«Azərikimya» İstehsalat Birliyinin müəssisəsində «Topas-100» sutəmizləyici qurğusunun istehsalına başlanılmışdır
Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin mexaniki təmir zavodunun (MTZ) kollektivi Çexiyanın "TOPALvater" firmasının layihəsi üzrə yerinə yetirilmiş "Topas-100" sutəmizləyici qurğusunun ilk dəstini hazırlamışdır. Birinci sifarişçi ARDNŞ-in Sosial İnkişaf İdarəsi olmuşdur. Yeri gəlmişkən, sifarişlərə əsasən, həcmi xeyli böyük olan "Topas" modifikasiyalı daha iki sutəmizləyici qurğunun istehsalı nəzərdə tutulmuşdur.
Respublikada ətraf mühitin mühafizəsinə dair irimiqyaslı işlərin aparılması, Xəzər akvatoriyasının sağlamlaşdırılması, habelə dövlətimizin başçısı İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi təmizləyici qurğulara və tikililərə tələbatı artırmışdır. Məsələnin aktuallığı nəzərə alınaraq, "Topas" seriyasından qurğuların yığılması üçün MTZ üçün təmir olunmuş və havalandırma sistemləri ilə təchiz edilmiş xüsusi sahə ayrılmışdır. 2010-cu ilin axırında MTZ-da keyfiyyətli işi ilə seçilən "Topas-75" qurğularının istehsalı mənimsənilmişdir. Ötən il dəniz neftçilərinə bir neçə qurğu göndərilmişdir.
Razılaşmaya görə, bu il MTZ "Azneft" İstehsalat Birliyi müəssisələri üçün 22 sutəmizləyici qurğu hazırlayacaqdır. Həmin qurğulardan həm dənizdə neftçıxarma platformalarında, həm də yaşayış massivlərində istifadə olunacaqdır. Kimyaçılar əmindirlər ki, həmin qurğuların tətbiqi ətraf mühitin və Xəzər sularının vəziyyətinə müsbət təsir göstərəcəkdir.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
ABŞ Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatını vurub
29 Aprel
Azərbaycan taekvondoçuları Prezident Kubokunda 12 medal qazanıblar
29 Aprel
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!