17 Dekabr 2023 10:40
1628
CƏMİYYƏT
A- A+
Bakı Yeni il ərəfəsində

Bakı Yeni il ərəfəsində

 

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Paytaxt Bakı hər zaman olduğu kimi, bu il də 2024-cü ili özünəməxsus qarşılamağa hazırlaşır. 
Gecələr böyük küçə və meydanlarda xüsusi dizaynla bəzədilmiş küknar ağacları rəngarəng və gözoxşayan oyuncaqların, işıqların fonunda bərq vurur.
Uşaqların və böyüklərin bayramı olan Yeni il əyləncələri bu gün-sabah başlayacaq. 
Bayram çələngləri və işıq qurğuları ilə bəzədilən paytaxt Bakı təkcə bakılıların deyil,  dünyanın başqa ölkələrindən gələn turistlərin də  zövqünü oxşayacaq. Şəhərin mərkəzində Yeni il yarmarkalarının, bayram konsertlərinin keçirilməsinə hazırlıq işləri tamamlanmaq üzrədir. Kütləvi şənliklər, səs-küylü yarmarkalar ötən illərdə olduğu kimi, yenə də insanların zövqünü oxşayacaq. 
Şəhərin mərkəzi parkında qurulmuş  küknar ağacı şaxta effekti verən simvollar və çələngləri olan işıqlarla bəzənərək indidən sakinlərin ixtiyarına verilib. 
Ən böyük və qeyri-adi görünüşlü, fərqli tərtibatı ilə seçilən küknar isə Qız qalasının yaxınlığında "Azneft" meydanında qurulub. Xüsusi qeyd edək ki, baş tutacaq bayram şənlikləri təkcə Yeni ilin gəlişinə həsr olunmayıb. Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyd olunacaq. Həmin gün parklar, meydanlar, küçələr al-əlvan rəngə boyanacaq. 
Dənizkənarı Bulvarda, İçərişəhərdə əvvəlki illərdən fərqli və geniş formada xüsusi proqram əsasında bayram hazırlıqları işləri gedir. Bulvar ərazisində də Yeni ilin simvollarından ibarət rəngarəng kompozisiyalar, uşaqların zövqünü oxşayacaq çoxsaylı oyuncaq evlərin quraşdırılması qarşıdakı günlərdə başa çatacaq. 
Dənizkənarı Milli Parkın "Köhnə bulvar" deyilən ərazisində, eləcə də Dövlət Kukla Teatrının arxasındakı sahədə hazırlıq işləri gedir. Burada xizəkli maral, retro avtomobil, hava ilə doldurulmuş oyuncaqlar bakılıların və şəhərin qonaqlarının ixtiyarına veriləcək.  Üstəlik hər bir şənliyin vazkeçilməzi olan diskoteka, müxtəlif tamaşa, konsert işıq və alov şousu da şəhərin gözəlliyinə  rəng qatacaq. Bir sözlə, şəhər sakinlərini və qonaqları maraqlı sürprizlər gözləyir.

Züleyxa ƏLİYEVA, 
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!