21 May 2026 20:17
158
CƏMİYYƏT
A- A+
Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır 

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır 


Mədəniyyətdən siyasətə, iqlimdən idmana qədər müxtəlif aktual mövzuların, ən mühüm məsələlərin qlobal səviyyədə müzakirə olunduğu nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan artıq beşinci gündür ki, yenidən dünya mediasının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın müxtəlif ölkələrinin nüfuzlu media qurumları tərəfindən işıqlandırılmaqdadır. Dünya mediası WUF13-ü müasir dünyanın ən aktual urbanizasiya çağırışlarının müzakirə olunduğu əsas platforma kimi geniş təbliğ edir. Xəbərlərdə Azərbaycan inklüziv şəhərsalma və yaşıl keçid ideyalarının qlobal mərkəzi kimi təqdim olunur. Argentinadan Çinə, Ukraynadan Mərakeşə qədər uzanan bu media marağı tədbirin təkcə regional səviyyədə deyil, sivilizasiyalararası miqyasda da mühüm əhəmiyyət daşıdığını etdiyini göstərir.

WUF13-ün geniş işıqlandırıldığı ölkələrdən biri də Argentinadır. Bu ölkənin aparıcı media qurumları – “Canal 26”, “Código Baires”, “El Sol Noticias”, “Mercado”, “Todo Salta”, “Hecho en Quilmes”, “Infocielo”, “Diario El Norte” və digərləri Sessiyada Argentina nümayəndə heyətinin Bakıdakı fəaliyyətinə geniş yer ayırıb. Xəbərlərdə Bakıdakı tədbirin iqlim dəyişikliyi ilə mübarizə və şəhər infrastrukturunun maliyyələşdirilməsi üçün önəmli qlobal platforma olduğu vurğulanıb. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə Argentinanın yerli idarəetmə orqanları üçün beynəlxalq əməkdaşlıq və investisiya imkanlarının təqdim olunduğu diqqətə çatdırılıb.

Meksika mediası – “Mundo Internacional”, “Acento Noticias” nəşrləri bu ölkənin Senatının Bakıdakı Sessiya ilə bağlı fotosərgi təşkil etməsini və Mexiko bələdiyyəsinin sədri Klara Bruqadanın tədbirdəki iştirakını diqqət mərkəzində saxlayıb. Yazılarda Bakının beynəlxalq şəhərsalma debatlarının mərkəzinə çevrildiyi, Azərbaycanın təşkilatçılığı ilə sosial ədalət və mənzil təminatı kimi mövzuların qlobal gündəmə gətirildiyi qeyd olunub.

Mərakeş Krallığında yayımlanan “InfoImmo” və “Yabiladi” portalları bu ölkənin pavilyonunun açılışına və ölkənin şəhərsalma təcrübəsini nümayiş etdirməsinə xüsusi yer ayırıb. Xəbərlərdə Sessiyanın Bakıda keçirilməsinin İslam dünyası və Afrika ölkələri üçün yeni əməkdaşlıq imkanları yaratdığı, Azərbaycanın qlobal urbanizasiya problemlərinin həllində mühüm vasitəçilik rolu oynadığı qeyd olunub.

Türkiyə mediası da Bakıdakı müzakirələri fəal işıqlandırmaqda davam edir. “Cumhuriyet” qəzetində, “Haber Global” və “TRT Avaz” televiziyalarında yayımlanan xəbərlərdə Bakı tədbiri “İnsanlığın yeni kənd axtarışı” və qlobal şəhərsalma çağırışlarına cavab olaraq təqdim edilib. İnformasiyalarda Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın şəhərsalma sahəsində də davam etdiyi, həmçinin Türk dünyasının bu qlobal platformada fəal təmsil olunduğu vurğulanıb. Bu media qurumları Bakı Sessiyasının dünya şəhərləri üçün yeni Yol xəritəsi müəyyənləşdirdiyini diqqətə çatdırıb.

Ukrayna mediası da Bakıdakı müzakirələri ilk gündən diqqət mərkəzində saxlayır. “Ukrinform”, “Kremenchuk TV”, “Novyny Poltavshchyny”, “Finteco”, “My Kyiv Region”, “Kremen Today” və digər media orqanları WUF13-də bu ölkənin milli pavilyonunun açılışını və “Ukrayna modeli”nin təqdimatını fəal şəkildə işıqlandırıb. Yayımlanan informasiyalarda Azərbaycanın bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyi qeyd olunub, Bakı Sessiyası müharibədən zərər çəkmiş şəhərlərin gələcək bərpası üçün təcrübə mübadiləsi mərkəzi kimi xarakterizə edilib.

İspaniyanın “Maspalomas Ahora”“La Provincia” nəşrləri tədbirdə Kanar Adaları nümayəndələrinin təkliflərinə və mənzil siyasətinə diqqət çəkib. Xəbərlərdə WUF13-ün beynəlxalq hüquqi tənzimləmələrin müzakirəsi üçün əlverişli mühit yaratdığı və qlobal şəhərsalma problemlərinin həllində Bakının önəmli platforma olduğu bildirilib.

Polşanın “Portal Samorządowy” nəşri isə Katovitse şəhərinin və Qdansk Texnologiya Universitetinin Bakıdakı tədbirdə iştirakına yer ayırıb. Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycanın təşkil etdiyi bu Sessiya şəhərlərin rəhbərləri üçün bilik və əməkdaşlıq imkanları baxımından əvəzolunmaz imkandır. Eyni zamanda, bildirilib ki, Bakı Sessiyası “15 dəqiqəlik şəhər” kimi modern layihələrin qlobal səviyyəli müzakirə mərkəzinə çevrilib.

