Azərbaycandan Rusiyaya səyahət edən şəxslər üçün yeni giriş qaydaları qüvvəyə minir
Cari ilin sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına “Путешествую без COVID-19” mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır.
Tətbiq ödənişsizdir. “Путешествую без COVID-19” tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
- “iPhone” üçün: https://apps.apple.com/app/id1541206996
- Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US
- “Huawei” smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239
Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:
- Rusiya Federasiyasının vətəndaşları üçün;
- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.
- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.
Rusiyaya səyahət edərkən, PCR testi yalnız əvvəlcədən razılaşdırılmış tibb müəssisələrində keçirilə bilər.
Laboratoriyaların siyahısı ilə həm mobil tətbiqdə, həm də keçid vasitəsilə aviaşirkətin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia
Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir. Tətbiq test əsasında hava limanında sərhəd nəzarəti məntəqəsində göstərməli olduğunuz QR-kod yaradacaq. Testin nəticəsi barədə məlumat mobil tətbiqdə yaşıl QR-kod şəklində saxlanılacaq. Bu kodu qeydiyyat masalarında, habelə Rusiyaya gəldikdə sərhəd-keçid məntəqələrində təqdim etmək lazımdır.
Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır. Koronavirus infeksiyasına dair testi Rusiyaya uçmazdan əvvəl 72 saat ərzində vermək lazımdır.
“Путешествую без COVID-19” tətbiqini hazırlayan mütəxəssislər bildirirlər ki, ən yaxın zamanda bu tətbiqdə sərnişinlərin peyvənd olunması barədə məlumatlar da öz əksinin tapacaq.
Tətbiqin necə işlədiyi ilə bağlı qısa məlumatla bu videoçarxda tanış ola bilərsiniz: https://youtu.be/w0MZmlmAJrg
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!