“Azərsu” ASC daxili vəsaiti hesabına açıq tender elan edir
"Azərsu” ASC-nin daxili vəsaiti hesabına açıq tender metodu tətbiq edilməklə elektron satınalma vasitəsilə "Azərsu” ASC-nin tabeliyində fəaliyyət göstərən laboratoriyalarında istifadə olunan cihazların əsaslı və cari təmir işlərinin satın alınması
Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az- dövlət satınalmalarının vahid internet Portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: Tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu (son 3 (üç) il üzrə mal-materialların təchizatı və həcmi üzrə icra edilmiş 2 (iki) müqavilə), iddiaçının cari və əsaslı təmir işlərini həyata keçirəcək mütəxəssislərinin bu sahə üzrə sertifikatlarının olması (minimum 2 (iki) mütəxəssislərinin sertifikatlarının olması) və ən aşağı qiymət təklifi.
Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.
Tenderdə iştirak haqqı 200 manatdır.
Təşkilat: "Azərsu” ASC
VÖEN: 9900001751
Bank: "Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filialı
Kod: 200112
VÖEN: 9900003611
M/h: AZ37NABZ 0135010000000001944
S.W. İ. F. T. BIK: AİİBAZ2X
H/h: AZ65AİİB 33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (Tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 01 iyun 2020-ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə 09 iyun 2020-ci il saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 10 iyun 2020-ci il saat 16:00-da dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezidentliyə namizəd saxlanıldı - ABŞ-də
29 Aprel
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək
29 Aprel
İtaliyanın baş naziri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq
29 Aprel
Sabah bəzi dağlıq ərazilərə dolu düşəcək
29 Aprel
Hindistan 10 ildə silah ixracını 35 dəfə artırıb
29 Aprel
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!