu soyun tanınmış nümayəndələrindən birinin - Abbasqulu ağa Bakıxanovun sözlərinə görə, onlar bu şəhərə Gilandan Malati hökmdarı Sultan Əhməd xanın səltənətinin sonu mənasına gəldiyi aydın olan "Xan Əhməd məsələsi”ndən sonra köçüblər.

Abbasqulu ağa Bakıxanov Bakı xanlarının əcdadları Təbəristanda hakim olan Nur və Kucur hökmdarlarından, yəni Paduspanilərdən gəldiyini iddia edib. Məmmədhüseyn bəy və oğlu Heybət bəy sülalənin ilk tanınmış üzvləri idi. Daha sonra tarixdə adı çəkilən Dərgahqulu bəy isə Heybət bəyin böyük oğlu idi. O, Maştağada şəhəri ələ keçirib və Səfəvilərin təyin etdiyi sultanı öldürüb. Dərgahqulu bəy bundan sonra özünü xan, Səlim bəyi Abşeronun naibi təyin edib.

Qazıqumuqlu Surxay xanın, sonra isə Şirvanlı Hacı Davudun qüvvələrini məğlubiyyətə uğradaraq hakimiyyətini Şabran və Qobustanadək genişləndirib. Ancaq bu qalibiyyət onun üçün ağrı-acısız olmayıb. Döyüşdə kiçik qardaşı Hüseyni itirib.

1723-cü ildə Dərgahqulu bəy 700 əsgərlə birlikdə Mixail Matyuşkinə qalanı təslim edib. Bundan sonra Rusiya imperiyası onu yerli hökmdar kimi qəbul edib.

Dərgahqulu bəyin nəslindən olan Mirzə Məhəmməd 1747-ci ildə müstəqil xan rütbəsinə yüksəlib. Həmin tarixdən başlanan Bakı xanlığı 1806-cı ilədək davam edib.

Bakıxanovlar Azərbaycanın ən böyük nəsillərindən biri hesab olunur. Bu nəslin ən böyük qolu isə Mirzə Məhəmmədin adı ilə bağlıdır. Rusiya imperiyasına xidmət edən xanlar, generallar, zabitlər də bu qoldan çıxıblar.

Nəslin kiçik qolunun üzvləri isə Dərgahqulu bəyin qardaşı Hüseyncandan gəlirdi. Sovet hakimiyyəti illərində də, Azəbaycanın müstəqillik illərində də bu qolun nümayəndələri arasından elm adamları, musiqiçilər, sənətçilər çox olub.

Tədqiqatçılar Bakıxanovlar nəslinin şöhrətinin Mirzə Məhəmməd xan Sanidən başladığını yazıblar. Bakı və Quba xanlıqlarının Rusiyaya yaxınlaşmasında onun xidmətlərinin böyük olduğu da xüsusi qeyd olunub. Mirzə Məhəmməd xan Saninin bu xidmətəri əvəzsiz qalmayıb. Məhz buna görə 1824-cü ildə Qafqaz baş komandanı Yermolov Quba əyalətində 7 kəndi - Əmsar, Hacı Qaraqaşlı, Rustov, Qaraqaşlı, Şıxnəzərli, Qarabağlı və Qulamlı kəndlərini ona bağışlayıb. Mirzə Məhəmməd xan Saninin xüsusi mülkiyyətinə daxil edilən həmin kəndlər xəzinənin hər cür vergilərindən azad olunub.

Mirzə Məhəmmədgil iki qardaş olublar. Araşdırmalardan məlumdur ki, onun qardaşı Əbdürrəhim ağa Sisianovun Bakıya səfəri ərəfəsində ailəsini Bakıda təhlükə altında qoyaraq Şamaxıya generalın xidmətinə yollanıb.

Mirzə Məhəmməd altı oğul atası idi. Onların hamısı da atası kimi rus hərbi dairələrində xidmət göstərib. Mirzə Məhəmmədin böyük oğlu Abbasqulu ağa rus və Şərq dillərini mükəmməl bilib, Şərq tarixinə yaxından bələd olub. Bütün bunlar Tiflisdə hərbi komendantlıq nəzdində tərcüməçi işlədiyi illərdə Qafqazın hərbi dairələrində Abbasqulu ağaya böyük şöhrət gətirib. Abbasqulu ağa Bakıxanov nümunəvi xidmətində polkovnik rütbəsinədək yüksəlib.