Bolqarıstanın Dövlət Teleqraf Agentliyi (BTA), “Pro News Dobrich” nəşri də yayımladıqları xəbərlərdə tədbirin həm regional, həm də beynəlxalq əhəmiyyətini xüsusi vurğulayıb. Məlumatlarda BMT rəsmilərinin Azərbaycanın təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirdikləri və WUF13-ün şəhər idarəçiliyi sahəsində ən uğurlu platformalardan biri olduğu qeyd edilib. Həmçinin digər ölkələrin pavilyonlarının Azərbaycan rəsmiləri tərəfindən ziyarət edilməsi diplomatik əlaqələrin güclənməsinin göstəricisi kimi dəyərləndirilib.

Çinin “China.com”, “Xinhua News”, “163.com” media qurumları da WUF13 barədə silsilə xəbərlər, reportajlar yayımlamaqdadır. WUF13-ün şəhərsalma sahəsində dünyanın ən nüfuzlu tədbiri olduğunu qeyd edən bu media orqanları paytaxt Bakının modern şəhər infrastrukturunu və ev sahibliyi potensialını yüksək qiymətləndirib. Çin nəşrləri tədbirin qlobal yaşıl keçid və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın təşkilatçılığı ilə mühüm dialoq mühiti yaratdığını qeyd edib.

Pakistan mediası Sessiyanı fəal şəkildə işıqlandırmaqda davam edir. Qardaş ölkənin “Digital Pakistan”, “Dispatch News Desk” (DND) media qurumları WUF13-də xüsusilə iqtisadi inkişaf və əlçatan mənzil təminatı kimi mühüm mövzularda aparılan müzakirələrə geniş yer ayırıb. Xəbərlərdə Azərbaycanın bu tədbir vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsinin dünyaya çatdırılmasına şərait yaratdığı bildirilib. Bakı platforması Cənubi Asiya ölkələri üçün innovativ şəhərsalma modellərini öyrənmək üçün ideal məkan kimi təsvir edilib.

Qazaxıstanın “Kazakhstan Today”, “Invest.gov.kz” və digər nəşrləri Bakıdakı tədbiri regionun şəhərsalma gələcəyi üçün həlledici mərkəz kimi qiymətləndirib. Xəbərlərdə Azərbaycan paytaxtının bu gün dünya miqyaslı dialoq mərkəzinə çevrildiyi, Sessiyanın şəhərlərin rəqəmsallaşması və müasir infrastruktur layihələri üçün mühüm təcrübə bazası rolunu oynadığı vurğulanıb.

Vyetnamın “VnEconomy” nəşri sürətli urbanizasiya prosesləri fonunda Azərbaycanın ev sahibliyi etdiyi bu platformanı yaşıl infrastruktur investisiyaları üçün həlledici çağırış məkanı kimi təqdim edib. Əfqanıstanın “Kabul Signal” media qurumu Bakı Sessiyasını iqlim diplomatiyası üçün nadir fürsət hesab edərək, müxtəlif regionların nümayəndələrin burada iştirakına xüsusi diqqət ayırıb. Türkmənistanın “Altyn Asyr”, Tacikistanın “Khovar” agentlikləri Bakının beynəlxalq şəhərsalma gündəminin mərkəzi olduğunu vurğulayaraq, “UN-Habitat” ilə əməkdaşlığın yeni mərhələsinin məhz burada müzakirə olunduğunu qeyd edib. Keniyada yayımlanan “Ghetto Radio” isə Sessiyanın Afrika üçün əhəmiyyətinə toxunaraq, Bakıdan edilən xəbərdarlıqların qitədəki “şəhər xaosu”nun qarşısını almaq üçün son şans olduğunu xüsusi vurğulayıb.

WUF13 ilə bağlı müzakirələr onlayn media platformalarında da fəal şəkildə davam etdirilir.

Beləliklə, artıq beşinci gününü başa çatdırmaqda olan WUF13-ə beynəlxalq mətbuatın verdiyi geniş reaksiya Azərbaycanın qlobal şəhərsalma diplomatiyasındakı aparıcı rolunu və Bakının strateji dialoq məkanı kimi sarsılmaz statusunu bir daha təsdiqləyir. Bu tədbir vasitəsilə dünya ölkələri dayanıqlı gələcək üçün vahid yol xəritəsi müəyyənləşdirir, Azərbaycan isə qlobal problemlərin həllində mühüm vasitəçi və innovativ ideya mərkəzi olduğunu nümayiş etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-İran danışıqları iyunun əvvəlində Pakistanda keçirilə bilər

22:51
21 May

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib  

22:43
21 May

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

22:40
21 May

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22:31
21 May

Ukraynalı uşaqlar türk dilinə böyük maraq göstərirlər

22:01
21 May

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

21:39
21 May

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

21:34
21 May

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib

21:19
21 May

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır 

21:06
21 May

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

20:49
21 May

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

20:43
21 May

Misirdə böyük neft-qaz yatağı tapılıb

20:33
21 May

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır 

20:17
21 May

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

20:11
21 May

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB  

19:57
21 May

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir  

19:51
21 May

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir  

19:47
21 May

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdırıb

19:43
21 May

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub  

19:41
21 May

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar  

19:36
21 May

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

19:30
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!