Azərbaycan və Latviyanın qanunverici orqanları arasında əlaqələrin perspektivləri müzakirə olunub
İyunun 8-də Milli Məclisdə Azərbaycan və Latviya parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının görüşü keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov ölkələrimiz arasındakı əməkdaşlığın əhəmiyyətindən söz açıb. Azərbaycan ilə Latviya arasında tarixi köklərə malik münasibətlərin qorunub saxlanmasından, bu əlaqələrin müstəqillik illərində daha da inkişaf etdirilməsində ölkə liderlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb. Kamran Bayramov qarşılıqlı əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın fəaliyyətinin əhəmiyyətinə toxunub, iki ölkənin qanunverici orqanları arasında əlaqələrin mövcud vəziyyətindən və perspektivlərindən bəhs edib.
Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş baba yurdu olan Azərbaycana səfərindən məmnunluğunu bildirib. Azərbaycan və Latviya əlaqələrinin tarixindən bəhs edən Roman Naudinş xalqlarımız arasında mövcud olan oxşarlıqlara diqqət çəkib. Latviyalı qonaq ölkələrimiz arasında humanitar, təhsil, peşə hazırlığı kimi sahələrdə əməkdaşlıq potensialına diqqət çəkib.
Seymin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədr müavini Armands Krauze və qrupun digər üzvü Aleksandr Kirşteins də çıxışlarında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətlərinə nəzər salıblar, meşəsalma və yaşıllaşdırma, tikinti və ağac emalı kimi sahələrdə Latviyanın təcrübəsindən bəhs ediblər.
Görüşdə Milli Məclisin deputatı Nizami Səfərov latviyalı qonaqlara müharibə başa çatdıqdan sonra Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsi və ərazilərimizdə həbs olunmuş erməni təxribatçılarını “hərbi əsirlər” kimi qələmə verməsi məsələsini beynəlxalq hüquq nöqteyi-nəzərindən ətraflı şərh edib. O, Ermənistanın bu kimi pozucu fəaliyyətlərinin beynəlxalq hüquqa, BMT sənədlərinə və bir dövlət kimi üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu tutarlı dəlillərlə latviyalı parlamentarilərin diqqətinə çatdırıb.
Deputat Fatma Yıldırım da öz növbəsində Azərbaycanın azad edilmiş ərazilərində erməni işğalının acı mənzərəsi, həyata keçirilən tikinti-bərpa işləri, bu sahədə əməkdaşlığın perspektivləri barədə danışıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!