03 Sentyabr 2026 14:46
283
SİYASƏT
A- A+
Umut Berhan Şen: Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici həlqə rolunu oynayır

Umut Berhan Şen: Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici həlqə rolunu oynayır

Avrasiya coğrafiyasında geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişməsi regiondakı qüvvələr nisbətinə, nəqliyyat-logistika marşrutlarına və dövlətlərin strateji prioritetlərinə ciddi təsir göstərir. Qarabağın işğaldan azad olunması ilə yaranan yeni reallıq, xüsusilə Cənubi Qafqaz və Xəzərin hər iki sahilində yeni bağlantı imkanlarının formalaşmasına mühüm təsir edib. Bu proses Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərini və Trans-Xəzər bağlantısında rolunu ön plana çıxarıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert, “Global Savunma” jurnalının şöbə müdiri Umut Berhan Şen deyib.

Ekspert bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərini və Orta Dəhlizdəki mərkəzi mövqeyini üç əsas istiqamət üzrə qiymətləndirmək mümkündür.

“Birinci istiqamət Azərbaycanın “qapı” rolundan “onurğa” və qurucu həlqə mövqeyinə keçməsidir. Uzun illər Azərbaycan yalnız Qərbin Xəzər enerji resurslarına çıxışını və Mərkəzi Asiyaya keçidi təmin edən passiv “qapı” kimi təqdim olunub. Lakin bu Azərbaycanın hazırki rolunu əks etdirmir. Azərbaycanı sadəcə keçidə imkan verən tranzit məntəqə kimi qiymətləndirmək olmaz. O bu gün marşrutları əlaqələndirən, yük və enerji axınlarını yönləndirən, lazım gəldikdə regional geosiyasi proseslərə təsir göstərən strateji mərkəzdir”, – deyə Umut Berhan Şen vurğulayıb.

Ekspert Zəngəzur dəhlizinin Orta Dəhlizin mühüm həlqələrindən birinə çevrilərək Orta Dəhlizin fəaliyyətini məhdudlaşdıran bəzi “dar boğazların” aradan qaldırılması baxımından strateji əhəmiyyət daşıdığnı qeyd edib. O Azərbaycanın Mərkəzi Asiya türk dövlətləri ilə münasibətlərinin bu prosesin mühüm hissəsi olduğunu diqqətə çatdırıb.

“Bakının Daşkənd, Astana, Aşqabad və Bişkeklə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini inkişaf etdirməsi regionda yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. Bu münasibətlər Mərkəzi Asiyanın yalnız böyük güclərin – Rusiya, Çin və ABŞ-nin rəqabət meydanı kimi deyil, öz daxili potensialına və qarşılıqlı əməkdaşlığa əsaslanan inteqrasiya olunmuş aktor kimi çıxış etməsinə imkan yaradır. Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici həlqə rolunu oynayır”, – deyə ekspert bildirib.

U.B.Şen ikinci mühüm istiqamətin Orta Dəhliz, enerji və investisiyalar əsasında yeni ortaq geoiqtisadi məkanın formalaşması olduğunu bildirib. Belə ki, Rusiya–Ukrayna müharibəsi və tətbiq olunan sanksiyalar nəticəsində Şimal Dəhlizində risklərin artması, Cənub Dəhlizinin isə geosiyasi gərginliklər və yüksələn xərclər səbəbindən çətinliklərlə üzləşməsi diqqəti birbaşa Orta Dəhlizə yönəldib. Qarşıdakı dövrdə əsas məsələ Orta Dəhlizin sadəcə tranzit xətti olaraq qalması deyil, ortaq geoiqtisadi məkana çevrilməsidir.

“Xəzərin iki sahili artıq yalnız neft və qaz layihələri, o cümlədən TANAP vasitəsilə deyil, yaşıl enerji layihələri vasitəsilə də bir-birinə bağlanır. Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyə və Avropaya çatdırılması imkanları ilə yanaşı, Qazaxıstan və Özbəkistanın bərpaolunan enerji potensialının Xəzər dənizi üzərindən elektrik kabelləri vasitəsilə Azərbaycan və Gürcüstan üzərindən Avropaya çatdırılması regionu qlobal enerji transformasiyasının mühüm mərkəzlərindən birinə çevirə bilər”, – deyə o bildirib.

