Bakı Dövlət Universiteti ilə Türkiyənin Ankara Universiteti arasında memorandum imzalanmışdır
Aprelin 5-də Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ankara Universiteti arasında birgə bakalavr səviyyəsində hüquqşünas hazırlığı sahəsində hüquq təhsili, ikili diplomların verilməsi barəsində memorandum imzalanmışdır.
AzərTAc xəbər verir ki, BDU-da keçirilən imzalanma mərasimində bu ali məktəbin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bir il əvvəl iki universitet arasında birgə elmi əməkdaşlığa dair protokolun imzalanmasından, bu sənəd çərçivəsində ölkəmizdə hüquq elminin inkişaf etdirilməsi və hüquqşünas kadrların hazırlıq səviyyəsinin daha da artırılmasının təmin edilməsi məqsədi ilə görülən işlərdən danışmışdır.
Rektor demişdir ki, bu tədris ilindən başlayaraq universitetlərin hərəsindən 30 nəfər ikili diplom almaq üçün birinci kursa qəbul ediləcəklər. Onlar Azərbaycanın və Türkiyənin ikili diplomlarını alacaqlar və həmin diplomlar hər iki ölkədə qəbul ediləcəkdir. Tədris prosesi BDU-da türk və Azərbaycan dillərində, Avropa Kredit Transfer Sisteminə uyğun olaraq aparılacaqdır. Gələcəkdə tələbələrin sayının artırılacağı, bu prosesin davamı kimi, magistratura və doktorantura pillələrində kadr hazırlığı baxımından elmi əməkdaşlığın qurulacağı diqqətə çatdırılmışdır.
Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayan A.Məhərrəmov memorandumun imzalanmasını iki ölkə arasında elm və təhsil əlaqələrinin inkişafına mühüm töhfə olduğunu bildirmişdir.
Ankara Universitetinin prorektoru, professor Arqun Karacabəy iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamış, təmsil etdiyi ali məktəblə BDU-nun əməkdaşlığının hər iki tərəf üçün faydalı və səmərəli olacağına əminliyini bildirmişdir.
Sonra memorandum imzalanmışdır.
Sənədi BDU-nun rektoru A.Məhərrəmov və Ankara Universitetinin prorektoru A.Karacabəy imzalamışlar.
Memorandumda birgə elmi konfransların keçirilməsi, elmi tədqiqatların aparılması, təcrübə mübadiləsi, ikili diplom proqramı çərçivəsində tədbirlərin təşkili və digər məsələlər nəzərdə tutulur.
Sonda qonaqlar BDU-nun binasını gəzmiş, Heydər Əliyev Muzeyində, Elektron Tədris Mərkəzində, elmi-tədqiqat laboratoriyalarında olmuş, universitetin hüquq fakültəsinin müəllim və tələbələri ilə fikir mübadiləsi aparmışlar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!