04 Mart 2026 20:32
1342
Turizm
A- A+
Azərbaycanın turizm potensialı “ITB Berlin 2026” sərgisində təbliğ olunur

Azərbaycanın turizm potensialı “ITB Berlin 2026” sərgisində təbliğ olunur

Azərbaycanın turizm potensialı Almaniya paytaxtında keçirilən Berlin Beynəlxalq turizm sərgisində (ITB Berlin 2026) təbliğ olunur.

AZƏRTAC xəbər verir ki, turizm sahəsində dünyanın ən nüfuzlu sərgilərindən olan “ITB Berlin”də ölkəmizin turizm imkanları Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə təqdim edilir. Milli stenddə “Azərbaycan Hava Yolları” QSC (AZAL), hotellər, turizm agentlikləri daxil olmaqla 13 sənaye tərəfdaşının iştirakı ilə ölkə turizminin təbliği və təşviqi məqsədilə B2B görüşlər keçirilir və əməkdaşlıq imkanları müzakirə olunur.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, bir sıra xarici şirkətlərin nümayəndələri milli stendimizi ziyarət ediblər.

Azərbaycan Turizm Bürosunun Avropa və Yaxın Şərq üzrə iş sektorunun müdiri Xədicə Nəsirova milli stendimizə xüsusi marağın müşahidə olunduğunu vurğulayaraq deyib: “Almaniyalı turistlər və almandilli ölkələrin nümayəndələri Azərbaycanda daha çox mədəniyyət, mədəni irs, “İpək Yolu” və təbiət turizminə maraq göstərirlər. Ona görə də milli stendimizdə əsasən bu sahələrlə maraqlanırlar. Son illər Azərbaycanda qış turizminə də maraq artıb. Keçən ildən etibarən Azərbaycan Dövlət Turizm Agentliyi Beynəlxalq Xizək Federasiyası ilə tərəfdaşlığa başlayıb. Artıq ölkəmizdə xizəkçilik üzrə də yarışlar keçirilir. Eyni zamanda, Azərbaycanın brendi müxtəlif ölkələrdə bu yarışlarda reklam olunur”.

“ITB Berlin”in özünəməxsusluğu ilə seçildiyini vurğulayan X.Nəsirova sərgi çərçivəsində keçirilən görüşlərdə Azərbaycana satışların və ölkəmizə gələn turistlərin sayının artırılmasına dair müzakirələrin aparıldığını, əsasən “İpək Yolu” marşrutu, qastronomiya, sağlamlıq, biznes turizmi sahələrində imkanların təqdim olunduğunu vurğulayıb.

Azərbaycan stendini ziyarət edən “Inspirational Adventures” şirkətinin nümayəndəsi Harri Kasvel AZƏRTAC-a müsahibəsində bildirib: “Biz səyahəti sevən kiçik qrupları dünyanın autentik və unikal məkanlarına aparmağa fokuslanırıq. Biz kütləvi turistik istiqamətlərə diqqət yetirmirik. Qərb ölkələrindən - Böyük Britaniya, ABŞ, Kanada, Avstraliyadan gələn səyahətçilərə əsasən daha az araşdırılmış regionların yerli mədəniyyətini göstərmək istəyirik. Çünki insanlar fərqli bir şey axtarırlar. Azərbaycan məhz bu baxımdan maraqlıdır. Azərbaycanı mədəniyyəti, “İpək Yolu” üzərində yerləşməsi, Qafqaz dağları və bölgələr, fərqli ləhcələri olan bənzərsiz kəndlər, - bütün bunlar yeni yerlər kəşf etmək öz mədəniyyətindən tamamilə fərqli mədəniyyət görmək istəyən insanlar üçün çox maraqlıdır”.

Fransada fəaliyyət göstərən “Addeom” şirkətinin təsisçisi Fransua Brianson-Marjole də Azərbaycanın əcnəbi turistlər üçün maraqlı olduğunu vurğulayaraq bildirib: “Mənim şirkətim ölkələrin Fransada və Avropada tanıdılmasına imkan yaradır. İnsanlar yeni istiqamətləri kəşf etmək istəyirlər. Fransız turistlər Azərbaycan haqqında elə də çox məlumatlı deyil, buna görə də yeni ölkələri kəşf etmək onların marağına səbəb ola bilər. Azərbaycanın turizm imkanları böyükdür, amma Azərbaycan hələ tam kəşf edilməyib, öyrənilməyə ehtiyacı var. Biz fransızlar bu ölkə haqqında daha çox öyrənmək istəyirik. Ölkənizdə həm inkişaf, həm də geniş imkanlar var”.

Dünyanın ən böyük turizm sərgilərindən olan “ITB Berlin”i hər il 100 min nəfər ziyarət edir. Bu il 60 illiyini qeyd edən sərgiyə 190 ölkədən turizm sahəsində fəaliyyət göstərən 5800-dən çox qurum və turist şirkəti qatılıb. Sərgi çərçivəsində Azərbaycan milli stendində “Gizli xəzinələr: təcrübələrin kəşfi” mövzusunda Azərbaycanın dağ piyada marşrutlarını və tarixi “İpək Yolu” irsini əks etdirən təqdimatın da nümayişi planlaşdırılır.

Qeyd edək ki, ötən il Almaniyadan Azərbaycana gələn turistlərin sayı 11 faiz artaraq 24 minə çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!