Ekspert üçüncü əsas istiqamət kimi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) strateji məkanındakı rolunu qeyd edib. “Azərbaycanın ŞƏT məkanına verə biləcəyi əsas töhfələrdən biri Çinin ‘Bir kəmər, bir yol’ təşəbbüsü üçün təhlükəsiz və səmərəli tranzit imkanlarının yaradılmasıdır. Çin Avropa bazarlarına çıxış üçün Xəzər üzərindən Orta Dəhlizdən istifadə edə bilər. Bu marşrut həm məsafə, həm təhlükəsizlik, həm də geosiyasi risklərin şaxələndirilməsi baxımından mühüm üstünlüklərə malikdir. ŞƏT daha çox Rusiya və Çin mərkəzli təhlükəsizlik və iqtisadi əməkdaşlıq platforması kimi qəbul edilsə də, Azərbaycanın bu təşkilata yanaşması fərqli imkanlar yaradır. Azərbaycanın ŞƏT-də iştirakı təşkilatın Qərblə tam qarşıdurma xəttinə keçmədən daha balanslı, rasional və geniş Avrasiya baxışı formalaşdırmasına töhfə verir”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir

16:41
03 Sentyabr

Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb

16:34
03 Sentyabr

Daha təhlükəsiz və effektiv humanitar minatəmizləmə üçün texnologiya və innovasiya

16:27
03 Sentyabr

Nyu-York məktəblərində şagirdlərin süni intellektdən istifadə etmələrinə qadağa qoyulur

16:20
03 Sentyabr

2027-ci ilə qədər ekstremal hava hadisələri riski artıracaq

16:15
03 Sentyabr

“Mygov business” platforması ilə startaplar dövlət xidmətlərindən yararlana biləcək 

16:13
03 Sentyabr

Bişkek sammiti Azərbaycanın Avrasiyadakı proseslərin sadəcə müşahidəçisi olmadığını bir daha göstərdi 

16:10
03 Sentyabr

CNN: ABŞ qüvvələri Hörmüz boğazında 40 neft tankerini müşayiət edib

16:09
03 Sentyabr

İndoneziyada meşə yanğınlarının tüstüsü Malayziya və Filippinə yayılıb

16:07
03 Sentyabr

Nepalda sel faciəsində ölənlərin sayı 1200-ü keçdi

16:05
03 Sentyabr

Formula 1 Azərbaycan Qran-prisi keçirilən günlərdə bəzi məktəblərdə tədris onlayn təşkil ediləcək

16:03
03 Sentyabr

Stanislav Damyanoviç: İnnovasiya humanitar minatəmizləməni daha təhlükəsiz və səmərəli edir

16:00
03 Sentyabr

Moldova mediası Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb

15:50
03 Sentyabr

Qazaxıstanın yeni hökumətində dörd nazir dəyişib

15:49
03 Sentyabr

Peşəkar Futbol Liqası Yohan Kroyf İnstitutu ilə əməkdaşlığa başlayıb

15:42
03 Sentyabr

Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

15:35
03 Sentyabr

Fatih Yel: Humanitar minatəmizləmədə qabaqcıl texnologiyanın əsas məqsədi insanı təhlükədən uzaqlaşdırmaqdır

15:35
03 Sentyabr

Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri 

15:33
03 Sentyabr

ŞƏT coğrafiyasının qlobal logistika xəritəsində Naxçıvan önəmli strateji qovşaqdır

15:30
03 Sentyabr

Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sisteminin gələcəyinə qoyulan mühüm investisiyadır

15:28
03 Sentyabr

Azərbaycanı regional və qlobal əməkdaşlığın aparıcı qüvvəsinə çevrilib

15:25
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!