Bakıxanovların başqa bir nümayəndəsi, rus ordusunun generalı Cəfərqulu ağa Abbasqulu ağanın anabir qardaşı idi. Vuruşmalarda hər zaman fərqlənən Cəfərqulu ağa orden və medallarla təltif olunub. 1826-1828-ci illər rus-İran müharibəsində isə o, göstərdyi qəhrəmanlığa görə üçüncü dərəcəli "Müqəddəs Anna” ordeninə layiq görülüb. 1867-ci ildə istefaya çıxıb. Cəfərqulu ağa bundan sonra Qubada atasından qalma təsərrüfatı idarə edib.

Mirzə Məhəmmədin ikinci arvadından olan övladları Qədir ağa və Mustafa ağa da rus ordusunda xidmət ediblər. Qədir ağa kapitan, Mustafa ağa isə general-mayor rütbələrinə yüksəliblər.

Mirzə Məhəmmədin nəvələri də onun yolunu davam etdiriblər. Cəfərqulu ağanın oğlanları - Həsən ağa və Əhməd ağa ömürlərinin axırınadək rus ordusunda xidmət göstəriblər. General Həsən ağa Bakıxanov Qafqaz ordusundakı xidmətlərinə görə, xeyli orden və medalla təltif olunub. Cəfərqulu ağanın kiçik oğlu Əhməd ağa Bakıxanov isə orduda qvardiya-polkovniki rütbəsi ilə xidmət edib. Onların Nurcahan adlı bir bacıları da olub.

Cəfərqulu ağanın hər iki oğlu əmilərinin - Abbasqulu ağanın kürəkəni olub. Belə ki, Həsən ağa onun qızı Nisa Bəyimlə, Əhməd ağa isə Tuğra xanımla evlənib. Ədəbiyyatı çox sevən Tuğra xanım şeirlər də yazıb. Abbasqulu ağanın oğlu olmayıb.

Bakıxanovlar yalnız hərbi işlərdə uğurları ilə ad qazanmayıblar. Onlar maarifpərvərliklərinə, ölkənin mədəni həyatı ilə yaxından maraqlandıqlarına görə də hörmət sahibi olublar. Bunu təsdiq edən faktlardan biri də Mirzə Məhəmməd xanın kiçik oğlu, general-mayor Abdulla ağanın "Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabi ilə yazışmalarıdır. Həsən bəy Zərdabiyə Qubadan göndərdiyi 1875-ci il 19 iyun tarixli məktubunda Abdulla ağa yazırdı: "Sizə başladığınız bu işdə müvəffəqiyyətlər diləyirəm. Doğrudur, əvvəllər bəzi uğursuzluqlar olacaqdır. Bundan ötrü ruhdan düşməməli, həmişə olduğu kimi, bu xeyirli işi davam etdirməlisiniz”.

Abdulla ağa Azərbaycanın bu ilk milli mətbu orqanının fəaliyyətinə icazə alınmasında yerli hakimiyyət orqanları vasitəsilə əlindən gələn köməyi edib. Abdulla ağa kimi qardaşı Əhməd ağa da "Əkinçi” qəzetinin nəşrə başlamasına həm mənəvi, həm də maddi kömək göstərib.

Böyük Bakıxanovlar nəslinin adı, şöhrəti yalnız keçmişdə, tarix kitablarında qalmayıb. Onların davamçıları bu gün də az deyil. Bir çox Bakı kəndində bu sülalənin nümayəndələri var. Bakı şəhərində yaşayan Bakıxanovlar isə indi də Azərbaycanın mədəni həyatında böyük xidmətləri ilə tanınırlar.

Ümumiyyətlə, Bakıxanovların Azərbaycan musiqi sənətinin inkişafında xidmətləri təqdirə və tərifəlayiqdir. Tarzənlər Əhməd, Məmmədxan, kamançaçalan, muğam ifaçısı Tələt, musiqiçi Akif, bəstəkar Tofiq Bakıxanovların hər birinin adı musiqi tariximizdə xüsusi yer tutur.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!