12 İyul 2025 08:00
2599
SİYASƏT
A- A+
Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyi

Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyi


İkitərəfli danışıqlar normallaşma prosesi üçün ən səmərəli formatdır


Azərbaycan ilə Ermənistan arasında danışıqların ikitərəfli formatda həyata keçirilməsi ümumilikdə sülh prosesinin sürətlə irəliləməsi üçün mühüm zəmin yaradıb. 

Təkcə bu ilin may və iyul aylarında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüşlər bölgədə dayanıqlı sülh üçün böyük ümidlər doğurur. Belə ki, 16 may tarixində Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüş, liderlər iki ölkə arasında münasibətlər, sülh sazişi və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışdılar. 

İyulun 10-da isə Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində bir araya gələrək ikitərəfli danışıqlar apardılar. Heç bir vasitəçi olmadan keçirilən və sülh gündəliyinin irəlilədilməsi baxımından mühüm əhəmiyyətə malik olan bu tarixi görüş zamanı Ermənistan ilə Azərbaycan arasında sülh prosesi istiqamətində müzakirələr aparılıb və bunun davamlılığı üçün razılaşmalar əldə edilib.  

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi şəhərində keçirilmiş görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. 

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. 

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Bütün bunlar Azərbaycanın liderliyi ilə irəliləyən sülh prosesinin uğurlu bəhrələr verdiyini göstərir.  


Vasitəçilərə lüzum yoxdur


10 iyul Əbu-Dabi görüşü bir daha təsdiqlədi ki, iki ölkə arasında münasibətlərin normallaşmasına nail olunması, sülh müqaviləsinin imzalanması üçün heç bir kənar vasitəçiyə lüzum yoxdur və ikitərəfli formatda görüşlər real nəticələr əldə etmək üçün daha effektiv təsirə malikdir. 

Hələ 2024-cü ildə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev söyləmişdi ki, biz razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. "İndi sülh razılaşmasının necə olmalı olduğuna dair bizdə ümumi anlayış var. Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaqdır. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var", - deyə Prezident İlham Əliyev bildirmişdi.

Ərazilərinin işğalı dövründə də Azərbaycan hər zaman sülhə tərəfdar olub, münaqişənin danışıqlar vasitəsilə çözümü üçün çalışıb. Problemin danışıqlar yolu ilə nizamlanması üçün missiyalandırılan ATƏT-in keçmiş Minsk qrupu isə 28 illik fəaliyyəti dövründə yalnız münaqişənin olduğu kimi qalmasına, yəni Ermənistanın xeyrinə  dondurulmasına çalışıb. 

Lakin işğal siyasəti ilə heç vaxt barışmayan Azərbaycan 44 günlük müharibə, eləcə də 23 saatlıq antiterror tədbirləri sayəsində ərazilərini işğaldan azad edərək suverenliyini tam təmin etdi. Bakının qətiyyətli siyasi, diplomatik gedişləri regionda maraqları olan qərəzli xarici qüvvələri də yerlərində otuzdurdu. 

Azərbaycanın Zəfəri ümumilikdə Cənubi Qafqazda sülhə mühüm təməl yaratdı. 

Postmünaqişə dövründə də Azərbaycan davamlı sülh təşəbbüsləri ilə çıxış edir. Vətən müharibəsindən dərhal sonra Bakı İrəvana özünün beynəlxalq hüquqa əsaslanan beş baza prinsipini təqdim edib. Ötən müddətdə ölkəmiz sülh istiqamətində əməli fəaliyyət göstərib. 

Azərbaycanın öncüllüyü ilə aparılan sülh prosesi çərçivəsində, artıq iki ölkə problemlərini vasitəçilərsiz, üçüncü tərəflərə ehtiyac olmadan masa arxasında dialoq yolu ilə çözür.  

Reallıqdır ki, 44 günlük müharibədən sonra Fransa kimi qərəzli ölkələr bir yandan sülh prosesində vasitəçi kimi iştirak etmək üçün can atır, digər yandan da bölgədə yenidən müharibə olması üçün çalışırdı. Amma bu riyakar planların qarşısı Bakının qətiyyətli siyasəti ilə alındı. Ermənistan da nəhayət, anladı ki, xarici havadarlarına uymaqdansa, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sülh şərtlərini qəbul etməli və bu tarixi şansdan yararlanıb dalan ölkə olmaqdan qurtulmalıdır. 

Qeyd etdiyimiz kimi, rəsmi Bakı hər zaman sülh gündəliyinə sadiqlik nümayiş etdirir və regionda barışın əldə olunması üçün aktiv iş görür. Sülh təşəbbüsünün müəllifi olan Azərbaycan müqavilənin imzalanması üçün beynəlxalq hüquqa dayanan şərtlərini qətiyyətlə bildirib. Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə olan iddianı götürməli və ATƏT-in keçmiş Minsk qrupunun ləğvi ilə bağlı ölkəmizlə birgə müraciət etməlidir. 


Sülh səyləri nəticəsini verir


Azərbaycanın başlatdığı sülh prosesi real müstəvidə müəyyən nəticələrə gətirib çıxarıb. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə artıq start verilib, sərhəd dirəklərinin quraşdırılmasına başlanılıb. 

Qazax rayonunun işğal altında olan kəndləri - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri qaytarılıb. İki ölkə arasında 12,7 kilometrlik dövlət sərhədi artıq razılaşdırılıb.  

 Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Tərəflər razılaşıblar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.

Həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesinin yekunlaşması mühüm əhəmiyyət daşıyır. 

Vurğulayaq ki, Azərbaycanın səyləri ilə əldə olunan bu müsbət irəliləyişlər beynəlxalq ictimaiyyət tərəfindən də təqdirlə qarşılanır. 

Əbu-Dabidə Ermənistan ilə Azərbaycan liderlərinin ikitərəfli görüşündən sonra ABŞ tərəfindən bölgədə sülh səylərinin dəstəkləndiyi ilə bağlı açıqlama verilməsi də buna növbəti nümunədir. ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus mətbuat konfransında bildirib ki, ölkəsi Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyir.

Göründüyü kimi, bölgədə dayanıqlı sülhün əldə olunması üçün Azərbaycanın xüsusi səyləri sayəsində mühüm yol qət olunub. Proseslərin hazırkı inkişafı iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına tezliklə nail olunması üçün münbit zəmin yaradır.  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!