18 İyul 2025 20:11
621
CƏMİYYƏT
A- A+
Bakıda ASOSAI və ARABOSAI-nin birgə toplantısı keçirilib - YENİLƏNİB

Bakıda ASOSAI və ARABOSAI-nin birgə toplantısı keçirilib - YENİLƏNİB

İyulun 18-də Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Ali Audit Orqanları Asiya Təşkilatı (ASOSAI) ilə Ali Audit Orqanları Ərəb Təşkilatının (ARABOSAI) birgə toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra onlar Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Zəfər parkını ziyarət ediblər.

Tədbirin açılışında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, ASOSAI və ARABOSAI-nin eyni platformada qarşılıqlı əməkdaşlıq ruhunda bir araya gəlməsi regional əməkdaşlığın gücləndirilməsi, o cümlədən ali audit orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Onun sözlərinə görə, toplantının gündəliyində yer alan əsas mövzular – “Süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal keçid”, eləcə də, “İqlim dəyişikliyinə qarşı mübarizə” zamanın tələblərinə cavab verən aktual və strateji əhəmiyyət daşıyan məsələlərdir: “Həmin sahələrdə effektiv nəticə əldə etmək üçün ilk növbədə maliyyə intizamının gücləndirilməsi və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi zəruridir. Bu kontekstdə ali audit orqanlarının rolu getdikcə artır. Məhz bu cür toplantılar üzv ölkələrin həmin çağırışlara qarşı ortaq mövqe formalaşdırmasına və qabaqcıl yanaşmaların bölüşülməsinə şərait yaradır”.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyevin toplantı iştirakçılarına ünvanlanmış müraciətini səsləndirib.

Toplantıda çıxış edən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) sədrliyini təmsil edən Jorje Antonio De Oliveira Francisko Azərbaycanın iqlim dəyişikliyi və rəqəmsal transformasiya sahəsində təşəbbüslərinin təqdirəlayiq olduğunu, bu kimi platformaların ali audit qurumlarının qarşılıqlı öyrənməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

ARABOSAI-nin sədri Sultan Al-Otaibi isə Azərbaycanın regional əməkdaşlığın gücləndirilməsində rolundan danışıb və ölkəmizin yalnız ev sahibi ölkə kimi deyil, həm də ictimai maliyyə auditi sahəsində regional əməkdaşlığın fəal iştirakçısı və təşəbbüskarlarından biri kimi çıxış etdiyini vurğulayıb.

Hazırda dünyanın iki mühüm çağırışla - iqlim dəyişikliyinə qlobal reaksiya və süni intellektin sürətli inkişafı ilə üz-üzə qaldığını deyən ASOSAI-nin sədri Krişnan Sanqaran Subramanian isə iqlim dəyişikliyi və süni intellektin auditlərin gündəliyinə daxil edilməsinin vacibliyini qeyd edib.

Tədbir təqdimatlarla davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!