21 May 2026 22:40
156
SİYASƏT
A- A+
Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib


Mayın 20-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasəti məsələləri ilə bağlı konstruktiv fikir mübadiləsi aparıblar. Onlar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərləri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşləri də daxil olmaqla, son zamanlar yüksəksəviyyəli təmasların intensivləşməsini alqışlayıblar, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.

Tərəflər yeni Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli saziş üzrə davam edən müzakirələrin vacibliyini vurğulayıblar. Həmçinin mövcud Azərbaycan-Aİ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində müntəzəm dialoqun davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

İştirakçılar geosiyasi proseslər və xarici siyasət, bağlantı, enerji təhlükəsizliyi və Orta Dəhliz də daxil olmaqla, regional və beynəlxalq prosesləri müzakirə ediblər. Aİ Azərbaycanın regional bağlantı və enerji şaxələndirilməsi baxımından mühüm tərəfdaş kimi rolunu qeyd edib, davamlı, iqtisadi cəhətdən səmərəli və qaydalara əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.

Aİ Azərbaycanda aparılan humanitar minatəmizləmə səylərinə dəstəyini bir daha təsdiqləyib və bu sahədə əməkdaşlığın davam etdirilməsini alqışlayıb. Səfər çərçivəsində mayın 19-da Aİ nümayəndə heyəti Ağdam rayonu da daxil olmaqla, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına baş çəkib, Azərbaycan tərəfindən həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə tanış olub.

İştirakçılar, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Aİ Azərbaycanla Ermənistan arasında son aylarda əldə olunmuş irəliləyişi, o cümlədən etimad quruculuğu tədbirlərini və təmasların intensivləşməsini alqışlayıb, davamlı sülhün dəstəklənməsi üçün dialoqun və praktiki əməkdaşlığın davam etdirilməsinə çağırış edib.

Tərəflər formatın genişləndirilərək onun Azərbaycan-Aİ Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılması barədə razılığa gəliblər ki, bu, ikitərəfli münasibətlərin daha geniş sahələri əhatə etdiyinin və strateji əhəmiyyətinin göstəricisidir.

İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi Məsələlər üzrə baş katibinin müavini Olof Skuq həmsədrlik ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-İran danışıqları iyunun əvvəlində Pakistanda keçirilə bilər

22:51
21 May

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib  

22:43
21 May

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

22:40
21 May

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22:31
21 May

Ukraynalı uşaqlar türk dilinə böyük maraq göstərirlər

22:01
21 May

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

21:39
21 May

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

21:34
21 May

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib

21:19
21 May

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır 

21:06
21 May

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

20:49
21 May

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

20:43
21 May

Misirdə böyük neft-qaz yatağı tapılıb

20:33
21 May

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır 

20:17
21 May

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

20:11
21 May

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB  

19:57
21 May

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir  

19:51
21 May

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir  

19:47
21 May

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdırıb

19:43
21 May

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub  

19:41
21 May

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar  

19:36
21 May

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

19:30
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!